Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4132/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2021-ci il tarixli EHK5924021 saylı müqavilə
2. xx.xx.2022-ci il tarixli EHK6101394 saylı müqavilə
3. xx.xx.2021-ci il tarixli 28K528505 saylı müqavilə
4. xx.xx.2021-ci il tarixli 28K528521 saylı müqavilə Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:
1. 1xx.xx.2021-ci il tarixli EHK5924021 saylı müqavilə üzrə 285 manat əsas borc,
2. xx.xx.2022-ci il tarixli EHK6101394 saylı müqavilə üzrə 368 manat əsas borc,
3. xx.xx.2021-ci il tarixli 28K528505 saylı müqavilə üzrə 520 manat əsas borc,
4. xx.xx.2021-ci il tarixli 28K528521 saylı müqavilə üzrə 425 manat əsas borc. Ümumilikdə tələb olunan məbləğ: 1598 manat borc və 36 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqaviləsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli EHK5924021 saylı müqavilə üzrə 285 manat, xx.xx.2022-ci il tarixli EHK6101394 saylı müqavilə üzrə 368 manat, xx.xx.2021-ci il tarixli 28K528505 saylı müqavilə üzrə 520 manat, xx.xx.2021-ci il tarixli 28K528521 saylı müqavilə üzrə 425 manat vəsait və ödənilmiş 36 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova