Məhkəmə qərarları › İş №e-2(007)-4463/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4463/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4463/2025 28.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Panasonic” markalı fen üçün 26.99 manat ödənilməmiş hissə, 2.7 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********42362 “Huawei Nova Y70” üçün 41 manat ödənilməmiş hissə, 4.10 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Hoffman” markalı mini soba, “Hoffman” markalı şirə çəkən üçün 123.96 manat ödənilməmiş hissə, 12.40 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********63485 “Huawei Nova Y72” üçün 109.62 manat ödənilməmiş hissə, 10.96 manat cərimə pulu və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, şirəçəkən moulinex üçün üçün 30.99 manat ödənilməmiş hissə, 3.10 manat cərimə olmaqla, ümumilikdə 365.82 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrə əsasən fen panasonic, İmei kod **********42362 Huawei Nova Y70, mini soba Hoffmann, şirə çəkən X1 Y72, şirəçəkən moulinex almış və nəticədə 365.82 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 57.24 manat (6 ay x 9 manat + 3.24 manat ilkin ödəniş) olan fen panasonic üçün 29.69 manat olmaqla ondan, 26.99 manat ödənilməmiş hissə, 2.70 manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 100.2 manat (6 ay x 15.7 manat + 6 manat ilkin ödəniş) olan İmei kod **********42362 İmei kod **********42362 Huawei Nova Y70 üçün 45.10 manat olmaqla ondan 41 manat ödənilməmiş hissə, 4.10 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 123.96 manat (12 ay x 10.33 manat + 0 manat ilkin ödəniş) olan mini soba Hoffmann, şirə çəkən Hoffmann üçün 136.4 manat olmaqla ondan 123.96 manat ödənilməmiş hissə, 12.40 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 116.62 manat (6 ay x 18.27 manat + 7 manat ilkin ödəniş) olan İmei kod **********63485 Huawei Nova Y72 üçün 120.6 manat olmaqla ondan 109.62 manat ödənilməmiş hissə, 10.96 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 66.78 manat (6 ay x 10.5 manat + 3.78 manat ilkin ödəniş) olan şirəçəkən moulinex üçün 34.09 manat olmaqla ondan 30.99 manat ödənilməmiş hissə, 3.10 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 132.24 manat təşkil edir.

İş materialları:

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti ABC-yə sifaris verir, ABC həmin malı müqavilədə (onun tərkib hissəsi olan əlavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir.

4. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, İmei kod **********42362 “Huawei Nova Y70” markalı telefon 05157369 faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. İlkin ödəniş 6 manat, kredit müddəti 6 ay, aylıq ödəniş 15.7 manat olmaqla, ümumi məbləğ 100.2 manat və ödəniş günü hər ayın 12-i müəyyən edilmişdir.

5. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il nömrəli müqavilə üzrə “İmei kod **********42362 “Huawei Nova Y70” markalı telefonu tam, qüsursuz təhvil almışdır.

6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, “Moulinex” markalı şirəçəkən məhsulu 18788150 faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. İlkin ödəniş 3.78 manat, kredit müddəti 6 ay, aylıq ödəniş 10.5 manat olmaqla, ümumi məbləğ 66.77 manat və ödəniş günü hər ayın 14-ü müəyyən edilmişdir.

7. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə “Moulinex” markalı şirəçəkəni tam, qüsursuz təhvil almışdır.

8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə xx.xx.2025-ci il tarixli olavədən görünür ki, “Panasonic” markalı fen məhsulu 18047676 faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. İlkin ödəniş 3.24 manat, kredit müddəti 6 ay, aylıq ödəniş 9 manat olmaqla, ümumi məbləğ 57.23 manat və ödəniş günü hər ayın 17-i müəyyən edilmişdir.

9. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il nömrəli müqavilə üzrə “Panasonic” markalı feni tam, qüsursuz təhvil almışdır.

10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti ABC-yə sifaris verir, ABC həmin malı müqavilədə (onun tərkib hissəsi olan əlavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir.

11. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, “Hoffmann” markalı şirəçəkən və “Hoffmann” markalı mini soba ********* faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. Kredit müddəti 12 ay, aylıq ödəniş 10.33 manat olmaqla, ümumi məbləğ 123.96 manat və ödəniş günü hər ayın 21-i müəyyən edilmişdir.

12. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il nömrəli müqavilə üzrə “Hoffmann” markalı şirəçəkən və “Hoffmann” markalı mini sobanı tam, qüsursuz təhvil almışdır.

13. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, İmei kod **********63485 “Huawei Nova Y72” ********* faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. İlkin ödəniş 7 manat etdikdən sonra kredit müddəti 6 ay, aylıq ödəniş 18.27 manat olmaqla, ümumi məbləğ 116.59 manat və ödəniş günü hər ayın 25-i müəyyən edilmişdir.

14. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə İmei kod **********63485 “Huawei Nova Y72” əşyasını tam, qüsursuz təhvil almışdır.

15. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 26.99 manat əsas, 2.70 manat cərimə borcu olmaqla, cəmi 29.69 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 41 manat əsas, 4.10 manat cərimə olmaqla, cəmi 45.10 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 123.96 manat əsas, 12.4 manat cərimə olmaqla, cəmi 136.4 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 109.62 manat əsas, 10.96 manat cərimə olmaqla, cəmi 120.6 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 30.99 manat əsas, 3.10 manat cərimə olmaqla, cəmi 34.09 manat, ümumilikdə 365.82 manat borcu vardır.

16. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

17. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

18. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli,xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

19. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

20. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi

600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi

Məhkəmənin mövqeyi :

23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

24. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

25. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).

26. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh 6 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə hər ay 15.7 manat ödəmək şərti ilə ümumi dəyəri 100.2 manat olan İmei kod **********42362 “Huawei Nova Y70” markalı telefon, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3.78 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə hər ay 10.5 manat ödəmək şərti ilə ümumi dəyəri 66.77 manat olan “Moulinex” markalı şirəçəkən, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 3.24 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə hər ay 9 manat ödəmək şərti ilə ümumi dəyəri 57.23 manat olan “Panasonic” markalı fen, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 6 ay müddətinə hər ay 10.33 manat ödəmək şərti ilə ümumi dəyəri 123.96 manat olan “Hoffmann” markalı şirəçəkən və “Hoffmann” markalı mini soba, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ilkin ödəniş 7 manat etdikdən sonra 6 ay müddətinə hər ay 18.27 manat ödəmək şərti ilə ümumi dəyəri 116.59 manat olan İmei kod **********63485 “Huawei Nova Y72” satın almışdır.

27. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

28. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 26.99 manat əsas, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 41 manat əsas, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 123.96 manat əsas, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 109.62 manat əsas, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 30.99 manat əsas borcu vardır.

29. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Belə olan halda məhkəmə Cavabdeh bağlanımış müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2025-ci il tarixli müqavilə üzrə 41 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 30.99 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 26.99 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 123.96 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 109.62 manat pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.

31. Müqavilələrin 3.5-ci bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2% həcmində penya ödəməyi öhdəsinə götürmüşdür.

32. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər(MM 462.1; 465.2m).

33. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinı uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

34. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

35. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 4.10 manat təşkil edən cərimə məbləğinin, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3.10 manat təşkil edən cərimə məbləğinin, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2.70 manat təşkil edən cərimə məbləğinin tutulması tələbini əsaslı, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 12.4 manat təşkil edən cərimə məbləğinin 1 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 10.96 manat təşkil edən cərimə məbləğinin 1 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

Məhkəmə xərcləri:

36. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

37. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2025-ci il tarixli müqavilə üzrə 41 manat əsas, 4.1 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 30.99 manat əsas, 3.1 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 26.99 manat əsas, 2.7 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 123.96 manat əsas, 1 manat cərmə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 109.62 manat əsas, 1 manat cərimə olmaqla, cəmi 344.46 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 41 manat əsas, 4.1 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 30.99 manat əsas, 3.1 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 26.99 manat əsas, 2.7 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 123.96 manat əsas, 1 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 109.62 manat əsas, 1 manat cərimə olmaqla, cəmi 344.46 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar