Məhkəmə qərarları › İş №e-2(007)-4455/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4455/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4455/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- İddiaçı MMC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:

1. xx.xx.2024-cü il tarixli, BE030033 saylı müqavilə

2. xx.xx.2024-cü il tarixli, BE063842 saylı müqavilə

3. xx.xx.2024-cü il tarixli, BE095480 saylı müqavilə

4. xx.xx.2024-cü il tarixli, BE127669 saylı müqavilə

5. xx.xx.2024-cü il tarixli, BE131502 saylı müqavilə

6. xx.xx.2024-cü il tarixli, BE154794 saylı müqavilə Müqavilələrin predmeti-nisyə alqı-satqı. Tələb olunan məbləğ:

1. xx.xx.2024-cü il tarixli, BE030033 saylı müqavilə üzrə 83,99 manat əsas borc, 0 manat cərimə.

2. xx.xx.2024-cü il tarixli, BE063842 saylı müqavilə üzrə 140,99 manat əsas borc, 0 manat cərimə.

3. xx.xx.2024-cü il tarixli, BE095480 saylı müqavilə üzrə 233,99 manat əsas borc, 0 manat cərimə.

4. xx.xx.2024-cü il tarixli, BE127669 saylı müqavilə üzrə 218,99 manat əsas borc, 0 manat cərimə.

5. xx.xx.2024-cü il tarixli, BE131502 saylı müqavilə üzrə 509,99 manat əsas borc, 0 manat cərimə.

6. xx.xx.2024-cü il tarixli, BE154794 saylı müqavilə üzrə 194,99 manat əsas borc, 0 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 1382,94 manat borc və 34 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktları, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borc və dövlət rüsumunun tutulması hissəsində əsaslı hesab edir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilələr üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, BE030033 saylı müqavilə üzrə 83,99 manat əsas borc, xx.xx.2024-cü il tarixli, BE063842 saylı müqavilə üzrə 140,99 manat əsas borc, xx.xx.2024-cü il tarixli, BE095480 saylı müqavilə üzrə 233,99 manat əsas borc, 0xx.xx.2024-cü il tarixli, BE127669 saylı müqavilə üzrə 218,99 manat əsas borc, xx.xx.2024-cü il tarixli, BE131502 saylı müqavilə üzrə 509,99 manat əsas borc, xx.xx.2024-cü il tarixli, BE154794 saylı müqavilə üzrə 194,99 manat əsas borc olmaqla ümumilikdə 1382,94 manat vəsait və ödənilmiş 34 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar