Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3749/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 298.85 manat əsas borc və 8.45 manat cərimə borcu olmaqla, cəmi 307.30 manat borcun, xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 49.99 manat əsas borc və 5.55 manat cərimə borcu olmaqla, cəmi 55.54 manat borcun, xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 463.17 manat əsas borc və 18.28 manat cərimə borcu olmaqla, ümumilikdə 481.45 manat borcun, ümumilikdə isə 844.29 manat borcun, habelə 30.00 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC (VÖEN:**********) arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı- satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən 359.69 manat dəyərində mal (xidmət) almışdır. Cavabdeh borclu olduğu 359.69 manat məbləğdən 0.00 manat ilkin ödəniş etmiş və nəticədə xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 359.69 manat əsas borcu qalmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə görə cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cü il tarixinədək, hər ay 20.00 manat ödəməklə "xxxx" MMC-yə olan borcunu tam şəkildə icra etməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cash Finance MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC-nin cavabdehə qarşı mövcud olan 359.69 manatlıq tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 60.84 manat təşkil edir. Cavabdeh ilə "xxxx" MMC (VÖEN:**********) arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı- satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, "xxxx" MMC-dən 59.99 manat dəyərində mal (xidmət) almışdır. Cavabdeh borclu olduğu 59.99 manat məbləğdən 0.00 manat ilkin ödəniş etmiş və nəticədə xx.xx.2025-ci il tarixli, ********** nömrəli alqı-satqı müqaviləsi üzrə 59,99 manat əsas borcu qalmışdır. xx.xx.2025ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə görə cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək, hər ay 10.00 manat ödəməklə "xxxx" MMC-yə olan borcunu tam şəkildə icra etməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC-nin cavabdehə qarşı mövcud olan 59.99 manatlıq tələb hüququ “Cash Finance2 MMC-yə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 10,00 manat təşkil edir. Cavabdeh ilə "xxxx" MMC (VÖEN: **********) arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, "xxxx" MMC-dən 614,.76 manat dəyərində mal (xidmət) almışdır. Cavabdeh borclu olduğu 614.76 manat məbləğdən 0.00 manat ilkin ödəniş etmiş və nəticədə xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 614.76 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə görə cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cü il tarixinədək, hər ay 52.00 manat ödəməklə "xxxx" MMC-yə olan borcunu tam şəkildə icra etməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC-nin cavabdehə qarşı mövcud olan 614.76 manatlıq tələb hüququ İddiaçı MMC-ə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 151.59 manat təşkil edir. Cavabdeh, müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nisyə alqı-satqı müqaviləsinin 2.4.4-ci bəndinə əsasən, alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi halda, satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdeh xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 298.85 manat əsas borcu və 8.45 manat cərimə borcu olmaqla, ümumilikdə 307.30 manat borcu vardır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 49.99 manat əsas borcu və 5.55 manat cərimə borcu olmaqla, ümumilikdə 55.54 manat borcu vardır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 463.17 manat əsas borcu və 18.28 manat cərimə borcu olmaqla, ümumilikdə 481.45 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərilsə də, o, müqavilə ilə müəyyənləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.
İş materialları :
3. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC Cavabdeh 1 saylı Əlavədə göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür
4. xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, borclu xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 22-dən gec olmayaraq 6 ay müddətində hər ay 52 manat (sonuncu ay 42.76 manat) olmaqla, cəmi 614.76 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
5. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, X1 malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilmədən təhvil almışdır.
6. "xxxx" MMC tərəfindən Cavabdeh təqdim edilmiş 22 mart 2025-ci il tarixli B-********** saylı bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn tələbinin hamısının İddiaçı MMC-yə güzəşt ediləsi bildirilmişdir.
7. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış 22 mart 2025-ci il tarixli S- ********** saylı sazişdən görünür ki, bu saziş xx.xx.2024-cü il tarixli, F-11/24/01 saylı faktorinq müqaviləsinə əlavə olub, onun ayrlmaz tərkib hissəsidir. Bu sazişə əsasən "xxxx" MMC tərəfindən həmin sazişin 2-ci bəndində qeyd edilən borclular, o cümlədən cavabdeh X3 qarşı olan 614.76 manat tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir.
8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə xx.xx.2025-ci il tarixinə 467.90 manat borcu yaranmışdır. Cavabdeh borcunu 3 gün ərzində ödəmədiyi təqdirdə borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
9. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 mart 2025-ci il tarixli S-********** saylı alqı-satqı müqaviləsinə əsasən əsas 463.17 manat və cərimə 18.28 manat olmaqla, ümumilikdə 481.45 manat borcu vardır.
10. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC Cavabdeh 1 saylı Əlavədə göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür
11. xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, borclu xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 22-dən gec olmayaraq 18 ay müddətində hər ay 20 manat (sonuncu ay 19.69 manat) olmaqla, cəmi 359.69 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
13. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilmədən malı təhvil almışdır.
12. "xxxx" MMC tərəfindən Cavabdeh təqdim edilmiş 22 mart 2025-ci il tarixli B- ********** saylı bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqısatqı müqaviləsindən irəli gələn tələbin hamısının İddiaçı MMC-yə güzəşt edilməsi bildirilmişdir.
13. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış 22 mart 2025-ci il tarixli S- ********** saylı sazişdən görünür ki, bu saziş S-11/24/01 saylı xx.xx.2024-cü il tarixli faktorinq müqaviləsinə əlavədir və onun ayrlmaz tərkib hissəsidir. "xxxx" MMC tərəfindən həmin sazişin 2-ci bəndində qeyd edilən borclular, o cümlədən Cavabdeh qarşı olan 359.69 manata tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir.
14. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə xx.xx.2025-ci il tarixinə 305.15 manat borcu yaranmışdır. Cavabdeh borcunu 3 gün ərzində ödəmədiyi təqdirdə borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
15. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 298.85 manat və cərimə 8.65 manat olmaqla, ümumilikdə 307.50 manat borcu vardır.
16. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC Cavabdeh 1 saylı Əlavədə göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
17. xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, borclu xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 13-dən gec olmayaraq 6 ay müddətində hər ay 10 manat (sonuncu ay 9.9 manat) olmaqla, cəmi 59.99 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
18. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilmədən malları təhvil almışdır.
19. "xxxx" MMC tərəfindən Cavabdeh təqdim edilmiş 13 may 2025-ci il tarixli B- ********** saylı bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqısatqı müqaviləsindən irəli gələn tələbin hamısının İddiaçı MMC-yə güzəşt edilməsi bildirilmişdir.
20. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış 13 may 2025-ci il tarixli S- ********** saylı sazişdən görünür ki, bu saziş S-11/24/01 saylı xx.xx.2024-cü il tarixli faktorinq müqaviləsinə əlavədir və onun ayrlmaz tərkib hissəsidir. "xxxx" MMC tərəfindən həmin sazişin 2-ci bəndində qeyd edilən borclular, o cümlədən Cavabdeh qarşı olan 59.99 manat tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir.
21. İddiaçı MMC tərəfindən X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə xx.xx.2025-ci il tarixinə 54.14 manat borcu yaranmışdır. Cavabdeh borcunu 3 gün ərzində ödəmədiyi təqdirdə borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
22. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 49.99 manat və cərimə 5.55 manat olmaqla, ümumilikdə 55.54 manat borcu vardır.
23. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, F-11/24/01 nömrəli faktorinq müqaviləsindən görünür ki, müqaviləyə əsasən faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verməyi, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürmüşdür. 24 İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli F-11/24/01 nömrəli faktorinq müqaviləsinə xx.xx.2024-cü il tarixli S-11/24/01 əlavə sazişdən görünür ki, bu saziş F-1124/02 saylı xx.xx.2024-cü il tarixli “Faktorinq müqaviləsi”nə əlavədir və onun ayrılmaz hissəsidir. Tərəflərin hüquq və öhdəlikləri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı şərtlər, F-11/24/02 saylı, xx.xx.2024-cü il tarixli Faktorinq müqaviləsi ilə müəyyənləşdirilir. 25 İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli F-11/24/01 nömrəli faktorinq müqaviləsinə xx.xx.2024-cü il tarixli R-11/24/01 saylı razılaşmadan görünür ki, "xxxx" MMC faktor İddiaçı MMC-yə faizləri 100% güzəşt etmişdir.
26. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ı ödənilmişdir.
İşin faktiki halları :
27. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli, xx.xx.2025-ci il tarixli; ********** nömrəli və xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqavilələrin bağlanması və cavabdehin "xxxx" MMC qarşısında borcunun yaranması və "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, R- 11/24/01 nömrəli “tələbin güzəşti” barədə faktorinq müqaviləsi və xx.xx.2024-cü il tarixli, S- 11/24/01 nömrəli faktorinq müqaviləsinə əlavə saziş üzrə "xxxx" MMC tərəfindən Cavabdeh qarşı olan tələb hüququnun güzəşt edilməsi işin mübahisəsiz hallarıdır.
28. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
29. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
Tətbiq edilən hüquq :
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
Məhkəmənin mövqeyi :
32. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
33. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli, xx.xx.2025-ci il tarixli, ********** nömrəli və xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqavilələri bağlanılmışdır.
34. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
35. Müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 22-dən gec olmayaraq 6 ay müddətində hər ay 52 manat (sonuncu ay 42.76 manat) ödəmək şərti ilə ümumi dəyəri 614.76 manat olan məişət avadanlığını, xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqısatqı müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 22-dən gec olmayaraq 18 ay müddətində hər ay 20 manat (sonuncu ay 19.69 manat) ödəmək şərti ilə ümumi dəyəri 359.69 manat olan məişət avadanlığını, xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 13-dən gec olmayaraq 6 ay müddətində hər ay 10 manat (sonuncu ay 9.99 manat) ödəmək şərti ilə ümumi dəyəri 59.99 manat olan məişət avadanlıqlarını satın almışdır.
36. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, "xxxx" MMC alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
37. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən, 463.17 manat ödənilməmiş əsas borcu, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən 298.85 manat ödənilməmiş əsas borcu, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən 49.99 manat ödənilməmiş əsas borcu vardır.
38. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (MM 600.4).
39. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış 22 mart 2025-ci il tarixli 8- ********** saylı sazişə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh qarşı olan 614.76 manat məbləğində borca və 0.5% məbləğində dəbbə puluna dair tələb hüququ, 22 mart 2025-ci il tarixli 8-********** saylı sazişə əsasən 359.69 manat məbləğində borca və 0.5% məbləğində dəbbə puluna dair tələb hüququ və 13 may 2025-ci il tarixli S-********** saylı saziş sazişə əsasən 59.99 manat məbləğində borca və 0.5% məbləğində dəbbə puluna dair tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir.
40. Mülki qanunvericiliyə əsasən faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.
41. Müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli, xx.xx.2025-ci il tarixli, ********** nömrəli və xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqavilələrindən irəli gələn tələb hüququnun İddiaçı MMC-yə güzəşt edilməsi barədə "xxxx" MMC tərəfindən Cavabdeh bildiriş verilmişdir.
42. Belə olan halda məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış faktorinq müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixli, ********** nömrəli alqısatqı müqaviləsindən irəli gələn tələb hüququ İddiaçı MMC-yə güzəşt ediliyindən və cavabdeh X2 bağladığı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddiaçının xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən 463.17 manat əsas borcun, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən 298.85 manat ödənilməmiş əsas borcun və xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqaviləyə əsasən 49.99 manat ödənilməmiş əsas borcun ödənilməsi tələbi əsaslıdır.
43. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin 2.4.4-cü bəndinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli faktorinq müqaviləsinin 2.8-ci bəndinə və R-11/24/01 saylı Sazişə əsasən əsas müqavilədə ödənişin gecikdirilməsinə görə müəyyən edilmiş dəbbə pulu tələbi müqavilə üzrə faktora keçmişdir.
44. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçının cavabdehdən cərimə tutulmasına dair tələbi əsaslıdır.
Məhkəmə Xərcləri :
45. Buna görə də məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə :
46. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 298.85 manat əsas borc və 8.45 manat cərimə olmaqla, cəmi 307.30 manat, xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 49.99 manat əsas borc və 5.55 manat cərimə olmaqla, cəmi 55.54 manat və xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 463.17 manat əsas borc və 18.28 manat cərimə olmaqla, cəmi 481.45 manat, ümumilikdə isə 844.29 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30.00 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 463.17 manat əsas borc və 18.28 manat cərimə olmaqla, cəmi 481.45 manat, xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 298.85 manat əsas borc və 8.45 manat cərimə olmaqla, cəmi 307.30 manat və xx.xx.2025-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə 49.99 manat əsas borc və 5.55 manat cərimə olmaqla, cəmi 55.54 manat borc, ümumilikdə isə 844.29 manat borc və ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva