Məhkəmə qərarları › İş №e-2(007)-3406/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3406/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3406/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung TV üçün 886 (səkkiz yüz səksən altı) manat ödənilməmiş hissə, 277 (iki yüz yetmiş yeddi) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********17269 X6 8 markalı telefon üçün 102,4 (yüz iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 28,6 (iyirmi səkkiz manat, altmış qəpik) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********83888 iPhone 11 Pro Max markalı telefon üçün 3893,5 (üç min səkkiz yüz doxsan üç manat, əlli qəpik) manat ödənilməmiş hissə, 571,5 (beş yüz yetmiş bir manat, əlli qəpik) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********03481 Samsung Galaxy A40 markalı telefon üçün 130,8 (yüz otuz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 39,2 (otuz doqquz manat, iyirmi qəpik) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Apple Airpods üçün 135,4 (yüz otuz beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 39,6 (otuz doqquz manat, altmış qəpik) manat dəbbə pul olmaqla, ümumilikdə 6104 manat borc, 81,04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Samsung TV, İmei kodu **********17269 “X6 8” markalı telefon, İmei kodu **********83888 “iPhone 11 Pro Max” markalı telefon, İmei kodu **********03481 “Samsung Galaxy A40” markalı telefon, Apple Airpods almışdır. Cavabdehin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020 tarixli müqavilələri xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmiş və restrukturizasiyadan sonra nəticədə 6104 (altı min yüz dörd) manat borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2772 (iki min yeddi yüz yetmiş iki) manat (18 ay x 154 manat + 0 manat ilkin ödəniş) olan Samsung TV üçün ümumilikdə 1163 (bir min yüz altmış üç) manat olmaqla ondan, 886 (səkkiz yüz səksən altı) manat ödənilməmiş hissə, 277 (iki yüz yetmiş yeddi) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 224,7 (iki yüz iyirmi dörd manat, yetmiş qəpik) manat (13 ay x 16.05 manat + 16.05 manat ilkin ödəniş) olan İmei kodu **********17269 X6 8 markalı telefon üçün ümumilikdə 131 (yüz otuz bir) manat olmaqla ondan, 102,4 (yüz iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 28,6 (iyirmi səkkiz manat, altmış qəpik) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4635,22 (dörd min altı yüz otuz beş manat, iyirmi iki qəpik) manat (33 ay x 136.33 manat + 136.33 manat ilkin ödəniş) olan İmei kodu **********83888 iPhone 11 Pro Max markalı telefon üçün ümumilikdə 4465 (dörd min dörd yüz altmış beş) manat olmaqla ondan, 3893,5 (üç min səkkiz yüz doxsan üç manat, əlli qəpik) manat ödənilməmiş hissə, 571.5 (beş yüz yetmiş bir manat, əlli qəpik) manat dəbbə, xx.xx.2020ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 275,64 (iki yüz yetmiş bbeş manat, altmış dörd qəpik) manat (11 ay x 22.97 manat + 22,97 manat ilkin ödəniş) olan İmei kodu **********03481 Samsung GalaxyA40 markalı telefon üçün ümumilikdə 170 (yüz yetmiş) manat olmaqla ondan, 130,8 (yüz otuz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 39,2 (otuz doqquz manat, iyirmi qəpik) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 272,02 (iki yüz yetmiş iki manat, iki qəpik) manat (13 ay x 19.43 manat + 19.43 manat ilkin ödəniş) olan Apple Airpods üçün ümumilikdə 175 (yüz yetmiş beş) manat olmaqla ondan, 135,4 (yüz otuz beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 39,6 (otuz doqquz manat, altmış qəpik) manat dəbbə, cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qismən qəbul etdiyini, yəni əsa borcu qəbul etsə də, cərimə borclarını qəbul etmədiyini, borcun ödənilməsindən boyun qaçırmadığını bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh onun həyat yoldaşıdır və iddia tələbindəki borcları o özü ödəyirdi. Karantin olanda işsiz qalmış, bundan sonra borcun üzrərinə 500-600 manat faiz gəlmiş və o, borcu ödəyə bilməmişdir. Qayınanası xərçəng xəstəsidir. Yoldaşı da xəstədir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsinə etirazları olmadığını, iddianı tam şəkildə müdafiə etmələrini bildirmiş və qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, cavabdehlə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə əsas borc 5148 manat, cərimə borcu 955 manat təşkil edir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Cavabdeh ümumi dəyəri 2772 manat olan Samsung TV, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 456,0 manat olan Apple Airpods, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 660,8 manat olan İmei kodu **********03481 “Samsung Galaxy A40” markalı telefon, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 4379 manat olan İmei kodu **********63985 olan iPhone 11 Pro Max markalı telefon, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 644,6 manat olan İmei kodu **********17269 X6 8 markalı telefon satılmışdır. Cavabdeh ilə İddiaçı MMC aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə ayrı-ayrılıqda xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavə sazişlərə əsasən borc məbləğləri restrukturizasiya olunmuş, müqavilənin ayrılmaz hissəsi olan ödəmə cədvəlləri ləğv olunmuşdur. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 886 manat ödənilməmiş hissə, 277 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 102,4 manat ödənilməmiş hissə, 28,6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 3893,5 manat ödənilməmiş hissə, 571,5 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə, 130,8 manat ödənilməmiş hissə, 39,2 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə, 135.4 manat ödənilməmiş hissə, 39,6 manat dəbbə pulu olmaqla, ümumilikdə 6104 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 886 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 102,4 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3893,5 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 130,8 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 135,4 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 5335,1 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81,04 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 886 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 102,4 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3893,5 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 130,8 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 135,4 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, cəmi 5335,1 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81,04 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar