Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4276/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********99395 “Oppo A40M”, “paket M xidməti”, “qızıl zəmanət ultra 3 il xidməti” üçün, 513.96 manat ödənilməmiş hissə, 51.40 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********68313 “İphone13”, “Paket XXXL” xidməti, “qızıl zəmanət ultra 3 il” xidməti üçün 2016.36 manat ödənilməmiş hissə, 201.64 manat cərimə olmaqla, ümumilikdə 2783.35 manat borc və 47.84 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod **********99395 Oppo A40M, paket M xidməti, qzıl zəmanət ultra 3 İL xidməti, İmei kod **********68313 İphone 13, paket XXXL xidməti, qızıl zəmanət ultra 3 İL xidmət almış və nəticədə 2783.35 (iki min yeddi yüz səksən üç manat 35 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 588.96 (beş yü zsəksənn səkkiz manat 96 qəpik) manat (18 ay x 32.72 manat + 0 manat ilkin ödəniş) İmei kod **********99395 Oppo A40M, paket M xidməti, qzıl zəmanət ultra 3 İL xidməti üçün ümumilikdə, 565.36 (beş yü zaltmış beş mnat 36 qəpik) manat olmaqla ondan, 513.96 (beş yüz on üç manat 96 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 51.40 (əlli bir manat 40 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2016.36 (iki min on altı manat 36 qəpik) manat (18 ay x 112.02 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********68313 İphone 13, paket XXXL xidməti, qızıl zəmanət ultra 3 İL xidməti üçün ümumilikdə, 2218 (iki min ikki yü zon səkkiz ) manat olmaqla ondan, 2016.36 (iki min on altı manat 36 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 201.64 (iki yüz bir manat 64 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 75 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
İş materialları:
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** nömrəli və xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilələrdən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti ABC-yə sifaris verir, ABC həmin malı müqavilədə (onun tərkib hissəsi olan əlavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir.
4. xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh 18 ay müddətində hər ay 32.72 manat olmaqla, cəmi 588.96 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh 18 ay müddətində hər ay 112.02 manat olmaqla, cəmi 2016.36 manat ödəniş etməlidir.
5. xx.xx.2025-ci il tarixli, ********** nömrəli və xx.xx.2025-ci il tarixli ********** nömrəli nömrəli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli və xx.xx.2025-ci il tarixli ********** nömrəli nömrəli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.
6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 513.96 manat əsas, 51.40 manat cərimə olmaqla, cəmi 565.36 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2016.36 manat əsas, 201.64 manat cərimə olmaqla, cəmi 2783.35 manat borcu vardır.
7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 47.84 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli və xx.xx.2025-ci il tarixli, ********** nömrəli nömrəli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi
Məhkəmənin mövqeyi :
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.
16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).
17. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə cavabdeh ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 32.72 manat ödəmək şərti ilə ümumi dəyəri 588.91 manat olan “İmei kod **********99395 “Oppo A40M”, “paket M” xidməti, “qızıl zəmanət ultra 3 il” və xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilədən görünür ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 112.02 manat ödəmək şərti ilə ümumi dəyəri 2016.36 manat olan İmei kod **********68313 “İphone 13”, paket XXXL xidməti, “qızıl zəmanət ultra 3 il” xidməti satın almışdır.
18. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
19. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 513.96 manat əsas və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2016.36 manat əsas borcu vardır.
20. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Belə olan halda məhkəmə Cavabdehnın bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 513.96 manat və xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 2016.36 manat pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.
22. Müqavilələrin 3.5-ci bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2% həcmində penya ödəməyi öhdəsinə götürmüşdür.
23. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər(MM 462.1; 465.2m).
24. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinı uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
25. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
26. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 51.40 manat təşkil edən cərimə məbləğinin 5 manat və xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 201.64 manat təşkil edən cərimə məbləğinin 20 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Məhkəmə xərcləri:
27. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 47.84 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 513.96 manat əsas borc, 5 manat cərimə və xx.xx.2025-ci il tarixli ********** nömrəli nömrəli müqavilə üzrə 2016.36 manat əsas borc, 20 manat cərimə olmaqla, cəmi 2555.32 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47.84 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 513.96 manat əsas, 5 manat cərimə və xx.xx.2025-ci il tarixli nömrəli müqavilə üzrə 2016.36 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 2555.32 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47.84 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva