Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3617/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmiş, Azərbaycan Respublikası MPM-nin 284- 5.1-ci maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Bu müddətdə cavabdeh tərəfindən iddiaçının tələbinə dair etiraz verilməmişdir. Lakin iddiaçı ərizə ilə müraciət edərək qeyd etmişdir ki, cavabdeh iddia ərizəsində qeyd edilən borcu tam ödəmişdir. Bu səbəbdən iddia tələblərindən imtina edilməsi barədə ərizəni qəbul etməklə icraata xitam verilməsini xahiş edirlər. Hazırkı imtina halında eyni iddia tələbləri ilə yenidən məhkəməə müraciət etmək hüququnun olmaması onlara aydındır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda ərizənin icraatına xitam verilməsi nəzərdə tutulmamış, yalnız Azərbaycan Respublikası MPM-nin 284-4.1-ci maddəsində məhkəmənin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina etməli olduğu müəyyən edilmişdir: bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar (iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina) müəyyən edilmişdirsə; verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. Göründüyü kimi, ərizə məhkəmənin icraatına qəbul edilmişdir, bu mərhələdən sonra kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina və ya iş üzrə icraata xitam verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəyə münasibətdə analoji münasibətləri tənzimləyən hüquq norması tətbiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqındakı qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, onun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-264, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının iddiadan imtinası qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin. İşin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi iddiaçıya izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-3617/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3617/2022
15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver