Məhkəmə qərarları › İş №e-2(007)-4150/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4150/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4150/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2021-ci il tarixli, 28K528638 saylı müqavilə

2. xx.xx.2022-ci il tarixli, 28K6158307 saylı müqavilə Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:

1. xx.xx.2021-ci il tarixli, 28K528638 saylı borc müqaviləsinə əsasən 814 manat əsas borc.

2. xx.xx.2022-ci il tarixli, 28K6158307 saylı borc mqaviləsinə əsasən 1290 manat əsas borc. 3.Ümumilikdə tələb olunan məbləğ: 2104 manat borc və 42 manat dövlət rüsumu. Sübutlar: Alqı-satqı müqaviləsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. İddianı əsaslı hesab edirəm. Belə ki, 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, 28K528638 saylı müqavilə üzrə 814 manat əsas borc, xx.xx.2022-ci il tarixli, 28K6158307 saylı müqavilə üzrə 1290 manat əsas borc vardır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 28K528638 saylı müqavilə üzrə 814 manat əsas borc, xx.xx.2022-ci il tarixli, 28K6158307 saylı müqavilə üzrə 1290 manat əsas borc və 42 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar