Məhkəmə qərarları › İş №e-2(007)-3693/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3693/2025

02.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3693/2025 02.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı İri Şəhərlərin X1 Xidməti X2 Cavabdeh qarşı “su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı İri Şəhərlərin X1 Xidməti Publik Hüquqi Şəxsi Cavabdeh qarşı “su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1611.38 (min altı yüz on bir otuz səkkiz) manat borcun (abonent kodu: **********350) və 36.12 manat dövlət rüsumunun tutularaq “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, e-2(007)- 3693/2025 nömrəli qərardadı ilə iddiaçı “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin Cavabdeh qarşı “su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.

İşdə iştirak edən şəxslər:

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlə borcun hissəli ödənilməsi barədə razılığa gəlindiyi üçün iddianın baxılmamış saxlanmasını, ödənilmiş dövlət rüsumunun elektron məhkəmə sisteminə qaytarılmasını və rüsumun qaytarılması üçün icraya yönədilməməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmənin mövqeyi:

7. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

Nəticə:

8. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı İri Şəhərlərin X1 Xidməti X2 Cavabdeh qarşı “su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.

9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

Ərizə təmin edilsin. İddiaçı İri Şəhərlərin X1 Xidməti X2 Cavabdeh qarşı “su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar