Məhkəmə qərarları › İş №e-2(007)-469/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-469/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-469/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Koopetativinə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Koopetativinə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən mənzil təhvil verilmədiyi üçün cari ilin sentyabr ayından qalacağı mənzilin kirayə haqqının Cavabdeh MTK tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2020ci il tarixli mənzil-tikinti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli qərarına və Nəsimi rayonu, İcra Hakimiyyəti Başçısının 263 və 264 saylı xx.xx.2017-ci il tarixli sərəncamın əsasən Cavabdeh MTK tərəfindən X1 məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı, 6 saylı, 7 saylı, 9 saylı mənzilləri 46 kv.m olan qeyri-yaşayış sahəsi sökülmüşdür. Əvəzində ona Süleyman Rəhimov küçəsində tikiləcək çoxmərtəbəli binanın “D” girişində 11-ci və 12ci mərtəbələrində hər biri ayrı-ayrılıqda 130,21 kv.m olan və 271 və 278 saylı mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı Cavabdeh MTK və Məmmədhüseyn Kamil oğlu xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə ilə MTK-ya müraciət edərək ona əvəzlənmə kimi MTK tərəfindən verilən binanın “D” girişində 12-ci mərtəbədə, 3 otaq 130,21 kv.metrdən ibarət 278 saylı mənzili 1978-ci il təvəllüdlü ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Ərizə əsas götürülərək Cavabdeh MTK ilə İddiaçı ilə müqavilə bağlanaraq Süleyman Rəhimov küçəsində tikilən binanın “D” girişində 12-ci mərtəbədə, 3 otaq 130,21 kv.metrdən ibarət 278 saylı mənzil İddiaçı adına rəsmiləşdirilmişdir və MTK-ya maliyyə borcu yoxdur. xx.xx.2021-ci il tarixli, № M-21 saylı müqaviləyə əsasən, tikilən yeni yaşayış binasının Avtomobil üçün “D” blokunun qaraj sahəsində yerləşən 84 saylı 37,50 kv.m olan 1 Qaraj sahəsi ayrılmışdır. Həmin müqaviləyə əsasən, tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Süleyman rəhimov küçəsində işa etdiyiniz çox mərtəbəli binanın “D” girişi 12-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 130,21 kv.m olan 278 saylı mənzili əldə etmişdir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, tərəflərin sözügedən müqaviləni imzaladıqdan sonra mənzil 24 ay müddətinə tikinti quraşdırma işləri başa çatmalı və mənzil təhvil verilməli idi. Nəzərə çatdırır ki, hazırda kirayə yaşayır və daha kirayə qalmaq üçün maddi imkanı yoxdur. Buna görə də cari ilin sentyabr ayından Cavabdeh MTK tərəfindən əldə etdiyi mənzilə köçməyi planlaşdırırdı. Lakin hələ də təhvil verilməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh ilə aralarında bağlanan xx.xx.2020-ci il tarixli mənzil-tikinti müqaviləsi bağlansa da, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməyib, bu səbəbdən kirayə yaşadığı mənzilin kirayə haqqını ödəməkdə çətinlik çəkir, həmçinin hesab edir ki, hazırkı müqavilədə nəzərdə tutulmamasına baxmayaraq, qeyd olunmalıdır ki, sentyabr ayı 2022-ci il tarixdən mənzil tam təhvil verilənə qədər kirayə yaşadığı mənzil haqqını tərəfindən ödənilməsi öhdəliyini Cavabdeh MTK-nın üzərinə öhdəlik qoyulmaqla, müqavilənin şərtləri icra edilsin. Qeyd edilənlərə əsasən Cavabdeh MTK tərəfindən yeni mənzil tam təhvil verilənə qədər, həmçinin daha əvvəl cavabdeh tərəfindən ödənilməli olan kirayə haqqının ödənilməsi öhdəliyini Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh ilə aralarında bağlanan xx.xx.2020-ci il tarixli mənzil-tikinti müqaviləsi bağlansa da, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməyib, bu səbəbdən kirayə yaşadığı mənzilin kirayə haqqını ödəməkdə çətinlik çəkir. Həmçinin, hesab edir ki, Cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən ona hər ay üçün 900 manat məbləğində kirayə haqqı pul ödəmişdir və hazırda da ödəməyə davam edir. Halbuki, xx.xx.2020-ci il tarixli müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən 24 ay müddətinə mənzil ona təhvil verilməli idi. Lakin göründüyü kimi cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən ona maddi ziyan dəymiş və dəyməkdə də davam edir. Qeyd edilənlərə əsasən Cavabdeh MTK tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə öhdəlikləri yerinə yetirilmədiyi səbəbindən ona dəymiş (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) 2700 manat məbləğində maddi ziyan cavabdehdən tutularaq ona ödəməsi, 2023-cü ilin yanvar ayından etibarən Cavabdeh MTK tərəfindən yeni mənzil tam təhvil verilənə qədər hər ay üçün 900 manat məbləğində kirayə haqqı tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh MTK 2 il ərzində mənzili təhvil verilməli olduğu halda mənzili təhvil verməmiş, bununla da öhdəliklərini icra etməmişdir. Hazırda onlar kirayədə yaşayır. Bu müddət ərzində dostunun yanında yaşamışlar. 2022-ci ilin sentyabr ayından kirayədə yaşayır. Mənzil təmir işlərinin aparılması üçün ona təhvil verilsə də, yaşaması üçün ona təhvil verilməmişdir. Bina təhvil verilməmişdir. Təhvil verilməsi üçün gərək binanın işiğı və suyu da olsun. Binada suyu ustalar vedrə ilə daşıyırlar. Liftdən istifadə edə bilmirlər. Ustalar mənzildə işiq enerjisindən qonşu blokdan əlaqələndirici vasitə ilə istifadə edirlər. Binada heç kim yaşamır. Binanın həyətində kran var, onlar necə mənzildə yaşasınlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı mənzildə təmir işləri də aparmışdır. Müqavilədə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Onların müqavilə üzrə öhdəlikləri mənzilin təhvil verilməsidir. Mənzil 2022-ci ilin sentyabr ayından əvvəl təhvil verilmişdir. Binanın təhvil verilməsinin isə iddiaçıya aidiyyəti yoxdur. Lift mənzillərin təmiri üçün istifadə edilə bilməz. Artıq sayğaclar da quraşdırılmışdır. Yalnız tikinti aparılan sahədə yaşayış və qeyri-yaşayış sahəsi olan şəxslərə mənzilləri və obyektləri sökülərək yenisi ilə əvəz edilənədək müqavilə əsasında kirayə haqqı ödənilir. Sonradan mənzil almış şəxslərə kirayə haqqı nəzərdə tutulmur. Kirayə haqqının məbləği yaşayış sahəsindən asılıdır. Qeyd edilənlərə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcraçı Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli M-21 saylı Mənzil Tikintisi Mqaviləsinin surətindən görünür ki, icraçı Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 116 oktyabr 2017-ci il tarixli, 263 və 264 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yelrəşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binanın avtomobil üçün 1 Qaraj sahəsini bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qarajı qəbul etməyi öz öhdəsinə götürmüşdür (1.1, 1.2). Qarajların 1 kv.m-in dəyəri 1135 AZN, arajların ümumi dəyəri 42000 AZN-dən ibarətdir. Payçı Şirkət tərəfindən ona “D” blokunun qaraj sahəsində yerləşən 84 saylı 37,50 kv.m-dən ibarət qaraja görə 42000 manat borcu tam ödəmişdir. Qalıq borcu yoxdur.(3.1, 3.2, 3.3). Müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və 24 ay müddətinə tikinti quraşdırma işləri başa çatdıqdan sonra qarajı payçıya verilənədək qüvvədədir. - İcraçı Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış 14 may 2021-ci il tarixli M-25 saylı Mənzil Tikintisi Mqaviləsinin surətindən görünür ki, icraçı Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 116 oktyabr 2017-ci il tarixli, 263 və 264 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yelrəşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binanın avtomobil üçün 1 Qaraj sahəsini bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qarajı qəbul etməyi öz öhdəsinə götürmüşdür (1.1, 1.2). Qarajların 1 kv.m-in dəyəri 1120 AZN, arajların ümumi dəyəri 42000 AZN-dən ibarətdir. Payçı Şirkət tərəfindən ona “D” blokunun qaraj sahəsində yerləşən 84 saylı 37,50 kv.m-dən ibarət qaraja görə 42000 manat borcdan 40000 AZN ödəniş etmişdir, qalıq 2000 AZN isə ödəməyi öhdəsinə götürmüşdür. (3.1, 3.2, 3.3). Müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və 24 ay müddətinə tikinti quraşdırma işləri başa çatdıqdan sonra qarajı payçıya verilənədək qüvvədədir. - İcraçı Cavabdeh MTK ilə payçı İddiaçı 04 sentyabr 2020-ci il tarixli Mənzil Tikintisi Mqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli qərarına və Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının 263 və 264 saylı xx.xx.2017-ci il tarixli sərancamına əsasən Cavabdeh MTK tərəfindən X1 məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı, 6 saylı, 7 saylı 9 saylı mənzilləri və 46 kv.metr qeyriyaşayış sahəsi sökülmüşdür. Əvəzində ona Süleyman Rəhimov küçəsində tikiləcək çoxmərtəbəli binanın “D” girişində 11-ci və 12-ci mərtəbələrində hər biri ayrı-ayrılıqda 130,21 kv.metr olan 271 və 278 saylı mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı Cavabdeh MTK və X2 arasında əvəzləmə kimi veriləcək mənzillərə dair xx.xx.2018ci və xx.xx.2019-cu il tarixlərində notarial qaydada müqavilələr bağlanmışdır. X3 xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə ilə MTK-ya müraciət edərək, ona əvəzləmə kimi MTK tərəfindən verilən binanın “D” girişində 12-ci mərtəbədə, 3 otaq 130,21 kv.metrdən ibarət 278 saylı mənzili 1978-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı adına rəsmiləşdirməyi xahiş etmişdir. Ərizə əsas götürülərək Cavabdeh MTK İddiaçı ilə aşağıdakı qaydada Mənzil Tikintisi müqaviləsi bağlayır: Yeni Ailə” MTK bildirir ki, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində tikilən binanın “D” girişində 12-ci mərtəbədə yerləşən 3 otaqdan 130,21 kv.metr sahədən ibarət 278 saylı mənzilin MTK-ya maliyyə borcu yoxdur və payçı kimi İddiaçı adına rəsmiləşdirilmiş və onunla MTK arasında müqavilə bağıanmışdır. Müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və 24 ay müddətinə tikinti quraşdırma işləri başa çatdıqdan sonra mənzil payçıya verilənədək qüvvədədir. - Cavabdeh MTK-nın 146 saylı xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı MTK tərəfindən S.Rəhimov küçəsində tikilən çoxmərtəbəli binanın D girişi 12-ci mərtəbə 3 otaqlı 130,21 kv.metrdən ibarət 278 saylı mənzilin sahibidir və onun MTK-ya maliyyə borcu yoxdur. Mənzillərə quraşdırılan sayğacların dəyəri, onların quraşdırılma və qeydiyyat xərcləri mülkiyyətçinin üzü tərəfindən ödəniləcəkdir - Cavabdeh MTK-nın 46 saylı xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-nın Bakı şəhəri, Azadlıq prosepekti ilə S.Rəhimov, M.Qaşqay, Ş.Əzizbəyov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasının “D” blokunun qaraj sahəsində yerləşən 84 saylı 37,50 kv.m qaraj sahəsinin dəyərini bütünlükdə ödəmişdir, borc yoxdur. - 25 sentyabr 2022-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsinin) surətindən görünür ki, kirayəyə verən X6 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 122,4 kv.m, yaşayış sahəsi 73 kv.m, yardımçı sahəsi 49,4 kv.m olan 3 otaqlı mənzilini kirayəçi İddiaçı xx.xx.2026-cı il tarixədək aylıq 900 manat kirayə haqqı ödənilməklə kirayəyə vermişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 130 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli Mənzil Tikintisi Müqaviləsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli qərarına və Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının 263 və 264 saylı xx.xx.2017-ci il tarixli sərancamına əsasən Cavabdeh MTK tərəfindən X1 məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı, 6 saylı, 7 saylı 9 saylı mənzilləri və 46 kv.metr qeyri-yaşayış sahəsi sökülmüşdür. Əvəzində ona Süleyman Rəhimov küçəsində tikiləcək çoxmərtəbəli binanın “D” girişində 11-ci və 12-ci mərtəbələrində hər biri ayrı-ayrılıqda 130,21 kv.metr olan 271 və 278 saylı mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı Cavabdeh MTK və X2 arasında əvəzləmə kimi veriləcək mənzillərə dair xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixlərində notarial qaydada müqavilələr bağlanmışdır. X3 xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə ilə MTK-ya müraciət edərək, ona əvəzləmə kimi MTK tərəfindən verilən binanın “D” girişində 12-ci mərtəbədə, 3 otaq 130,21 kv.metrdən ibarət 278 saylı mənzili 1978-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı adına rəsmiləşdirməyi xahiş etmişdir. Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində tikilən binanın “D” girişində 12-ci mərtəbədə yerləşən 3 otaqdan 130,21 kv.metr sahədən ibarət 278 saylı mənzilin MTK-ya maliyyə borcu yoxdur və payçı kimi İddiaçı adına rəsmiləşdirilmişdir və onunla MTK arasında müqavilə bağıanmışdır. Müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minmiş və 24 ay müddətinə tikinti quraşdırma işləri başa çatdıqdan sonra mənzil payçıya verilənədək qüvvədədir. Hazırda isə iddiaçı müqavilənin bağlandığı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mənzilin ona təhvil verilməli olduğu halda, mənzilin ona verilməməsi nəticəsində kirayə haqqının ödənilməsi ilə bağlı məhkəməyə müraicət etmişdir. İddiaçının hazırkı tələbi Cavabdeh MTK tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə öhdəlikləri yerinə yetirilmədiyi səbəbindən ona dəymiş (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) 2700 manat məbləğində maddi ziyan cavabdehdən tutularaq ona ödəməsi, 2023-cü ilin yanvar ayından etibarən Cavabdeh MTK tərəfindən yeni mənzil tam təhvil verilənə qədər hər ay üçün 900 manat məbləğində kirayə haqqı tutularaq ona ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırda iddiaçının iddia tələbi iki hissədən, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək edilmiş ümumilikdə 2700 manat məbləğində kirayə haqqı ödənişinin ödənilməsidən və 2023-cü ilin yanvar ayından etibarən Cavabdeh MTK tərəfindən yeni mənzil tam təhvil verilənə qədər hər ay üçün 900 manat məbləğində kirayə haqqının cavabdehdən tutularaq ödənilməsindən ibarətdir. Qeyd edilməlidir ki, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli kirayə müqaviləsini təqdim etsə də, müqavilə üzrə edilmiş kirayə haqqı ödənişlərini məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia tələbində mənzilin təhvil verilməməsi nəticəsində kirayədə yaşadığını və bu səbəbdən də ona kirayə haqqı verilməli olduğunu göstərmişdir. Həmçinin, məlum olmuşdur ki, binanın tikintisi başa çatmış və müqavilə üzrə sözügedən mənzil faktiki olaraq iddiaçıya təhvil verilmiş, iddiaçı mənzildə təmir işləri aparır. Lakin iddiaçı mənzildə kommunal sisteminin olmaması ilə əlaqədar mənzilin ona tam təhvil verilmədiyi, mənzildə yaşamağın mümkün olmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq 04 sentyabr 2020-ci il tarixdə mənzil tikintisi müqaviləsi bağlanmış, müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş və müqavilənin şərtləri tərəflərin istəyinə uyğun olaraq müəyyən edilmişdir. Həmin müqavilənin 9.1-ci bəndinin şərtlərinə əsasən müqavilə 24 ay müddətində tikinti quraşdırma işləri başa çatdıqdan sonra mənzil iddiaçıya təhvil verilənədək qüvvədədir. Göründüyü kimi müqavilədə mənzilin 24 ay müddətində iddiaçıya təhvil veriləcəyi göstərilmişdir. Belə ki, bağlanmış müqavilənin düzgünlüyü prezumpsiyası qüvvədə olduğunundan iddiaçı mənzilin ona təhvil verilməməsi əsası ilə ona kirayə haqqı ödənilməli olduğunu qeyd etsə də, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə belə bir öhdəlik götürməmişdir. Məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklərin hazırda iddia tələbinə aid hissədə icra edilməməsi, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi halları müəyyən edilməmişdir. Belə ki, müəyyən edildi ki, mənzil faktiki olaraq iddiaçıya təhvil verilmiş, iddiaçı hazırda mənzildə təmir işləri həyata keçirir. Belə olan halda, iddiaçının iddia tələbində göstərdiyi halların mövcudluğu öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı hazırda Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində tikilən binanın “D” girişində 12-ci mərtəbədə yerləşən 3 otaqdan 130,21 kv.metr sahədən ibarət 278 saylı mənzildə yaşaya bilməməsi əsası ilə kirayə haqqı kimi ödədiyi 900 manat məbləğin 25 sentyabr 2022-ci il tarixdən cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, tərəflər arasında bağlanmış müqavilə üzrə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, həmçinin iddiaçı mənzildə yaşaya bilməməsi ilə bağlı yaranmış mübahisəli məqamlarla (işıq və su sisteminin olmaması, liftdən istifadə edilməsinə maneələrin yaradılması) bağlı öz hüquqlarının müdafiəsi üçün müvafiq tədbirlər görə, mübahisə olduqda isə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Koopetativinə qarşı “Cavabdeh MTK tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə öhdəlikləri yerinə yetirilmədiyi səbəbindən ona dəymiş (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) 2700 manat məbləğində maddi ziyan cavabdehdən tutularaq ona ödəməsi, 2023-cü ilin yanvar ayından etibarən Cavabdeh MTK tərəfindən yeni mənzil tam təhvil verilənə qədər hər ay üçün 900 manat məbləğində kirayə haqqı tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Koopetativinə qarşı “Cavabdeh MTK tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə öhdəlikləri yerinə yetirilmədiyi səbəbindən ona dəymiş (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) 2700 manat məbləğində maddi ziyan cavabdehdən tutularaq ona ödəməsi, 2023-cü ilin yanvar ayından etibarən Cavabdeh MTK tərəfindən yeni mənzil tam təhvil verilənə qədər hər ay üçün 900 manat məbləğində kirayə haqqı tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar