Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3672/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********71465 “X1 13” markalı telefon, qızıl zəmanət ultra 3 il xidmət üçün 635.93 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 63.59 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kodu **********06219 “Samsung Galaxy A05 S” markalı telefon, qızıl zəmanət ultra 3 il xidmət üçün 339.25 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 33.93 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********34305 “Poco” C65 markalı telefon, paket L xidməti 2 ədəd plyonka istehsalı xidməti, qızıl zəmanət ultra 3 il xidmət üçün 253.84 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 25.38 manat cərimə olmaqla, ümumilikdə 1422.72 manat borc, 34.23 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********71465 “X1 13” markalı telefon, qızıl zəmanət ultra 3 il xidmət, İmei kodu **********06219 “Samsung Galaxy A05S” markalı telefon, qızıl zəmanət ultra 3 il xidmət, İmei kodu **********34305 “Poco” C65 markalı telefon, paket L xidməti 2 ədəd plyonka istehsalı xidməti, qızıl zəmanət ultra 3 il xidmət almış və nəticədə 1422.72 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 693.54 manat (18 ay x 38.53 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********71465 “X1 13” markalı telefon, qızıl zəmanət ultra 3 il xidmət üçün ümumilikdə, 723.12 manat olmaqla ondan, 635.93 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 63.59 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 426 manat (12 ay x 35.5 manat + 0 manat ilkin ödəniş) olan, İmei kodu **********06219 “Samsung Galaxy A05 S” markalı telefon, qızıl zəmanət ultra 3 il xidmət üçün ümumilikdə, 396,78 manat olmaqla ondan, 339.25 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 33.93 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 189.08 manat (12 ay x 36.91 manat + 0 manat ilkin ödəniş) , İmei kodu **********34305 “Poco” C65 markalı telefon,paket L xidməti 2 ədəd plyonka istehsalı xidməti, qızıl zəmanət ultra 3 il xidmət üçün ümumilikdə, 302.82 manat olmaqla ondan, 253,84 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 25.38 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 333.44 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
İş materialları:
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05077860 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********34305 “Poco” C65 markalı telefon, paket L xidməti, 2 ədəd plyonka istehsalı, qızıl zəmanət ultra 3 il xidmət və xx.xx.2024-cü il tarixli, 538007 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********06219 “Samsung Galaxy A05 S” markalı telefon, qızıl zəmanət ultra 3 il xidməti və xx.xx.2025-ci il tarixli 538007 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********71465 “X1 13” markalı telefon, qızıl zəmanət ultra 3 il xidmət verməyi, cavabdeh müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2024-cü il tarixli, 05077860 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş etmədən, xx.xx.2024-cü il tarixdən başlayaraq 12 ay müddətində hər ay 36.91 manat olmaqla, cəmi 442.87 manat, xx.xx.2024-cü il tarixli, 538007 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş etmədən, 12 ay müddətində hər ay 35.5 manat olmaqla, cəmi 425.97 manat, xx.xx.2025-ci il tarixli 538007 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş etmədən, 18 ay müddətində hər ay 38.53 manat olmaqla, cəmi 693.48 manat ödəniş etməlidir.
5. xx.xx.2024-cü il tarixli, 05077860 nömrəli, xx.xx.2024-cü il tarixli, 538007 nömrəli və xx.xx.2025-ci il tarixli 538007 nömrəli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 05077860 nömrəli, xx.xx.2024-cü il tarixli, 538007 nömrəli və xx.xx.2025-ci il tarixli 538007 nömrəli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.
6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 05077860 nömrəli müqavilə üzrə 253.84 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumu 23.6 manat, 25.38 manat cərimə olmaqla, cəmi 302.82 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 339.25 manat əsas, İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 manat, 33.93 manat cərimə olmaqla, cəmi 396.78 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 635.93 manat əsas, İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 manat, 63.59 manat cərimə olmaqla, cəmi 723.12 manat, ümumilikdə 1422.72 manat borcu vardır.
7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 34.23 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 05077860 nömrəli, xx.xx.2024-cü il tarixli, 538007 nömrəli və xx.xx.2025-ci il tarixli, 538007 nömrəli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borclarının yaranması işin mübahisəsiz hallarıdır.
10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditokalı ra ödəməli olduğu pul məbləğidir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi :
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.
16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
17. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 05077860 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ilkin ödəniş etmədən, cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 36.91 manat ödəmək şərti ilə ümumi dəyəri 442.87 manat olan İmei kodu **********34305 “Poco” C65 markalı telefon, paket L xidməti, 2 ədəd plyonka istehsalı, qızıl zəmanət ultra 3 il xidmət, xx.xx.2024-cü il tarixli, 538007 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli, 538007 nömrəli müqavilə üzrə ilkin ödəniş etmədən, 12 ay müddətinə hər ay 35.5 manat ödəmək şərti ilə ümumi dəyəri 425.97 manat olan İmei kodu **********06219 “Samsung Galaxy A05 S” markalı telefon, qızıl zəmanət ultra 3 il xidmət, xx.xx.2025-ci il tarixli, 538007 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2025-ci il tarixli, 538007 nömrəli müqavilə üzrə ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 38.53 manat ödəmək şərti ilə ümumi dəyəri 693.54 manat olan İmei kodu **********71465 “X1 13” markalı telefon, qızıl zəmanət ultra 3 il xidmət almışdır.
18. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
19. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 05077860 nömrəli müqavilə üzrə 189.08 manat əsas borc üzrə ödəniş etmiş, ödənilməmiş əsas borc 253.84 manat, xx.xx.2024-cü il tarixli, 538007 nömrəli müqavilə üzrə əsas borc üzrə ödənilmiş məbləğ 86.75 manat, ödənilməmiş əsas borc 339.25 və xx.xx.2025-ci il tarixli, 538007 nömrəli müqavilə üzrə əsas borc üzrə ödənilmiş məbləğ 57.61 manat, ödənilməmiş əsas borc 635.93 manat təşkil edir.
20. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2024-cü il tarixli, 05077860 nömrəli müqavilə üzrə 253.84 manat, xx.xx.2024-cü il tarixli, 538007 nömrəli müqavilə üzrə 339.25 manat və xx.xx.2025-ci il tarixli, 538007 nömrəli müqavilə üzrə 635.93 manat pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.
22. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli 05077860 müqavilə üzrə 25.38 manat təşkil edən cərimə məbləğinin 5 manat, xx.xx.2024-cü il tarixli, 538007 nömrəli müqavilə üzrə 33.93 manat təşkil edən cərimə məbləğinin 5 manat, xx.xx.2025-ci il tarixli, 538007 nömrəli müqavilə üzrə 63.59 manat təşkil edən cərimə məbləğinin 5 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
23. Həmçinin İddiaçı MMC Cavabdeh ilə bağlanılmış müqavilənin 3.5-ci bəndinə istinad etməklə cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsumun da tutulmasını tələb etmişdir.
24. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilələrin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə biləcəyi, müqavilənin 3.5-ci bəndinə əsasən isə müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
25. xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrin 4.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nİn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə biləcəyi, müqavilənin 4.5-ci bəndinə əsasən isə müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
26. Göründüyü kimi müqavilənin qeyd edilən bəndi iddiaçıya cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını təmin etmək üçün əlavə tədbir görmək hüququ verir.
27. İddiaçı isə hazırda cavabdeh tərəfindən öhdəlik icra edilmədiyi üçün qeyd edilən hüququndan istifadə etdiyini bildirirək ona zərər dəydiyini iddia edir. Lakin iddiaçı tərəfindən məhkəməyə qeyd edilən hüququndan istifadə etməsinə dair mötəbər sübut təqdim edilməmişdir.
28. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müqavilə üzrə cavabdehin sahiblik və istifadəsinə verilmiş telefonun İMEİ kodunun deaktiv olunması ilə bağlı sübut təqdim etməlidir.
29. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı isə iddiaçı tərəfindən tərtib edilmiş bir sənəd olduğundan və iddiaçının istifadəsində olan mobil telefonun deaktiv olunmasını birbaşa təsdiq edən sənəd olmadığından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı zərər dəydiyini, dəymiş zərərin məbləğini və zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəydiyini sübut etmə öhdəliyi daşıyır. Odur ki, iddiaçının iddia tələbi qeyd edilən hissədə əsaslı hesab edilə bilməz.
30. Məhkəmə ümumiyyətlə müqavilənin qeyd edilən şərti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən alqı-satqı müqaviləsinin obyekti olan əşyanın dəyəri tam şəkildə ödənilənədək həmin əşyaya mülkiyyət hüququnun iddiaçıda saxlanılması cavabdehin müqavilə obyekti olan əşyaya sahiblik və istifadə hüququna bu şəkildə müdaxilə edilməsi əsası verməməlidir. Mülki qanunvericilikdə nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilmədiyi halda iddiaçının əşyanı geri tələb edilmək və ya dəyərinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə müqavilənin qeyd edilən şərtini mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna müdaxilə kimi qiymətləndirilməlidir.
Məhkəmə Xərcləri :
31. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34.23 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
32. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, 05077860 nömrəli müqavilə üzrə 253.84 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli, 538007 nömrəli müqavilə üzrə 339.25 manat əsas, 5 manat cərimə və xx.xx.2025-ci il tarixli, 538007 nömrəli müqavilə üzrə 635.93 manat əsas, 5 manat cərimə olmaqla, cəmi 1244.02 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34.23 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 05077860 nömrəli müqavilə üzrə 253.84 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli, 538007 nömrəli müqavilə üzrə 339.25 manat əsas, 5 manat cərimə və xx.xx.2025-ci il tarixli, 538007 nömrəli müqavilə üzrə 635.93 manat əsas, 5 manat cərimə olmaqla, cəmi 1244.02 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34.23 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva