Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3440/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul, alqı-satqı müqaviləsi və s.) X7 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********46491 “İphone 13” markalı telefon, “X2”, “Modern-Künc Divan”, 2 X8 Ultra 2 il Xidməti üçün 3375,24 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 337,52 manat dəbbə pulu; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, “Paltaryuyan Bosch”, “Soyuducu Hisens” üçün 3187,08 manat ödənilməmiş hissə, 318,71 manat dəbbə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, “Tesla-Jurnal Masa”, 2 Ədəd “Stul – Amor”, “Lizbon-Künc Divan”, “Stul – Baron”, Zəmanət + 1 il Xidməti üçün 2140,92 manat ödənilməmiş hissə, 214,09 manat dəbbə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********03937 OPPO A40M markalı telefon, “Toshiba Tv”, “Canon Pixmaprinter”, Paket L Xidməti üçün 1547,76 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 154,78 manat dəbbə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, “Konvektor Ardesto” üçün 104,04 manat ödənilməmiş hissə, 10,40 manat dəbbə ümumilikdə 11437,74 manat borc, 124,31 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbənin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə “ABC Telecom" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********46491 “İphone 13” markalı telefon, “X2”, “Modern-Künc Divan”, 2 X8 Ultra 2 il Xidməti, “Paltaryuyan Bosch”, “Soyuducu Hısense”, “Tesla-Jurnal Masa”, 2 Ədəd Stul - Amor, “Lizbon-Künc Divan”, “Stul–Baron”, Zəmanət + 1 il Xidməti, İMEİ Kodu **********03937 OРPO A40M markalı telefon, “Toshiba TV”, “X5”, Paket L Xidməti, “Konvektor Ardesto” almış və nəticədə 11437,74 (on bir min dörd yüz otuz yeddi manat, 74 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3375,24 (üç min üç yüz yetmiş beş manat, 24 qəpik) manat (12 ay x 281,27 manat + 0 manat ilkin ödəniş) olan İMEÍ KODU **********46491 “İphone 13” markalı telefon, “X2”, “Modern-Künc Divan”, 2 X8 Ultra 2 il Xidməti üçün ümumilikdə, 3736,36 (üç min yeddi yüz otuz altı manat, 36 qəpik) manat olmaqla ondan, 3375,24 (üç min üç yüz yetmiş beş manat, 24 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 337,52 (üç yüz otuz yeddi manat, 52 qəpik) manat dəbbə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3187,08 (üç min yüz səksən yeddi manat, 08 qəpik) manat (18 ay x 177,06 manat + 0 manat ilkin ödəniş) olan “Paltaryuyan Bosch”, “Soyuducu Hısense” üçün ümumilikdə, 3505,79 (üç min beş yüz beş manat, 79 qəpik) manat olmaqla ondan 3187,08 (üç min yüz səksən yeddi manat, 08 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 318,71 (üç yüz on səkkiz manat, 71 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2140,92 (iki min yüz qırx manat, 92 qəpik) manat (12 ay x 178,41 manat + 0 manat ilkin ödəniş) olan “Tesla-Jurnal Masa”, 2 Ədəd “Stul – Amor”, “Lızbon - Künc Divan”, “Stul – Baron”, Zəmanət + 1 il Xidməti üçün ümumilikdə, 2355,01 (iki min üç yüz əlli beş manat, 01 qəpik) manat olmaqla ondan, 2140,92 (iki min yüz qırx manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 214,09 (iki yüz on dörd manat, 09 qəpik) manat dəbbə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1547,76 (min beş yüz qırx yeddi manat, 76 qəpik) manat (12 ay x 128,98 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********03937 “OPPO A40M” markalı telefon, “Toshiba TV”, “X6”, Paket L Xidməti üçün ümumilikdə, 1726,14 (min yeddi yüz iyirmi altı manat, 14 qəpik) manat olmaqla ondan, 1547,76 (min beş yüz qırx yeddi manat, 76 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 154,78 (yüz əlli dörd manat, 78 qəpik) manat dəbbə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 104,04 (yüz dörd manat, 04 qəpik) manat (12 ay x 8,67 manat + 0 manat ilkin ödəniş) olan “Konvektor Ardesto” üçün ümumilikdə, 114,44 (yüz on dörd manat, 44 qəpik) manat olmaqla ondan, 104,04 (yüz dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10,40 (on manat, 40 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-1 həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri "Müqavilə-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da "ABC" "mal"-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. "Müştəri"nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i һəcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: -xx.xx.2024 müqavilədən və həmin müqaviləyə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli əlavələrdən və təhvil-təslin aktlarından görünür ki, Cavabdeh "xxxx" MMC-dən müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 124,31 manat dövlət rüsumu ödənilmişdir; İşin faktiki halları: Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024 müqavilə və həmin müqaviləyə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli əlavələrə əsasən cavabdeh iddiaçıdan müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də onların predmeti olan əşyaları (malları) "xxxx" MMC-dən təhvil almışdır. Lakin cavabdeh aldığı malların dəyərini ödəməklə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən normalar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2024 müqavilə və həmin müqaviləyə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli əlavələr əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar (mallar) almış, lakin o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulları) əsas borclara münasibətdə tənasübsüz surətdə yüksəkdir, həmin məbləğlər azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərclər: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı idda ərizəsinin verilməsi üçün məhkəməyə müraciət edərkən 124.31 manat dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin qismən təmin edildiyindən, və iddiaçı tələb etdiyindən məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, yerdə qalan 24.31 manat məbləğ iddiaçının özünə aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3375.24 manat əsas borc, 168.76 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilən 23,6 manat rüsum, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3187.08 manat əsas borc, 159.35 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2140.92 manat əsas borc, 107.04 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1547.76 manat əsas borc, 77.38 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilən 23,6 manat rüsum, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 104.04 manat əsas borc, 5.2 manat cərimə olmaqla, ümumilikdə 10919.97 manat borc və ödənilmiş dövlət rüsumunun 100 manat hissəsinin əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 24.31 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3375.24 manat əsas borc, 168.76 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilən 23,6 manat rüsum, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3187.08 manat əsas borc, 159.35 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2140.92 manat əsas borc, 107.04 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1547.76 manat əsas borc, 77.38 manat cərimə, innovativ layihələr mərkəzinə ödənilən 23,6 manat rüsum, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 104.04 manat əsas borc, 5.2 manat cərimə olmaqla, ümumilikdə 10919.97 manat borc və ödənilmiş dövlət rüsumunun 100 manat hissəsinin əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 24.31 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-3440/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3440/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver