Məhkəmə qərarları › İş №e-2(007)-3423/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3423/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3423/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən a) xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********32310 İphone 13 markalı telefon üçün 2225.06 manat ödənilməmiş hissə, 222.94 manat cərimə pulu; b) xx.xx.2022-cil tarixli müqaviləsinə əsasən, İmei kodu **********86074 olan Huawei Nova Y90 markalı telefon, Huawei Band 7 qol saatı üçün 540 manat ödənilməmiş hissə, 54 manat cərimə pulu; c) xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********63520 Xiaomi Poco X4 Pro markalı telefon üçün 299.98 manat ödənilməmiş hissə, 29.02 manat cərimə pulu olmaqla, ümumilikdə, 3371 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53.71 manat məbləğində vəsaitin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərindəki müqavilələrə əsasən, İmei kodu **********32310 İphone 13 markalı telefon, İmei kodu **********86074 Huawei NovaY90 markalı telefon, Huawei Band 7 qol saatı, İmei kod **********63520 Xiaomi Poco X4 PRO markalı telefon almış və nəticədə 3371 (üç min üç yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2505.06 manat (18 ay x 139.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********32310 İphone 13 markalı telefon üçün ümumilikdə, 2448 manat olmaqla ondan 2225.06 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 222.94 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 648 manat (18 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********86074 Huawei Nova Y90 markalı telefon, Huawei Band 7 qol saatı üçün ümumilikdə, 594 manat olmaqla ondan 540 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 54 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 892.98 manat (18 ay x 49.61 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********63520 Xiaomi Poco X4 Pro markalı telefon üçün ümumilikdə, 329 manat olmaqla, ondan 299.98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 29.02 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 981 manat təşkil edir.

İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03243020 müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod **********32310 İphone 13 markalı telefon verilmiş, xx.xx.2022-ci il tarixli, 03332980 müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod **********86074 Huawei Nova Y90 markalı telefon, Huawei Band 7 qol saatı verilmiş və xx.xx.2022-ci il tarixli, 03571408 müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə, imei kodu **********63520 Xiaomi Poco X4 Pro markalı telefon verilmişdir. Cavabdeh müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2022-ci il tarixli, 03243020 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 9-dan gec olmayaraq 18 ay müddətində hər ay 139.17 manat olmaqla, cəmi 2505.06 manat ödəniş etməli, xx.xx.2022-ci il tarixli, 03332980 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 24-dən gec olmayaraq 18 ay müddətində hər ay 36 manat olmaqla, cəmi 647.93 manat ödəniş etməli və xx.xx.2022-ci il tarixli, 03571408 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 6-dan gec olmayaraq 18 ay müddətində hər ay 49.61 manat olmaqla cəmi 892.98 manat ödəniş etməlidir.

5. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2225.06 manat əsas, 222.94 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 540 manat əsas, 54 manat cərimə borcu və xx.xx.2022-ci tarixli müqavilə üzrə 299.98 manat əsas, 29.02 manat cərimə borcu vardır.

6. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.

7. xx.xx.2023-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 53.71 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

8. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

9. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

10. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi :

13. Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş materiallar ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia qismən təmin edilməlidir.

14. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

15. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 0 manat ödəməklə cavabdeh xx.xx.2022-ci il tarixdən başalayaraq xx.xx.2024-cü il tarixədək 139.17 manat ödəmək şərti ilə ümumi dəyəri 2505.06 manat olan İmei kod **********32310 İphone 13 markalı telefon, xx.xx.2022-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 0 manat ödəməklə cavabdeh xx.xx.2022-ci il tarixdən başalayaraq xx.xx.2024-cü il tarixədək 36 manat ödəmək şərti ilə ümumi dəyəri 647.93 manat olan İmei kod **********86074 Huawei Nova Y90 markalı telefon, Huawei Band 7 qol saatı və xx.xx.2022ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 0 manat ödəməklə cavabdeh xx.xx.2022ci il tarixdən başalayaraq xx.xx.2024-cü il tarixədək 49.61 manat ödəmək şərti ilə ümumi dəyəri 892.98 manat olan imei kodu **********63520 Xiaomi Poco X4 Pro markalı telefon almışdır.

17. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

18. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2225.06 manat əsas, 222.94 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 540 manat əsas, 54 manat cərimə borcu və xx.xx.2022-ci tarixli müqavilə üzrə 299.98 manat əsas, 29.02 manat cərimə borcu vardır.

19. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2225.06 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 540 manat və xx.xx.2022-ci tarixli müqavilə üzrə 299.98 manat ödənilməmiş əsas borca görə ümumi 3065.04 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.

21. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.

22. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

23. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 222.94 manat təşkil edən cərimə məbləğinin 50 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 54 manat təşkil edən cərimə məbləğinin 5 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 29.02 manat təşkil edən cərimə məbləğinin 5 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

24. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 53.71 manat məbləğində dövlət rüsumu ödəmişdir.

25. Buna görə də məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 53.71 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2225.06 manat əsas, 50 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 540 manat əsas, 5 manat cərimə borcu və xx.xx.2022-ci tarixli müqavilə üzrə 299.98 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 3125.04 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

27. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53.71 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2225.06 manat, cərimə qismində 50 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 540 manat, cərimə qismində 5 manat və xx.xx.2022-ci tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 299.98 manat, cərimə qismində 5 manat olmaqla, cəmi 3125.04 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53.71 (əlli üç manat 71 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC-nin iddiası qalan hissədə təmin edilməsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar