Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3707/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi Cavabdeh2 Cavabdeh4 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" ASC tərəfindən ödənilməyən 613.78 (altı yüz on üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində olan hissənin və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində, ünvan 1 ünvanında "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış, sürücü Cavabdeh2 idarə etdiyi “Nissan” markalı, **-RF-*** d.q.n-lı avtomobil, sürücü Cavabdeh3 idarə etdiyi “Hyundai 130” markalı, **-EG-*** d.q.n-lı avtomobil və Cavabdeh4 idarə etdiyi “Mitsubishi” markalı, **-XP-*** d.q.n-lı avtomobillərin toqquşması nəticəsində həmin nəqliyyat vasitələri "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” və “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növü üzrə sığorta təminatı almış "xxxx" QSC-nin istifadəsində olan mağazaya çırpılmış və nəticədə mağazanın daşınmaz və danışar əmlakına zərər dəymişdir. Bakı şəhər DYPİ YHN-nin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş hadisə və dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən Fİ- 0061/2024/AKT38/25 nömrəli aktla "xxxx" QSC-yə 4493.46 manat, AZ/089550 saylı sığorta şəhadətnaməsinə və Fİ-0060/2024-AKT41/25 saylı sığorta aktına əsasən 2554 manat, RAZ********** saylı sığorta şəhadətnaməsinə və CFİ/0191/2024-AKT40/25 saylı sığorta aktına əsasən 1148.87 məbləğində ümumilikdə 8196.33 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin sığorta ödənişləri üzrə 7582.55 manat məbləğ "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ödənilmişdir.
Tərəflərin izahatları :
3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, eləcə də əvvəlcədən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiklərini bildirmişlər.
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
6. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
8. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd : Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
10. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, eləcə də əvvəlcədən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.
12. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
13. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
14. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödəyici: "xxxx" ASC, VÖEN:**********;Bankın adı "xxxx"ASC VÖEN:**********,KOD:503217 M/H,AZ81NABZ********************4 SWİFT BİC:AZFİAZ22, qəbzin nömrəsi: **********; tarix:xx.xx.2025, saat:10:50:02) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödəyici: "xxxx" ASC, VÖEN:**********;Bankın adı "xxxx"ASC VÖEN:**********,KOD:503217 M/H,AZ81NABZ********************4 SWİFT BİC:AZFİAZ22, qəbzin nömrəsi: **********; tarix:xx.xx.2025, saat:10:50:02) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva