Məhkəmə qərarları › İş №e-2(007)-3745/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3745/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3745/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2020-ci il tarixli, BXK5778325 saylı müqavilə;

2. xx.xx.2020-ci il tarixli, BXK5899701 saylı müqavilə. Müqavilələrin predmet-borc müqaviləsi Tələb olunan məbləğ:

1. xx.xx.2020-ci il tarixli, BXK5778325 saylı müqavilə üzrə 135 manat əsas borc;

2. xx.xx.2020-ci il tarixli, BXK5899701 saylı müqavilə üzrə 562 manat əsas borc, ümumilikdə tələb olunan məbləğ: 697 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: borc müqavilələri, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında balanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr borc müqaviləsi adlansa da, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 5 manat ilkin ödənişlə, 12 ay müddətinə hər ay 27 manat ödəməklə 329 manat dəyərində məişət avadanlığı alıb. Həmçinin, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 82 manat ilkin ödənişlə, 12 ay müddətinə hər ay 56 manat ödəməklə 754 manat dəyərində məişət avadanlığı alıb. Lakin müqavilələr üzrə öhdəliklərinə əməl etməyib. Hazırda cavabdehin 697 manat əsas borcu mövcuddur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİM:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, BXK5778325 saylı müqavilə üzrə 135 manat əsas borc, xx.xx.2020-ci il tarixli, BXK5899701 saylı müqavilə üzrə 562 manat əsas borc olmaqla, ümumilikdə 697 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar