Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3972/2025 03.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qızına qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 19 dekabr 2023-cü il tarixdə mediaisya qaydasında bağlanılmış Barışıq Sazişinin 2.1-ci bəndinin şərtinə görə Ərizəçi tərəfindən Maraqlı şəxs ödənilmiş 50000 (əlli min) manat dəyərində qeyri-yaşayış sahəsinin alınmasının icra edilməsi məqsədi ilə Barışıq Sazişini məhkəmə qaydasında təsdiq edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində keçmiş gəlini Maraqlı şəxs ilə Bakı 6 saylı X3 sazişi bağlayıb. Maraqlı şəxs ilə qanunvericiliyin tələbinə görə tonlar mediasiya sessiyasından keçərək, mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə dördtərəfli müqavilə və xx.xx.2023-cü il tarixli Barışıq Sazişi imzalayaraq razılığa gəliblər. Lakin artıq iki ilə yaxındır ki, İslamzadə X1 könüllü olaraq 2.1-ci bəndindən irəli gələn şərti yerinə yetirmir. Belə ki, 19.12.23-cü il tarixdə imzalanmış Barışıq sazişinin 2.1-ci bəndinə əsasə o, 50000 (əlli min) manat məbləğində pul vəsaitini nəvələri X8 və X2 adına qeyri-yaşayış sahəsi alınması üçün Maraqlı şəxs ödəməyi öhdəsinə götürüb. Bu razılaşmanın onun tərəfindən icra olunduğu xx.xx.2023-cü il qəbzində öz əksini tapır. Qəbzdə aşağıdakılar qeyd edilib: “Mən Maraqlı şəxs (AA 4851024) Baki 6 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli MŞB/6-108 saylı barışıq sazişinin 2.1-ci bəndinə əsasən 50000 (əlli min) manat pul vəsaitini Ərizəçi qəbul etdim”. Maraqlı şəxs bunu öz imzasıyla təsdiq edib. O, xx.xx.2023cü il tarixli MŞB/6-1086 saylı barışıq sazişinin 2.1-ci bəndinə əsasən 50000 (əlli min) manat pul vəsaitini Maraqlı şəxs təhvil verib.
Etiraz və onun dəlilləri:
3. Maraqlı şəxs xx.xx.2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ərizəçi keçmiş qayınatası Ərizəçi, X5na qarşı xx.xx.2023-cü ildə cinayət hadisəsi törədib. CM-nin 120.1 və 126-cı maddələrinə əsasən təqsirli bilinəcəkdi. 2023-cü ilin noyabr ayında istintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Təqsirləndirilən şəxs, yəni keçmiş qayınatası Ərizəçi törətdiyi əməldən peşman olduğunu bildirərək, atası ilə barışmaq istədiyini bildirib və cinayət işinə öz xeyrinə rəy verilməsini istədiyinə görə, yəni cinayət məhsuliyyətindən azad olmaq üçün vəkili ilə birlikdə barışıq sazişi bağlanmasını təklif ediblər. Sazişi 19 dekabr 2023-ci ildə mediasiyada bağlayıblar. X5 isə Bakı şəhəri 23 saylı notariat ofisində Bakı Ağır Cinayətlər Məhkəməsinə təqsirləndirilən şəxslə barışdığını, heç bir tələbi olmadığına dair notarial təsdiq olunmuş sənədlə bildirib. Mediasiya sənədindən də göründüyü kimi 50000 manat verilməsinin səbəbi sadəcə formal xarakter daşıdığını bildiriblər. Mediasiyada 20000 manatın onsuz da atasına verildiyini və atasının da adını ora qeyd etməli olduqlarını dedikdə ona sadəcə formal xarakter daşıdığını deyiblər, ya atası, ya onun adının qeyd edilməsində fərq olmadığını, əsas pulu vermələri olduğunu, bu sənədin böyük əhəmiyyəti olmadığı deyilib. Keçmiş əri X10 ilə ortaq əmlakları, obyektlər var idi və o, çox böyük məbləğ idi. Ona deyiblər ki, “sənə ev və 30000 manat məbləği veririk, bu formada razılaş və bölgü ilə bağlı iddiadan imtina et”. O da cinayət işi, ailə problemləri fonunda əmlak bölgüsünə dair iddiasını geri götürüb, çox dərinə getməyib. 30000 manata razı olub, yəni əmlakdan imtina etdiyi üçün bu məbləği ona və uşaqlarına veriblər. Sonra da deyiblər ki, pul ona və uşaqları üçün verilmiş kimi qeyd olunacaq, o da razılaşı. Çünki düşünürdü ki, ona bu pul nə qədər verilsə də, onsuz da uşaqları üçün istifadə edəcəkdir. Ona mediasiyada olduqda bildirməyiblər ki, o, bu bəndlərin hamsını icra etməzsə, belə bir problem ola bilər. Yəni onun mediasiyada olan qanunlardan xəbəri olmayıb. Əslində bu pul onun əmlaklardan imtina etməyinə görə verilib, amma sənəddə uşaqlara aid obyekt almaq üçün göstərilib. Amma bilmirdi ki, real məqsədləri bu idi. Hansı ki, barışıqda ailələr arasında danışıq 30000 manat əmlakların bölünməməsi üçün ona veriləcək, 20000 manat isə atasına cinayət nəticəsində aldığı xəsarət və müalicə xərcləri ilə bağlı kompensasiya üçün ödənəcəkdir. Danışığı ailə böyüyü əmisi Şəmisəddin Əmrahov və Ağsu rayon sakini Fərhad Mirzəyev iştirakı ilə baş verib. Ərizəçi cinayət işi yekunlaşdıqdan sonra bu kimi mübahisələri qaldıracağını bilmirdilər və o da araşdırmadan bir neçə saat içində barışıq sazişi üçün mediasiyaya gedib və imzalayıb, həmin günü də atası məhkəmə üçün heç bir tələbi və şikayəti olmadığı haqqında cinayət işinin yekunlaşması üçün notariusda ərizə imzalayıb. Ərizəçi qızlarının babası da uşaqlara və ona ev bağışlayıb. Ona görə o da deyib ki, böyük mübahisədənsə, bu məsələ bitsin, uşaqlarının da evi var, 30000 manat da verilib, bu pulu da uşaqlara istifadə edər. 20000 manata gəlincə, bu ümumiyyətlə, atasının cinayət nəticəsində aldığı xəsarət və müalicə xərcləri ilə bağlı ödənmiş kompensasiyadır. Uşaqlara aidiyyəti yoxdur. Ona görə də, barşıq sənədinin qismən etibarsız hesab edilməsini istəyir. Yuxarıda qeyd etdiyi hallar nəzərə alınaraq, Ərizəçi ona qarşı irəli sürdüyü iddianın əsassız olduğu qəbul edilməsini və onun tələbinin təmin olunmasından imtina edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları:
4. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini qeyd etmiş və barışıq sazişinin təsdiq edilməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir.
5. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciəti edərək qeyd etmişdir ki, o, əqdi mübahisələndirmək istəyib, lakin sonradan görüb ki, ona qarşı necə oyun qurublar. Bu hissədə onu sübut etmək imkanı da olmayıb, çünki nə müddət var, nə də maddi imkan var. O, əlavə xərc çəkə bilməyib. Onsuz da hal-hazırda evini dəyişir, yeni evə əşyalar və.s ilə bağlı əlavə xərcləri var, işləmir, tək uşaqlarına baxır, maddi vəziyyəti də yaxşı deyil. Üstəlik, həmin 20000 manatın da ona heç bir adiyyəti yoxdur. Bildirdiyi kimi 20000 manat X5na qarşı Ərizəçi cinayət işi nəticəsində verdiyi xəsarət və müalicə xərcləri ilə bağlı kompensasiya ödənişidir. Bu işlə bağlı hazırda şahidləri də mövcuddur. Ona görə də, barışıq sazişinin qismən əsaslı hesab olunmasının təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
9. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
İşin faktiki halı:
10. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs Ərizəçi keçmiş gəlinidir. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində 19 dekabr 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır.
Məhkəmənin mövqeyi:
11. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində 19 dekabr 2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında 2.1. Ərizəçi 50000 (əlli min) manat məbləğində pul vəsaitini nəvələri X8 və X2 adına qeyriyaşayış sahəsi alınması üçün Maraqlı şəxs ödəməyi öhdəsinə götürür, həmçinin, Ərizəçi nəvələri X4, X2 və onların anası Maraqlı şəxs hər birinin payları bərabər şəkildə müəyyən edilməklə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 7 saylı evin 3 saylı mənzilini Maraqlı şəxs adına keçriməklə rəsmiləşdirməyi öhdəsinə götürür; 2.2. Maraqlı şəxs **********56- 12301 reyestr nömrəli çıxarışa əsasən onun adına xüsusi mülkiyyət hüququ-ilə qeydə alınmış Ağsu rayonu, Qaraqaşlı kəndi, Ağsu-Kürdəmir yolunun 2-3-cü km-də, yolun şimal tərəfində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 305,2 kv.m olan daşınmaz əmlakın Ərizəçi adına keçirib rəsmiləşdirməyi, həmçinin, əri X6 adında olan Sazişin 1-5-ci bəndlərində göstərilən əmlaklardan pay hüququndan imtina etməyi və Elvin İslamzadə tərəfindən həmin əmlakların Ərizəçi adına keçirilməsinə razılıq verməyi öhdəsinə götürür; 2.3. X10 isə mülkiyyətində olan Kürdəmir rayonu, Bala Kəngərli kəndində yerləşən 2,3 ha torpaq sahəsi, Ağsu rayonu, Hacısəmədli kəndində yerləşən 3,6 ha torpaq sahəsi, Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən 0,06 ha torpaq sahəsi (reyestr nömrəsi 4Ə-120), Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən 0,06 ha torpaq sahəsi (reyestr nömrəsi 4Ə-234), Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən Ağsu- Kürdəmir yolunun sol kənarında yerləşən 42,4 kv.m olan qeyri-yaşayış binasının Ərizəçi adına keçirib rəsmiləşdirməyi öhdəsinə götürür.
12. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Barışıq sazişinin 2.1-ci bəndinə əsasən Ərizəçi 50000 (əlli min) manat məbləğində pul vəsaitini nəvələri X8 və X2 adına qeyri-yaşayış sahəsi alınması üçün Maraqlı şəxs ödəməyi öhdəsinə götürüb və həmin öhdəlik ərizəçi tərəfindən icra edilib. Belə ki, iş materiallarına əlavə edilmiş və maraqlı şəxs tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, adıçəkilən baırşıq saşisinin 2.1ci bəndində göstərilən öhdəliklərin Ərizəçi tərəfindən tam icra olunduğunu, gələcəkdə bununla əlaqədar heç bir iddia və tələbi olmayacağını qeyd etmiş, həmçinin,xx.xx.2023-cü il tarixli qəbzdə Ərizəçi 50000 manat pul vəsaitini qəbul etdiyini göstərmişdir. Buna baxmayaq barışıq sazişinin şərtləri, yəni X8 və X2 adına qeyri-yaşayış sahəsi alınması ilə bağlı öhdəlik maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 19 dekabr 2023-cü il tarixli barışıq sazişinin “2.1-ci bəndində göstərilən Ərizəçi 50000 (əlli min) manat məbləğində pul vəsaitini nəvələri X8 və X2 adına qeyri-yaşayış sahəsi alınması üçün Maraqlı şəxs ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir.
13. Maraqlı şəxs ilə buna etiraz edərək, 50000 manat pulun 20000 manatının atası Babək Əmrahova cinayət hadisəsi nəticəsində aldığı xəsarət və müalicə xərcləri üzrə ödənilən kompensasiya olduğunu, ona aidiyyəti olmadığını, barışıq sazişinin etibarsız hesab edilməsi üçün iddia ərizəsi tərtib etdiyini qeyd etmişdir. Lakin iki dəfə məhkəmə baxış iclası təxirə salınmasına baxmayaraq, maraqlı şəxs “barışıq sazişinin etibarsız hesab edilməsi” ilə bağlı məhkəməyə müraciət etməmiş, belə bir iddia məhkəməyə daxil olmamışdır.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
15. Məhkəmə araşdırması zamanı barışıq sazişinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmişdir.
16. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 19 dekabr 2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır.
17. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
Nəticə:
18. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən Maraqlı şəxs 50000 manat məbləğində pulun ödənilməsi nəzərə alınmaqla, tərəflər arasında mediasiya prosesi nəticəsində bağanmış 19 dekabr 2023-cü il tarixli barışıq sazişi “2.1. Maraqlı şəxs tərəfindən X8 və X2 adına qeyri-yaşayış sahəsinin alınması” hissəsində təsdiq edilməlidir.
19. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən Maraqlı şəxs 50000 manat məbləğində pulun ödənilməsi nəzərə alınmaqla, tərəflər arasında mediasiya prosesi nəticəsində bağanmış 19 dekabr 2023-cü il tarixli barışıq sazişi “2.1. Maraqlı şəxs tərəfindən X8 və X2 adına qeyri-yaşayış sahəsinin alınması” hissəsində təsdiq edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva