Məhkəmə qərarları › İş №e-2(007)-4215/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4215/2025

19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4215/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbi üzrə mülki iş (Açar söz: “alqı-satqı müqaviləsi üzrə pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********45351 “İphone16 Pro Max” markalı telefon, Apple adapter, zəmanət +2 il xidmət üçün 3760.92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 376.09 manat dəbbə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, “LG” markalı TV, “Xiaomi X20+” robot tozsoran, 2 ədəd zəmanət + 3 il xidmət üçün 2885.14 manat ödənilməmiş hissə, 288.51 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Bosch” markalı mikrodalğalı soba, zəmanət + 1 il xidmət üçün 1669.02 manat ödənilməmiş hissə, 166.90 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Bosch” markalı qabyuyan, qızıl zəmanət ultra 1 il xidmət üçün 875.27 manat ödənilməmiş hissə, 87.53 manat dəbbə, ümumilikdə 10132.99 borc, 120.40 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı xx.xx.2026-cı il tarixində “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********45351 “İphone16 Pro Max” markalı telefon, Apple adapter, zəmanət +2 il xidmət üçün 3730.92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 373.09 manat dəbbə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, “LG” markalı TV, “Xiaomi X20+” robot tozsoran, 2 ədəd zəmanət + 3 il xidmət üçün 2885.14 manat ödənilməmiş hissə, 288.51 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Bosch” markalı mikrodalğalı soba, zəmanət + 1 il xidmət üçün 1669.02 manat ödənilməmiş hissə, 166.90 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Bosch” markalı qabyuyan, qızıl zəmanət ultra 1 il xidmət üçün 827.04 manat ödənilməmiş hissə, 82.70 manat dəbbə, ümumilikdə 10046.93 borc, 120.40 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********45351 “İphone16 Pro Max” markalı telefon, Apple adapter, zəmanət +2 il xidmət “LG” markalı TV, “Xiaomi X20+” robot tozsoran, 2 ədəd zəmanət + 3 il xidmət Bosch” markalı mikrodalğalı soba, zəmanət + 1 il xidmət, “Bosch” markalı qabyuyan, qızıl zəmanət ultra 1 il xidmət almış və nəticədə 10132.99 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4260.92 manat (18 ay x 208.94 manat + 500 manat ilkin ödəniş) olan İMEİ kodu **********45351 “İphone16 Pro Max” markalı telefon, Apple adapter, zəmanət +2 il xidmət alımış, ümumilikdə, 4160.61 manat olmaqla ondan, 3760.92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 376.09 manat dəbbə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3255.14 manat (18 ay x 169,73 manat + 200 manat ilkin ödəniş) olan “LG” markalı TV, “Xiaomi X20+” robot tozsoran, 2 ədəd zəmanət + 3 il xidmət almış və ümumilikdə, 3173.65 manat olmaqla ondan 2885.14 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 288.51 manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1879.02 manat (18 ay x 104,39 manat + 0 manat ilkin ödəniş) olan Bosch” markalı mikrodalğalı soba, zəmanət + 1 il xidmət almış və ümumilikdə, 1835.92 manat olmaqla ondan, 1669.02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 166.90 manat dəbbə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1115.04 manat (12 ay x 92.92 manat + 0 manat ilkin ödəniş) olan, “Bosch” markalı qabyuyan, qızıl zəmanət ultra 1 il xidmət üçün ümumilikdə, 962.80 (doqquz yüz altmış iki manat, 80 qəpik) manat olmaqla ondan, 875.27 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 87.53 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1319.77 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarındada olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

İş materialları :

4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 54852 nömrəli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti ABC-yə sifaris verir, ABC həmin malı müqavilədə (onun tərkib hissəsi olan əlavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir.

5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2025-ci il tarixli 54852 nömrəli müqavilənin əlavəsinə əsasən “LG” markalı TV, “Xiaomi X20+” markalı robot tozsoran, 2 ədəd zəmanət “+ 3 il xidməti” ********* faktura ilə hissəvi ödənişlə Cavabdehnın adına sənədləşdirilmişdir. İlkin ödəniş 200 manat, kredit müddəti 18 ay, aylıq ödəniş 169.73 manat olmaqla, ümumi məbləğ 3255.13 manat və ödəniş günü hər ayın 20-i müəyyən edilmişdir.

6. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 54852 nömrəli müqavilə üzrə “LG” markalı TV, “Xiaomi X20+” robot tozsoran, 2 ədəd zəmanət + 3 il xidməti tam, qüsursuz təhvil almışdır.

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 54852 nömrəli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti ABC-yə sifaris verir, ABC həmin malı müqavilədə (onun tərkib hissəsi olan əlavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir.

8. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2025-ci il tarixli 54852 nömrəli müqavilənin əlavəsinə əsasən “İMEİ kodu **********45351 “İphone16 Pro Max” markalı telefon, Apple adapter, zəmanət +2 il xidməti ********* faktura ilə hissəvi ödənişlə Cavabdehnın adına sənədləşdirilmişdir. İlkin ödəniş 500 manat, kredit müddəti 18 ay, aylıq ödəniş 208.94 manat olmaqla, ümumi məbləğ 4260.97 manat və ödəniş günü hər ayın 20si müəyyən edilmişdir.

9. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 54852 nömrəli müqavilə üzrə İMEİ kodu **********45351 “İphone16 Pro Max” markalı telefon, Apple adapter, zəmanət +2 il xidməti tam, qüsursuz təhvil almışdır.

10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 54852 nömrəli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti ABC-yə sifaris verir, ABC həmin malı müqavilədə (onun tərkib hissəsi olan əlavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir.

11. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2025-ci il tarixli 54852 nömrəli müqavilənin əlavəsinə əsasən “Bosch” markalı qabyuyan, qızıl zəmanət ultra 1 il xidməti 03517693 faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. Kredit müddəti 12 ay, aylıq ödəniş 92.92 manat olmaqla, ümumi məbləğ 1115.04 manat və ödəniş günü hər ayın 15-i müəyyən edilmişdir.

12. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 54852 nömrəli müqavilə üzrə “Bosch” markalı qabyuyan, qızıl zəmanət ultra 1 il xidməti tam, qüsursuz təhvil almışdır.

13. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti ABC-yə sifaris verir, ABC həmin malı müqavilədə (onun tərkib hissəsi olan əlavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir.

14. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin əlavəsinə əsasən “Bosch” markalı mikrodalğalı soba, zəmanət + 1 il xidməti ********* faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. Kredit müddəti 18 ay, aylıq ödəniş 104.39 manat olmaqla, ümumi məbləğ 1878.96 manat və ödəniş günü hər ayın 25-i müəyyən edilmişdir.

15. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə “Bosch” markalı mikrodalğalı soba, zəmanət + 1 il xidməti tam, qüsursuz təhvil almışdır.

16. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İMEİ kodu **********45351 “İphone16 Pro Max” markalı telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 manat pul ödənilmişdir.

17. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2026-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3730.92 manat əsas, 23.6 manat innovativ lahiyələr mərkəzinə rüsum, 373.09 manat cərimə olmaqla, cəmi 4127.61 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2885.14 manat əsas, 288.51 manat cərimə olmaqla, cəmi 3173.65 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1669.02 manat əsas, 166.90 manat cərimə olmaqla, cəmi 1835.92 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 827.04 manat əsas, 82.70 manat cərimə olmaqla, cəmi 909.74 manat borc olmaqla, ümumilikdə 10046.93 manat borcu vardır.

18. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

19. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 120.40 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

21. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları :

22. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, 10.03.205-ci il tarixli və xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi :

26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

27. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

28. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).

29. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 500 manat ödəməklə, cavabdeh 18 ay müddətinə hər ay 208.94 manat ödəmək şərti ilə ümumi dəyəri 4260.97 manat olan İMEİ kodu **********45351 “İphone16 Pro Max” markalı telefon, Apple adapter, zəmanət +2 il xidməti, ödənişin təminatı xidməti; xx.xx.2025-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 200 manat ödəməklə, cavabdeh 18 ay müddətinə hər ay 169.73 manat ödəmək şərti ilə ümumi dəyəri 3255.13 manat olan “LG” markalı TV, “Xiaomi X20+” markalı robot tozsoran, 2 ədəd zəmanət + 3 il xidməti; xx.xx.2025-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdeh 12 ay müddətinə hər ay 92.92 manat ödəmək şərti ilə ümumi dəyəri 1115.04 manat olan “Bosch” markalı qabyuyan, qızıl zəmanət ultra 1 il xidmət və xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdeh 18 ay müddətinə hər ay 104.39 manat ödəmək şərti ilə ümumi dəyəri 1878.96 manat olan “Bosch” markalı mikrodalğalı soba, qızıl zəmanət ultra 1 il xidməti satın almışdır.

30. Məhkəmə tərəfindən tədqiq edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

31. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3730.92 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2885.14 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1669.02 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 827.04 manat borcu vardır.

32. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər(MM 600.4m).

33. Belə olan halda məhkəmə Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3730.92 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2885.14 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1669.02 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 827.04 manat məbləğində pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.

34. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dəbbə pulunun hesablanaraq ödənilməsi tələbi tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən və qanunvericiliyin müddəalarından irəli gəlmişdir.

35. Müqavilənin 3.5-ci bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürümüşdür.

36. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (MM 462.1; 465.2m).

37. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

38. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Qanunverici dəbbə pulunu kreditorun əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

39. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 373.09 manat hesablanmış cərimə məbləğinin 30 manat məbləğinə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 288.51 manat hesablanmış cərimə məbləğinin 20 manat məbləğinə, xx.xx.2025-ci il müqavilə üzrə 166.90 manat hesablanmış cərimə məbləğinin 20 manat məbləğinə, xx.xx.2025-ci il müqavilə üzrə 82.70 manat hesablanmış cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

40. Həmçinin İddiaçı MMC Cavabdeh qarşı İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsumun tutulması tələbini irəli sürmüş və tələbini müqavilənin 3.5-ci bəndinə istinad etməklə, cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində ona 23.6 manat məbləğində zərər dəyməsi ilə əsaslandırmışdır.

41. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 54852 nömrəli müqavilənin tərkib hissəsi olan əlavəyə əsasən “Müştəri” bu Müqavilənin şərtlərini pozduğu halda, 'ABC' 'Mal'ın geri qaytarılmasını tələb edə bilər. Müştəri 'Müqavilə'nin şərtlərini pozduğu halda, 'ABC' 'Mal'ın istifadəsini mümkünsüz edə bilər, o cümlədən əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər (İMEİ kodu deaktiv etmək). Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın Azərbaycan Respublikası rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. “Müştəri” müqavilənin bütün şərtlərini, o cümlədən 3.5 və 4.5-ci bənddə göstərilən ödənişləri yerinə yetirdiyi halda, “ABC”-yə müqavilənin 3.4 və 4.14-cü bəndlərində göstərilmiş tədbirlərin icrasının dayandırılması barədə müraciət edə bilər.

42. Göründüyü kimi müqavilənin qeyd edilən bəndi iddiaçıya cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını təmin etmək üçün əlavə tədbir görmək hüququ verir.

43. İddiaçı isə hazırda cavabdeh tərəfindən öhdəlik icra edilmədiyi üçün qeyd edilən hüququndan istifadə etdiyini bildirirək ona zərər dəydiyini iddia edir. Lakin iddiaçı tərəfindən məhkəməyə qeyd edilən hüququndan istifadə etməsinə dair mötəbər sübut təqdim edilməmişdir.

44. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müqavilə üzrə cavabdehin sahiblik və istifadəsinə verilmiş telefonun İMEİ kodunun deaktiv olunması ilə bağlı sübut təqdim etməlidir.

45. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı isə iddiaçı tərəfindən tərtib edilmiş bir sənəd olduğundan və iddiaçının istifadəsində olan mobil telefonun deaktiv olunmasını birbaşa təsdiq edən sənəd olmadığından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı zərər dəydiyini, dəymiş zərərin məbləğini və zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəydiyini sübut etmə öhdəliyi daşıyır. Odur ki, iddiaçının iddia tələbi qeyd edilən hissədə əsaslı hesab edilə bilməz.

46. Məhkəmə ümumiyyətlə müqavilənin qeyd edilən şərti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən alqı-satqı müqaviləsinin obyekti olan əşyanın dəyəri tam şəkildə ödənilənədək həmin əşyaya mülkiyyət hüququnun iddiaçıda saxlanılması cavabdehin müqavilə obyekti olan əşyaya sahiblik və istifadə hüququna bu şəkildə müdaxilə edilməsi əsası verməməlidir. Mülki qanunvericilikdə nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilmədiyi halda iddiaçının əşyanı geri tələb edilmək və ya dəyərinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə müqavilənin qeyd edilən şərtini mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna müdaxilə kimi qiymətləndirilməlidir.

Məhkəmə Xərcləri:

47. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 120.14 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

48. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3730.92 manat əsas, 30 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2885.14 manat əsas, 20 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1669.02 manat əsas, 20 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 827.04 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 9192.12 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120.14 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3730.92 manat ödənilməmiş hissə, 30 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2885.14 manat ödənilməmiş hissə, 20 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1669.02 manat ödənilməmiş hissə, 20 manat cərimə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 827.04 manat ödənilməmiş hissə və 10 manat cərimə olmaqla, ümumilikdə 9192.12 və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120.14 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar