Məhkəmə qərarları › İş №e-2(007)-455/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-455/2025

10.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-455/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X11 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2, İlkin idda üzrə Cavabdeh1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.metr olan, 4 otaqlı, 35 saylı mənzilin 2 otağı ona, 2 otağı isə X2 məxsusdur. Belə ki, həmin mənzil tərəfindən konstruktiv quruluşuna görə naturada bölünmüş, hər birinə məxsus hissədə ayrıca qapı qoyulmuşdur. Beləliklə, həmin əmlakın ona məxsus hissəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli Çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri haqqında” arayışa əsasən, Cavabdeh1 və onun azyaşlı övladı X6 ona məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdeh1 onun oğlu, Cavabdeh2 oğlunun həyat yoldaşı, X6 isə onların övladıdır. Həmin şəxslər hal-hazırda sözügedən mənzilin ona məxsus hissəsində yaşayırlar. Cavabdehlər ona məxsus sözügedən mübahisəli mənzildə ona dinc yaşamağa imkan vermir. Belə ki, onlarla birlikdə yaşamağı mümkünsüzdür. Cavabdehlərin və onların övladının onun mülkiyyətində olan mənzildən istifadə etmələri onun qanunla qorunan mənzil hüququnu pozmaqdadır. Belə ki, o şəxsi mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüquqlarından məhrum olur. Belə olan təqdirdə, Cavabdeh1 və onun azyaşlı övladı X4 ümumilikdə 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, ona məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.metr olan, 4 otaqlı, 35 saylı mənzilin 2 otağına dair hissəsində istifadə hüquqlarına xitam verilməsi, onların və Cavabdeh2 əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılmalarını qanunauyğun hesab edir. Onu da qeyd edir ki, sözügedən mübahisə predmeti olan əmlaka tərəfindən təklif olunan kompensasiyanın məbləği ağlabatan olduğu qənaətindədir. Belə ki, Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma nlmadıada bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi volu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə olduğu halda, hazırki mübahisə üzrə ona məxsus mübahisəli mənzilə dair cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini və özünə müəyyən bir vaxt üçün şərait qura bilməsi üçün ona kompensasiya verilməsini və məqsədəmüvafıq hesab edir. Odur ki, qeyd etdiyi bütün xüsusatlara əsasən, Cavabdeh1 və onun azyaşlı övladı X4 ümumilikdə 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh1 və onun azyaşlı övladı X3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.metr olan, 4 otaqlı, 35 saylı mənzilin ona məxsus 2 otağına dair hissədə istifadə hüququna xitam verilməsini, onların və Cavabdeh2 ona məxsus mənzildən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmaları üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən, Cavabdeh1 və onun azyaşlı övladı X4 ümumilikdə 15000 (on beş min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh1 və onun azyaşlı övladı X3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.metr olan, 4 otaqlı, 35 saylı mənzilin ona məxsus 2 otağına dair hissədə istifadə hüququna xitam verilməsinə; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladı X3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.metr olan, 4 otaqlı, 35 saylı mənzilin ona məxsus 2 otağına dair hissədən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerəşən mənzilin 2 otağı İddiaçı adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, 11 aprel 2006-cı ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və ailə qurduğu vaxtdan xx.xx.2006-cı il tarixdə toy mərasimindən sonra ünvan 1 ünvanında yerəşən mənzilə köçüb orada yaşamağa başlamışdır. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X6 adlı bir uşağı anadan olmuşdur. Ailə qurduğu vaxtdan yəni 2006-cı ildən halhazırkı vaxtadək daimi olaraq qaynanası İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerəşən mənzildə daimi olaraq yaşayır. 2006-cı ildən hal-hazırkı vaxtadək onların qeyd olunan mənzildən başqa nə daimi, nə də müvəqqəti yaşamaq üçün başqa yaşayış sahəsi olmamışdır. Nə həyat yoldaşı Cavabdeh1 nə də onun xüsusi mülkiyyətində hər hansı əmlakı yoxdur. Ailə quranadək atasına məxsus ünvan 2 ünvanında qeydiyyatda olmuşdur və ailə qurduqdan sonra qaynanası onu yaşadığı ona məxsus mənzilə qeydiyyata almaqdan imtina etdiyindən, həmin mənzildə qeydiyyatda qalmışdır. Lakin hal-hazırda cavabdeh İddiaçı kompensasiya verilməklə mənzildən istifadə hüququnun itirilməsi və əşyalarla birlikdə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etsə də, kompensasiyanı yalnız həyat yoldaşı Cavabdeh1 təklif etmiş və təklif olunan məbləğ onların daimi yaşamağı üçün hər hansı yaşayış sahəsi ilə təmin edəcək məbləğdə deyildir. 15000 manat məhkəmə tərəfindən ağlabatan məbləğ hesab edilə bilməz. Hesab edir ki, iddia tələbinin Cavabdeh1 yaşayış sahəsinə isifadə hüququna 15000 manat kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılma hissəsi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, Cavabdeh1 İddiaçı ailə üzvü (oğlu) olduğundan və onlar arasındakı münasibətlər etibarlı ailə əlaqələrindən yarandığından iddiaçının təklif etdiyi 15000 manat məbləğində kompensasiyanı məhkəmə ədalətli və ağlabatan hesab edə bilməz. Çünki bu məbləğ Cavabdeh1 və X4 mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Ona görə də, ilkin iddia tələbinin təmin edilməməsi, Cavabdeh1 və X3 yaşayış sahəsinə isifadə hüququna 15000 manat kompensasiya verilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilin 2 otağına dair hissəsindən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddianın təmin edilməməsi, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən, ilkin iddia tələbinin təmin edilməməsi, Cavabdeh1 və X3 yaşayış sahəsinə isifadə hüququna 15000 manat kompensasiya verilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilin 2 otağına dair hissəsindən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddianın rədd edilməsi, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı Cavabdeh1 mübahisə predmeti olan mənzilə istifadə hüququ olduğundan, yalnız onun, Cavabdeh2 mənzilə istifadə hüququnun tanınması barədə iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları X4 ümumilikdə 30000 (otuz min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları X3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.metr olan, 4 otaqlı, 35 saylı mənzilin ona məxsus 2 otağına dair hissədə istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları X3 oğlunun Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.metr olan, 4 otaqlı, 35 saylı mənzilin ona məxsus 2 otağına dair hissədən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, 2005-ci ildə ailə qurmuşdur. Birinci o, evlənmişdir. Onlar İlkingilin hazırda yaşadıqları otaqda yaşamışlar. İlkin evlənəndə onlar çıxmış və həmin otağı İlkinə vermişlər. Anası, atası, İlkinin ailəsi ilə qalmışlar. Digər iki otaq isə onlara verilmişdir. O, dörd uşaq atasıdır və onlar altı nəfərdən ibarət ailədir. Çıxarışda kvadratmetr göstərilməlidir. Onların öz razılıqları ilə çıxarış verilmişdir. O, ata və anası ilə evi şərik almışdır. Valideynləri nə desələr, o razıdır. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ilkin İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərdikləri ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərdikləri ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, onlar tərəflərlə barışıq əldə etməyə çalışsalar da mümkün olmamışdır. O, dəqiqləşmə barədə ərizədə kompensasiya verilməklə Cavabdeh2 da mənzildən çıxarılmasını qeyd etmişdir, lakin bu iddianın etiraf edilməsi sayılmamalıdır. Bu sadəcə ilkin iddia üzrə iddiaçının istəyidir. Odur ki, iddianın təmin olunmasını xahiş edirik. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 qarşılıqlı iddianı müdafiə edib, ilkin iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, oğlunun 3 ay sonra 18 yaşı olacaq. Hərəsinə 15000 manat olmaqla 45000 manat kompensasiya verilməsini istəyirlər Məhkəmə iclasında ilkin idda üzrə Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 30000 manat məbləğ 3 nəfər üçün azdır. Onun oğlunun 3 ay sonra 18 yaşı olacaq. Odur ki, 50000 manat kompensasiya istəyir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil 2 otaq pay İddiaçı, 2 otaq pay X1 adına olmaqla, sonuncuların xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarış xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - 6 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.2007-ci il təvəllüdlü X6 ünvan 5 ünvanında qeydiyyatdadırlar. -Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 ünvan 6 ünvanında qeydiyyatdadır. -AZ-İ seriyalı, 210251 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X7 xx.xx.2006-cı il tarixdə, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 184 nömrə ilə qeyd edilməmklə nikaha daxil olmuşlar. -AZ-İ seriyalı, 993280 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə doğulmuş, ata qrafasında Cavabdeh1, ana qrafasında Cavabdeh2 qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Cavabdeh2 tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 79 saylı evin 35 saylı mənzili İddiaçı 2 otaq payda xüsusi mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona verilmiş çıxarış, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırkı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və həmin dövrdən etibarən iddiaçıya məxsus mənzildə yaşayırlar. Hazırda iddiaçı mülkiyyətçi kimi onun tərəfindən cavabdehlərə kompensasiya ödənilməklə ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi və azyaşlı övladı və əşyaları ilə birlikdə mənzildən çıxarılmaları ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Həmçinin iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisə predmeti olan mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri cavabdehlərin ailə quraraq mübahisəli mənzildə yaşadıqları 2006-cı il tarixdən başlanmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «Mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir. Məhkəmə nəzərə alır ki, mübahisəli mənzil xx.xx.2013-cü il tarixdə 2 otaq pay ilə iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alınsa da, İddiaçı və cavabdehlər məhkəmə iclaslarında verdikləri ifadələrində həmin mənzildə 2006-cı ildən, yəni nikah bağlandıqdan sonra yaşadıqlarını bildirmişlər. Lakin Cavabdeh2 mübahisə predmeti olan mənzilin xüsusi mülkiyyətçilərinin razılığı olmadığından həmin mənzildə qeydiyyata alınmamışdır. Cavabdeh1 isə mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Məhkəmə qeyd edir ki, hazırki ilkin iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə analoji məhkəmə işləri üzrə təcrübəni nəzərə alaraq hesab edir ki, ilkin iddiaçının məhkəmə baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 03 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlərin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, özünün mülkiyyət və cavabdehin isə istifadə hüquqlarını nəzərə almışdır. Analoji məhkəmə işləri üzrə məhkəmə təcrübəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin ilkin iddiada qoyulan məbləğdə, yəni 30000 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Buna görə məhkəmə hesab edir ki, ilkin iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehə verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, istifadə hüququ əmlakdan (əşyadan) hər hansı formada fayda götürmək və ya istifadə etməklə şərtləndirilir, başqa sözlə, istifadə hüququ əmlakdan (əşyadan) fayda, bəhər götürmək və istifadə etməklə əlaqəlidir. Bu isə, öz növbəsində Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş həmin hüquqdan da istifadənin məhz zərurətdən doğan, başqa sözlə, onsuz keçinməyin mümkünsüz olması (başqa yaşayış yerinin olmaması) anlamına gəlməyə əsas verir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Belə olan halda, məhkəmə hesab edir ki, mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Məhkəmə hesab edir ki, istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində həmin hüququn əldə edilməsi əsasları fərqləndirilmir. Bu isə, o qənaətə gəlməyə əsas verir ki, istifadə hüququnun hansı əsasla əldə edilməsindən asılı olmayaraq, həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Əlavə olaraq, məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələbində cavabdehlərin övladı ilə birlikdə mənzildən çıxarılmalarını tələb etmiş, cavabdehlərin yetkinlik yaşına çatmamış övladını cavabdeh qismində işə cəlb etməmiş, sadəcə cavabdehlərin yetkinlik yaşına çatmayan övladı xx.xx.2007-ci təvəllüdlü X6 ilə birlikdə ünvan 5 mənzilindən çıxarılmalarını xahiş etmişdir. Həmçinin ilkin iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbin dəqiqləşdirilməsi barədə ərizədə kompensasiya verilməklə Cavabdeh2 da mənzildən çıxarılmasını qeyd etsə də bunun qarşılıqlı iddianın etiraf edilməsi kimi nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərər alaraq, qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, mübahisə predmeti olan mənzil ilkin iddiaçının 2 otaq pay hüququ ilə mülkiyyətindədir və bu işin mübahisəsiz halıdır. Ailə üzvlərinin mənzilə köçürülməsinə isə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. İşin hallarından görünür ki, ilkin iddiaçının belə razılığı mövcud deyildir. Habelə qarşılıqlı iddiaçı Cavabdeh2 adına isə mübahisəli əmlaka dair mülkiyyət hüququnun qeydiyyatı mövcud deyildir, bunun əksini sübut edəcək dəlillər isə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2, övladları xx.xx.2007-ci il təvəllüdlü X6 əşyaları ilə birlikdə İddiaçı 2 otaq pay ilə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79 ünvanında yerləşən 35 saylı mənzilindən çıxarılmalı, Cavabdeh1, onunla birlikdə övladı xx.xx.2007-ci il təvəllüdlü X3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79 ünvanında yerləşən 35 saylı mənzilin İddiaçı məxsus 2 otağından istifadə hüquqlarına ümumilikdə 30000 (otuz min) manat kompensasiya verilməklə xitam verilməli, İddiaçı 30000 (otuz min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh1 verilməsi ilə Cavabdeh1 və övladı xx.xx.2007-ci il təvəllüdlü X6 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2, övladları xx.xx.2007-ci il təvəllüdlü X6, əşyaları ilə birlikdə İddiaçı 2 otaq pay ilə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79 ünvanında yerləşən 35 saylı mənzilindən çıxarılsınlar. Cavabdeh1, onunla birlikdə övladı xx.xx.2007-ci il təvəllüdlü X3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 79 ünvanında yerləşən 35 saylı mənzilin İddiaçı məxsus 2 otağından istifadə hüquqlarına ümumilikdə 30000 (otuz min) manat kompensasiya verilməklə xitam verilsin. İddiaçı 30000 (otuz min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh1 verilməsi ilə Cavabdeh1 və övladı xx.xx.2007-ci il təvəllüdlü X6 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar