Məhkəmə qərarları › İş №e-2(007)-4033/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4033/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4033/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Delonghi” markalı qəhvəbişirən üçün 2337 (iki min üç yüz otuz yeddi) manat ödənilməmiş hissə, 233,70 (iki yüz otuz üç manat, 70 qəpik) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “LG” markalı TV üçün 1737 (bir min yeddi yüz otuz yeddi) manat ödənilməmiş hissə, 173,70 (yüz yetmiş üç manat, 70 qəpik) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Xiaomi X20+” markalı robot tozsoran üçün 943,20 (doqquz yüz qırx üç manat, 20 qəpik) manat ödənilməmiş hissə, 94,32 (doxsan dörd manat 32 qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 5518,92 manat borc, 75.19 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.20025-ci il tarixli müqavilələrə əsasən, “Delonghi” markalı qəhvəbişirən, “LG” markalı TV, “Xiaomi X20+” markalı robot tozsoran almış və nəticədə 5518,92 (beş min beş yüz on səkkiz manat, 92 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2337 (iki min üç yüz otuz yeddi) manat (12 ay x 194,75 manat + 0 manat ilkin ödəniş) olan “Delonghi” markalı qəhvəbişirən üçün ümumilikdə 2570,70 (iki min beş yüz yetmiş manat, 70 qəpik) manat olmaqla, ondan 2337 (iki min üç yüz otuz yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 233,70 (iki yüz otuz üç manat, 70 qəpik) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2037 (iki min otuz yeddi) manat (12 ay x 144,75 manat + 300 manat ilkin ödəniş) olan “LG” markalı TV üçün ümumilikdə 1910,70 (bir min doqquz yüz on manat, 70 qəpik) olmaqla, ondan 1737 (bi rmin yeddi yü zotuz yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 173,70 (yüz yetmiş üç manat, 70 qəpik) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1060,20 (bir min altmış manat, 20 qəpik) manat (18 ay x 52,40 manat + 117 manat ilkin ödəniş) olan “Xiaomi X20+” markalı robot tozsoran üçün ümumilikdə 1037,52 (bir min otuz yeddi manat, 52 qəpik) manat olmaqla ondan 943,20 (doqquz yüz qırx üç manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 94,32 (doxsan dörd manat, 32 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 417 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.20025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi elektron qaydada ərizə verərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan telefonoqramdan görünür ki, cavabdehin (050)-531-87-62 saylı mobil nömrəsi ilə əlaqə saxlanılmış, ona məhkəmə iclasının tarixi və yeri barədə məlumat verilmiş və cavabdeh iddia tələbində qeyd olunan əsas borc məbləğləri ilə razı olduğunu, lakin cərimə məbləğlərini qəbul etmədiyini bildirmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Cavabdeh ümumi dəyəri 2337 manat olan “Delonghi” markalı qəhvəbişirən, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 1060,20 manat olan “Xiaomi X20+” markalı robot tozsoran, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 2037 manat olan “LG” markalı TV satılmışdır. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2337 manat ödənilməmiş hissə, 233,70 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 943,20 manat ödənilməmiş hissə, 94,32 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1737 manat ödənilməmiş hissə, 173,70 manat cərimə borcu olmaqla, ümumilikdə 5518,92 manat borcu vardır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1ci, 442-ci, 448.1-ci, 462.1-ci, 467-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2337 manat ödənilməmiş hissə, 116 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 943,20 manat ödənilməmiş hissə, 47 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1737 manat ödənilməmiş hissə, 86 manat cərimə borcu olmaqla, cəmi 5266,20 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 75,19 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2337 manat ödənilməmiş hissə, 116 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 943,20 manat ödənilməmiş hissə, 47 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1737 manat ödənilməmiş hissə, 86 manat cərimə borcu olmaqla, cəmi 5266,20 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,19 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar