Məhkəmə qərarları › İş №e-2(007)-411/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-411/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-411/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, DNEPR Tumba, CİVİL Beşik, MONAKO Dolab, Matras 2 ədəd üçün 2536 manat ödənilməmiş hissə, 604, manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X1 ÇAYNİK, X4, PHİLİPS QƏHVƏBİŞİRƏN üçün 719,6 manat ödənilməmiş hissə, 220,5 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X5, GORENJE KOMBAYN, TOSHİBAMİKRODALĞALİ SOBA, X3, FEN-DARAQ üçün 496 manat ödənilməmiş hissə, 158,4 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, EPSON Printer üçün 484,2 manat ödənilməmiş hissə, 128,7 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG MİKRODALĞALİ SOBA, GORENJE İZQARA üçün 398,6 manat ödənilməmiş hissə, 120 dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********64198 SAMSUNG GALAXYA02 markalı telefon üçün 201,6 manat ödənilməmiş hissə, 60 manat dəbbə, ümumilikdə 6128,4 manat borc və 81,29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, DNEPR Tumba, CİVİL Beşik, MONAKO Dolab, Matras 2 ədəd, X1 ÇAYNİK, X4, PHİLİPS QƏHVƏBİŞİRƏN, X5, GORENJE KOMBAYN, TOSHİBA MİKRODALĞALİ SOBA, X3 FEN-DARAQ, EPSON Printer, SAMSUNG MİKRODALĞALİ SOBA, GORENJE İZQARA, İmei kodu **********64198 SAMSUNG GALAXY A02 markalı telefon almış və nəticədə 6128,4 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 2536 manat (20 ay x 126,8 manat + 0 manat ilkin ödəniş) olan DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, DNEPR Tumba, CİVİL Beşik, MONAKO Dolab, Matras 2 ədəd üçün ümumilikdə 3140,8 manat olmaqla ondan, 2536 manat ödənilməmiş hissə, 604,8 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 896,4 manat (18 ay x 49,8 manat + 0 manat ilkin ödəniş) olan X1 ÇAYNİK, X4, PHİLİPS QƏHVƏBİŞİRƏN ümumilikdə 940,1 manat olmaqla, ondan 719,6 manat ödənilməmiş hissə, 220,5 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1065,6 manat (12 ay x 88,8 manat + 0 manat ilkin ödəniş) olan X5, GORENJE KOMBAYN, TOSHİBA MİKRODALĞALİ SOBA, X3, FEN- DARAQ üçün ümumilikdə 654,4 manat olmaqla, ondan 496 manat ödənilməmiş hissə, 158,4 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 610,2 manat (18 ay x 33,9 manat + 0 manat ilkin ödəniş) olan EPSON Printer üçün ümumilikdə 612,9 manat olmaqla ondan 484,2 manat ödənilməmiş hissə, 128,7 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 603,6 manat (12 ay x 50,3 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG MİKRODALĞALİ SOBA, GORENJE İZQARA üçün ümumilikdə 518,6 manat olmaqla ondan 398,6 manat ödənilməmiş hissə, 120 dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 303,6 manat (12 ay x 25,3 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********64198 SAMSUNG GALAXY A02 markalı telefon üçün ümumilikdə 261,6 manat olmaqla ondan 201,6 manat ödənilməmiş hissə, 60 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 1179,4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021- ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən, istifadəsində olan mobil nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə sms-bildiriş çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23009051 saylı müqavilədən və ona əlavə sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 1065,6 manat məbləğində X5, GORENJE KOMBAYN, TOSHİBA MİKRODALĞALİ SOBA, X3, FEN-DARAQ əldə etmiş və həmin məbləği aylıq 88,8 manat olmaqla 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23013332 saylı müqavilədən və ona əlavə sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 896,4 manat məbləğində X1 ÇAYNİK, X4, PHİLİPS QƏHVƏBİŞİRƏN əldə etmiş və həmin məbləği aylıq 49,8 manat olmaqla 18 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23015408 saylı müqavilədən və ona əlavə sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 603,6 manat məbləğində SAMSUNG MİKRODALĞALİ SOBA, GORENJE İZQARA əldə etmiş və həmin məbləği aylıq 50,3 manat olmaqla 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23031782 saylı müqavilədən və ona əlavə sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 303,6 manat məbləğində İmei kodu **********64198 olan SAMSUNG GALAXY A02 markalı telefon əldə etmiş və həmin məbləği aylıq 25,3 manat olmaqla 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23129783 saylı müqavilədən və ona əlavə sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 2536 manat məbləğində DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, DNEPR Tumba, CİVİL Beşik, MONAKO Dolab, Matras 2 ədəd əldə etmiş və həmin məbləği aylıq 126,8 manat olmaqla 20 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23129721 saylı müqavilədən və ona əlavə sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 610,2 manat məbləğində EPSON Printer əldə etmiş və həmin məbləği aylıq 33,9 manat olmaqla 18 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaların dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 23009051 saylı müqavilə üzrə 496 manat əsas borc, 158,4 manat cərimə borcu olmaqla, ümumilikdə 654,4 manat, xx.xx.2021-ci il tarixli 23013332 saylı müqavilə üzrə 719,6 manat əsas borc, 220,5 manat cərimə borcu olmaqla, ümumilikdə 940,1 manat, xx.xx.2021-ci il tarixli 23015408 saylı müqavilə üzrə 398,6 manat əsas borc, 120 manat cərimə borcu olmaqla, ümumilikdə 518,6 manat, xx.xx.2021-ci il tarixli 23031782 saylı müqavilə üzrə 201,6 manat əsas borc, 60 manat cərimə borcu olmaqla, ümumilikdə 261,6 manat, xx.xx.2021-ci il tarixli 23129783 saylı müqavilə üzrə 2536 manat əsas borc, 604,8 manat cərimə borcu olmaqla, ümumilikdə 3140,8 manat və xx.xx.2021-ci il tarixli 23129721 müqavilə üzrə 484,2 manat əsas borc, 128,7 manat cərimə borcu olmaqla, ümumilikdə 612,9 manat borcu vardır. Hər üç müqavilə üzrə ümumilikdə 6128,4 manat borcu vardır. - xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilələrdə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilələrin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilələrin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 23009051, 23013332, 23015408, 23031782, 23129783 və 23129721 nömrəli müqavilələrə əsasən əşyaları tam qüsursuz halda təhvil almışdır. - İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh qısa müddətdə borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 81,29 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən cavabdeh iddiaçıdan cəmi 6015,4 manat məbləğində əşyalar almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixlərdə də müqavilələrin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5, GORENJE KOMBAYN, TOSHİBA MİKRODALĞALİ SOBA, X3, FEN-DARAQ üçün 158,4 manat miqdarında cərimə pulu 496 manat miqdarında ödənilməmiş hissə məbləğinə, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən X1 ÇAYNİK, X4, PHİLİPS QƏHVƏBİŞİRƏN üçün 220,5 manat miqdarında cərimə pulu 719,6 manat miqdarında ödənilməmiş hissə məbləğinə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən SAMSUNG MİKRODALĞALİ SOBA, GORENJE İZQARA üçün 120 manat dəbbə pulu 398,6 manat ödənilməmiş hissə məbləğinə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********64198 olan SAMSUNG GALAXY A02 markalı telefon üçün 60 manat dəbbə pulu 201,6 manat ödənilməmiş hissə məbləğinə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, DNEPR Tumba, CİVİL Beşik, MONAKO Dolab, Matras 2 ədəd üçün 604,8 manat dəbbə pulu 2536 manat ödənilməmiş hissə məbləğinə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən EPSON Printer üçün 128,7 manat dəbbə pulu 484,2 manat ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq müvafiq olaraq 40, 60, 30, 15, 200 və 35 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 81,29 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 81,29 manat dövlət rüsumunun 12,1 manatı iddiaçıya, 69,19 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5, Gorenje Kombayn, Toshiba mikrodalğalı Soba, X3, Fen-Daraq üçün 496 manat əsas borc, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X1 Çaynik, X4, Philips Qəhvəbişirən üçün 719,6 manat əsas borc, 60 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X2, Gorenje İzqara üçün 398,6 manat əsas borc, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********64198 SAMSUNG GALAXY A02 markalı telefon üçün 201,6 manat əsas borc, 15 manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, DNEPR Tumba, CİVİL Beşik, MONAKO Dolab, Matras 2 ədəd üçün 2536 manat əsas borc, 200 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən EPSON Printer üçün 484,2 manat əsas borc, 35 manat cərimə, ümumilikdə 5216 manat borc və ödənilmiş 69,19 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 12,1 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5, Gorenje Kombayn, Toshiba mikrodalğalı Soba, X3, Fen-Daraq üçün 496 manat əsas borc, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X1 Çaynik, X4, Philips Qəhvəbişirən üçün 719,6 manat əsas borc, 60 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X2, Gorenje İzqara üçün 398,6 manat əsas borc, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********64198 SAMSUNG GALAXY A02 markalı telefon üçün 201,6 manat əsas borc, 15 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən DNEPR Çarpayı, DNEPR Dolab, DNEPR Termo, DNEPR Tumba, CİVİL Beşik, MONAKO Dolab, Matras 2 ədəd üçün 2536 manat əsas borc, 200 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən EPSON Printer üçün 484,2 manat əsas borc, 35 manat cərimə, ümumilikdə 5216 manat borc və ödənilmiş 69,19 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 12,1 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar