Məhkəmə qərarları › İş №e-2(007)-4137/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4137/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4137/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə- xx.xx.2023-cü il tarixli, MHK6553663 saylı və xx.xx.2023-cü il tarixli, EHK6185522 saylı müqavilələr. Müqavilələrin predmeti- nisyə alqı-satqı. Tələb olunan məbləğ: xx.xx.2023-cü il tarixli, MHK6553663 saylı müqavilə üzrə 408 manat əsas borc və xx.xx.2023-cü il tarixli, EHK6185522 saylı müqavilə üzrə 550 manat əsas borc olmaqla, ümumilikdə 958 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar- Borc müqavilələri, ödəniş cədvəli, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr borc müqaviləsi adlansa da, xx.xx.2023-cü il tarixli, MHK6553663 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 48 manat ilkin ödənişlə və 12 ay müddətinə hər ay 51 manat ödəməklə 660 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EHK6185522 saylı müqaviləyə əsasən isə cavabdeh iddiaçıdan 115 manat ilkin ödəniş və 12 ay müddətinə hər ay 50 manat ödəməklə 715 manat dəyərində məişət avadanlığı almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Hazırda cavabdehin hər iki müqavilə üzrə ayrıayrılıqda 408 manat və 550 manat olmaqla ümumilikdə 958 manat əsas borcu mövcuddur. Göründüyü kimi, Cavabdeh müqavilələr üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, MHK6553663 saylı müqavilə üzrə 408 manat, xx.xx.2023-cü il tarixli, EHK6185522 saylı müqavilə üzrə 550 manat olmaqla, ümumilikdə 958 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar