Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4465/2025 28.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Tefal” markalı izqara, “Schafer” markalı baharat seti, “Schafer” markalı dəmlik, tava dərin, “Schafer” markalı french press, “Kieslect” markalı qol saatı, çarsaf seti, nevresim takımı, yataq örtüsü 2 ədəd, amerika servis, kirlent kılıfı üçün 542.56 manat ödənilməmiş hissə, 54.26 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd çarşaf+ yastıq kılıfı, 2 ədəd nevresim, 2 ədəd yastıq kılıfı, “Schafer” bonny servis seti -6 parça, “schafer” new range Y.Y.çeyiz seti üçün 276.66 manat ödənilməmiş hissə, 27.67 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd fitted çarşaf seti, nevresim takımı, 2 ədəd yastıq, yataq örtüsü üçün 214.28 manat ödənilməmiş hissə, 21.4 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, qızıl zəmanət ultra 2 il xidmət, tərəzi hoffmann, blender panasonic üçün 123.22 manat ödənilməmiş hissə, 12.32 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, tava seti, tava üçün 112.32 manat ödənilməmiş hissə, 11.23 manat cərimə olmaqla, ümumilikdə 1395.94 manat borc və 33.96 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024ci il tarixlərindəki müqavilələrə əsasən "Tefal” markalı izqara, “Schafer” markalı baharat seti, “Schafer” markalı dəmlik, tava dərin, “Schafer” markalı french press, “Kieslect” markalı qol saatı, çarsaf seti, nevresim takımı, yataq örtüsü 2 ədəd, amerika servis, kirlemt kılıf, 2 ədəd çarşaf+ yastıq kılıfı, 2 ədəd nevresim, 2 ədəd yastıq kılıfı, “Schafer” bonny servis seti -6 parça, “schafer” new range Y.Y.çeyiz seti, 2 ədəd fitted çarşaf seti, nevresim takımı, 2 ədəd yastıq, yataq örtüsü, qızıl zəmanət ultra 2 il xidmət, tərəzi hoffmann, blender panasonic, tava seti, tava almış və nəticədə 1395.94 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 734.94 manat (18 ay x 40.83 manat + 0 manat ilkin ödəniş) olan “Tefal” markalı izqara, “Schafer” markalı baharat seti, “Schafer” markalı dəmlik, tava dərin, “Schafer” markalı french press, “Kieslect” markalı qol saatı, çarsaf seti, nevresim takımı, yataq örtüsü 2 ədəd, amerika servis, kirlemt kılıfı üçün 596.82 manat olmaqla ondan, 542.56 manat ödənilməmiş hissə, 54.26 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 553.56 manat (12 ay x 46.13 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd çarşaf+ yastıq kılıfı, 2 ədəd nevresim, 2 ədəd yastıq kılıfı, “Schafer” bonny servis seti -6 parça, “schafer” new range Y.Y.çeyiz seti 304.33 manat olmaqla ondan 276.66 manat ödənilməmiş hissə, 27.67 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 456.2 manat (18 ay x 18.4 manat + 125 manat ilkin ödəniş) olan 2 ədəd fitted çarşaf seti, nevresim takımı, 2 ədəd yastıq, yataq örtüsü üçün 235.7 manat olmaqla ondan 214.28 manat ödənilməmiş hissə, 21.4 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 173.64 manat (12 ay x 13.72 manat + 9 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 2 il xidmət, tərəzi hoffmann, blender panasonic üçün 135.5 manat olmaqla ondan 123.22 manat ödənilməmiş hissə, 12.32 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 192.96 manat (18 ay x 10.72 manat + 0 manat ilkin ödəniş) olan tava seti, tava üçün 123.55 manat olmaqla, ondan 112.32 manat ödənilməmiş hissə, 11.23 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 842.26 manat təşkil edir.
İş materialları:
3. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti ABC-yə sifaris verir, ABC həmin malı müqavilədə (onun tərkib hissəsi olan əlavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir.
4. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə 2 ədəd “Fitted” çarşaf seti, nevresim takımı, 2 ədəd yastıq, yataq örtüsü vermək, cavabdeh tərəfindən müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəmək öhdəsinə götürülmüşdür.
5. xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ********* nömrəli müqavilə üzrə 2 ədəd fitted çarşaf seti, nevresim takımı, 2 ədəd yastıq, yataq örtüsünü tam qüsursuz halda təhvil almışdır.
6. xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq ilkin ödəniş 125 manat olmaqla, hər ayın 30-dan gec olmayaraq 18 ay müddətində hər ay 18.4 manat olmaqla, cəmi 456.2 manat ödəniş etməlidir.
7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Tefal” markalı izqara, “Schafer” markalı baharat seti, “Schafer” markalı dəmlik, tava dərin, “Schafer” markalı french press, “Kieslect” markalı qol saatı, çarsaf seti, nevresim takımı, yataq örtüsü 2 ədəd, amerika servis, kirlemt kılıfı vermək, cavabdeh tərəfindən müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəmək öhdəsinə götürülmüşdür.
8. xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ******* nömrəli müqavilə üzrə “Tefal” markalı izqara, “Schafer” markalı baharat seti, “Schafer” markalı dəmlik, tava dərin, “Schafer” markalı french press, “Kieslect” markalı qol saatı, çarsaf seti, nevresim takımı, yataq örtüsü 2 ədəd, amerika servis, kirlemt kılıfı tam qüsursuz halda təhvil almışdır.
9. xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 15-dən gec olmayaraq 18 ay müddətində hər ay 40.83 manat olmaqla, cəmi 734.94 manat ödəniş etməlidir.
10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli əlavədən görünür ki, 2 ədəd çarşaf+ yastıq kılıfı, 2 ədəd nevresim, 2 ədəd yastıq kılıfı, “Schafer” bonny servis seti-6 parça, “schafer” new range Y.Y.çeyiz seti məhsulu faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. “Schafer” new range Y.Y.çeyiz seti üçün kredit müddəti 12 ay, aylıq ödəniş 21.99 manat olmaqla, 229.99 manat ödəniş etməlidir. 2 ədəd çarşaf+ yastıq kılıfı, 2 ədəd nevresim, 2 ədəd yastıq kılıfı üçün kredit müddəti 12 ay, aylıq ödəniş 46.13 manat olmaqla, ümumi 553.56 manat ödəniş etməlidir.
11. xx.xx.2024-cü il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il nömrəli müqavilə üzrə 2 ədəd çarşaf+ yastıq kılıfı, 2 ədəd nevresim, 2 ədəd yastıq kılıfı, “Schafer” bonny servis seti -6 parça, “schafer” new range Y.Y.çeyiz setini tam, qüsursuz təhvil almışdır.
12. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal/xidməti ABC-yə sifaris verir, ABC həmin malı müqavilədə (onun tərkib hissəsi olan əlavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada ABC-yə ödəyir.
13. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli əlavədən görünür ki, “Schafer” markalı döküm tava seti və “Schafer” markalı döküm yuvarlak grill tavanı, “Schafer” markalı çelik saklama qabı hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. Kredit müddəti 18 ay, aylıq ödəniş 10.72 manat olmaqla, ümumi məbləğ 192.96 manat və ödəniş günü hər ayın 10-u müəyyən edilmişdir.
14. xx.xx.2024-cü il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il nömrəli müqavilə üzrə “Schafer” markalı döküm tava seti və “Schafer” markalı döküm yuvarlak grill tavanı, “Schafer” markalı çelik saklama qabını tam, qüsursuz təhvil almışdır.
15. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, qızıl zəmanət ultra 2 il xidmət, tərəzi hoffmann, blender panasonic ümumi faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. İlkin ödəniş 9manat etdikdən sonra kredit müddəti 12 ay, aylıq ödəniş 13.72 manat olmaqla, ümumi məbləğ 173.6 manat və ödəniş günü hər ayın 17-si müəyyən edilmişdir.
16. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il nömrəli müqavilə üzrə qızıl zəmanət ultra 2 il xidmət, tərəzi hoffmann, blender panasonic əşyaları tam, qüsursuz təhvil almışdır.
17. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, 3 ədəd kilim iklim, 2 ədəd kirlent kılıf ümumi faktura ilə hissəvi ödənişlə Cavabdeh adına sənədləşdirilmişdir. İlkin ödəniş 9.18 manat etdikdən sonra kredit müddəti 6 ay, aylıq ödəniş 25.49 manat olmaqla, ümumi məbləğ 162.12 manat və ödəniş günü hər ayın 2-si müəyyən edilmişdir.
18. xx.xx.2025-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il nömrəli müqavilə üzrə 3 ədəd kilim iklim, 2 ədəd kirlent kılıfı tam, qüsursuz təhvil almışdır.
19. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 542.56 manat əsas, 54.26 manat cərimə borcu olmaqla, cəmi 596.82 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 276.66 manat əsas, 27.67 manat cərimə olmaqla, cəmi 304.33 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 214.28 manat əsas, 21.4 manat cərimə olmaqla, cəmi 235.7 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 123.22 manat əsas, 12.32 manat cərimə olmaqla, cəmi 135.5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 112.32 manat əsas, 11.23 manat cərimə olmaqla, cəmi 123.55 manat, ümumilikdə 1395.94 manat borcu vardır.
20. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
21. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 35.61 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
22. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
23. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
24. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
Tətbiq edilən hüquq :
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi
Məhkəmənin mövqeyi :
27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
28. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.
29. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).
30. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 40.83 manat ödəmək şərti ilə ümumi dəyəri 734.94 manat olan “Tefal” markalı izqara, “Schafer” markalı baharat seti, “Schafer” markalı dəmlik, tava dərin, “Schafer” markalı french press, “Kieslect” markalı qol saatı, çarsaf seti, nevresim takımı, yataq örtüsü 2 ədəd, amerika servis, kirlent kılıfı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 46.13 manat ödəmək şərti ilə ümumi dəyəri 553.56 manat olan 2 ədəd çarşaf+ yastıq kılıfı, 2 ədəd nevresim, 2 ədəd yastıq kılıfı, “Schafer” bonny servis seti -6 parça, “schafer” new range Y.Y.çeyiz seti, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 125 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 18.4 manat ödəmək şərti ilə ümumi dəyəri 456.2 manat olan 2 ədəd fitted çarşaf seti, nevresim takımı, 2 ədəd yastıq, yataq örtüsü, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ilkin ödəniş 9 manat etdikdən sonra 12 ay müddətinə hər ay 13.72 manat ödəmək şərti ilə ümumi dəyəri 173.64 manat olan qızıl zəmanət ultra 2 il xidmət, tərəzi hoffmann, blender panasonic, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən cavabdeh 18 ay müddətinə hər ay 10.72 manat ödəmək şərti ilə ümumi dəyəri 192.96 manat olan “Schafer” markalı döküm tava seti və “Schafer” markalı döküm yuvarlak grill tavanı, “Schafer” markalı çelik saklama qabı satın almışdır.
31. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
32. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 542.56 manat əsas, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 276.66 manat əsas, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 214.28 manat əsas, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 123.22 manat əsas, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 112.32 manat əsas borcu vardır.
33. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
34. Belə olan halda məhkəmə Cavabdeh bağlanılmış müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2024-cü il tarixli müqavilə üzrə 542.56 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 276.66 manat , xx.xx.2024-cü il tarixli müqavilə üzrə 214.28 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 123.22 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 112.32 manat pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.
35. Müqavilələrin 3.5-ci bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2% həcmində penya ödəməyi öhdəsinə götürmüşdür.
36. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər(MM 462.1; 465.2m).
37. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinı uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
38. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.
39. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2024-ciüil tarixli müqavilə üzrə 54.26 manat təşkil edən cərimə məbləğinin 5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 27.67 manat təşkil edən cərimə məbləğinin 5 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 21.4 manat təşkil edən cərimə məbləğinin 5 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 12.32 manat təşkil edən cərimə məbləğinin 3 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 11.23 manat təşkil edən cərimə məbləğinin 2 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Məhkəmə xərcləri:
40. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35.61 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
41. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 542.56 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 276.66 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 214.28 manat əsas, 5 manat cərmə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 123.22 manat əsas,3 manat cərmə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 112.32 manat əsas, 2 manat cərimə olmaqla, cəmi 1289.04 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 542.56 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 276.66 manat əsas, 5 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 214.28 manat əsas, 5 manat cərmə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 123.22 manat əsas,3 manat cərmə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 112.32 manat əsas, 2 manat cərimə olmaqla, cəmi 1289.04 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35.61 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva