Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-47/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X61 İdarəsi və X28 cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı “miras əmlakının qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin bərpa edilməsi, miras əmlakın payın müəyyən olunması, vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə cavabdehlər İddiaçı, Cavabdeh2, Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı “miras əmlaka payın müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair ilkin və iddiaçı X11 cavabdehlər Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə, Cavabdeh2 və İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ötürülmüş müddətin bərpa edilməsi və payların müəyyən edilməsi” tələbinə dair digər iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı “miras əmlakın payın müəyyən olunması, vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X10 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə və **-BO-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320” markalı minik avtomobilinə azyaşlı oğlu X21 2/3 hissədə pay hüququnun tanınması, X44 Xidmət mərkəzinin notariat ofisi tərəfindən buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320” markalı minik avtomobilinə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın və verilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli Çıxarışın ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2016-ci il iyun ayının 3-ü el adəti ilə toy edərək X4 ilə faktiki nikah münasibətində olub. X22 ilə faktiki nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X39 adında övladları dünyaya gəlib. Həyat yoldaşı X22 xx.xx.2018-ci il tarixdə vəfat edib. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(017)-1946/2018 saylı qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə anadan olmuş X21 atasının X22 olması faktı müəyyən edilib. Bununla bağlı Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli AZ-İ №363742 saylı “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə verilib. Mərhum həyat yoldaşı X10 mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzil və **-BO-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320” markalı minik avtomobili mövcud olub. O, X1 onunla birlikdə Ağcabədi rayonunda yaşayıb, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə daimi şəkildə gedib-gəlib, orada yaşayıblar. Bildirir ki, həmin mənzildə daimi yaşayış olmayıb, yalnız Bakı şəhərinə gəldiklərinə orada yaşayıb və yay aylarında həmin mənzildə X22 ilə qalıblar. X22 vəfat etdikdən sonra da fasiləsiz olaraq övladi ilə həmin mənzildə qalıblar, mənzilə sahiblik etməklə ondan istifadə ediblər. Bununla yanaşı bu ilin oktyabr ayının sonlarınadək həmin mənzildə 2 ay övladı ilə birlikdə yaşayıb. Bundan əlavə, 2019-cu ilin mart ayında həmin mənzili öz maddi vəsaiti hesabına təmir etdirməklə mənzilin vəziyyətində yaxşılaşmalar edib, mənzildə istifadə etmək üçün soyuducu alıb, mənzilin açıq balkonunu xeyli xərc çəkməklə bağlatdırıb. Eyni zamanda, onun cehizindən müəyyən əşyalar da, hazırda həmin mənzildədir. Göründüyü kimi, mərhum həyat yoldaşı X8 övladları X29 miras qalmış əmlaka faktiki sahiblik edib, öz hesabına yaxşılaşdırmalar aparıb, evə yeni əşyalar alıb, beləliklə də, Ə.Abbasovun qanuni nümayəndəsi olaraq miras əmlakı faktiki olaraq qəbul edib. X22 vəfat etdikdən sonra övladı olaraq oğlu X39 onun qanun üzrə vərəsələrindən biri olduğu halda 2022-ci ilin oktyabr ayının sonlarında ona məlum olub ki, Ələkbər Abbasovun anası Cavabdeh2 mərhum həyat yoldaşından miras qalmış Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair ondan xəbərsiz çıxarış almaqla həmin mənzilə tam mülkiyyət hüququ əldə edib. Bu barədə məlumatı olduqdan dərhal sonra vəkilə müraciət edərək, övladı X21 qanuni nümayəndəsi olaraq övladının hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə müqavilə bağlayıb. Vəkilin Ağcabədi rayonu, Ağcabədi regional Cavabdeh1ndə notariat ofisinə göndərmiş olduğu xx.xx.2022-ci il tarixli sorğuya xx.xx.2022-ci il tarixdə cavab gəlib, X10 ölümündən sonra açılmış vərəsəlik işinin təsdiq edilmiş surəti vəkilə göndərilib. Həmin vərəsəlik işinə baxdıqda müəyyən olunub ki, notarius tərəfindən başqa vərəsələrin olub-olmadığı araşdırılmadan X2 mülkiyyətində olmuş buraxılış ili 2000-ci il olmuş **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun anası Cavabdeh2 tam hissədə pay hüququ müəyyən edilməklə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilib. Eyni zamanda həmin vərəsəlik işindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə X44 Xidmət mərkəzinin notariat ofisinə ərizə ilə müraciət edərək mərhum oğlu X10 tək vərəsəsi olduğunu və ondan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair vərəsəlik şəhadətnaməsi verilməsini xahiş edib. Həmin müraciətlə əlaqədar ona xx.xx.2020-ci il tarixdə tam hissədə pay almaq hüququ müəyyən edilməklə “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə verilib. Halbuki, notariat orqanı tərəfindən həmin şəhadətnamə verilərkən mərhumun Cavabdeh2 başqa qanun üzrə vərəsələrinin olub-olmaması müəyyənləşdirilməli və vərəsəlik işinin açılması barədə həmin vərəsələrə bildiriş verilməli idi. Lakin göründüyü kimi Cavabdeh2 mərhum həyat yoldaşının qanun üzrə vərəsələrini notariat orqanından gizlədib, nə Cavabdeh2 oğlunun özündən başqa 2 qanun üzrə vərəsəsinin, yəni azyaşlı övladı X21 və mərhumun birinci evliliyindən dünyaya gəlmiş X11 mərhumun qanun üzrə vərəsəsi olmasını öz ərizəsində göstərməyib, nə də notariat orqanı öz öhdəliklərini yerinə yetirərək digər vərəsələrin olub-olmadığını araşdırmayıb. Bunun nəticəsində notarius tərəfindən qanunsuz və əsassız olaraq Cavabdeh2 tam hissədə pay hüququnu nəzərdə tutan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Bununla yanaşı qeyd etmək istəyir ki, X2 digər övladı X11 miras əmlakını təşkil edən qeyd edilən mənzili və minik avtomobilini qəbul etməsi və ya həmin əmlakdan imtina etməsi ilə əlaqədar vərəsəlik işində hər hansı bir ərizə və ya məlumat mövcud deyil. Eyni zamanda Yusif Abbasov miras əmlaka daxil olan mənzildə yaşamayıb, ondan istifadə etməyib və əmlaka sahiblik etməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsində də göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericiliyin tələbinə əsasən qeyd etdiklərindən də göründüyü kimi, X4ndan azyaşlı oğlu X29 miras qalmış qeyd edilən mənzil azyaşlının qanuni nümayəndəsi olaraq tərəfindən tam şəkildə qəbul edilib. Belə olan halda, həmin mənzilə dair qanun üzrə vərəsə kimi oğlu X21 pay hüququ olduğu və X21 qanuni nümayəndəsi olaraq miras əmlakdan imtina etmədiyi halda onun razılığı olmadan Cavabdeh2 miras əmlakına tam mülkiyyət hüququna malik olması və qeyd edilən mənzilə dair mülkiyyət hüququnu Çıxarışla rəsmiləşdirməsi mərhumun qanuni vərəsəsi olan yetkinlik yaşına çatmamış azyaşlı oğlu X21 mülkiyyət hüququnu pozub. Belə ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2019cu il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil X21 X6na məxsus olub. Məhkəmənin müvafiq qətnaməsi və atalığın müəyyən edilməsi barədə şəhadətnamədən də göründüyü kimi X39 X2 övladıdır. Belə olan halda, Ağcabədi regional Cavabdeh1 notariat ofisi tərəfindən Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi zaman notarius tərəfindən ölən şəxsin, yəni X10 anası Cavabdeh2 başqa qanun üzrə vərəsəsinin olub-olmadığı müəyyənləşdirilməli, həmin şəxslərin razılığı olarsa Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə və buraxılış ili 2000ci il olan **-BO-*** dövlət qeydiyyat nişanlı “Mercedes BENZ E320” markalı minik avtomobilinə dair tam hissədə pay hüququ haqqında şəhadətnamə verilməli idi. Lakin işin hallarından da görünür ki, notariat orqanı tərəfindən üzərinə düşən vəzifə icra edilməyib, qanun üzrə vərəsələrə hər hansı bildiriş göndərilməyib, vərəsələrin dairəsi müəyyən edilməyib. Nəticədə oğlu X39 atasının qanuni vərəsəsi olmaqla ondan miras qalmış əmlakdan pay almaq hüququndan qanunsuz olaraq məhrum edilib. Bundan əlavə, notariat orqanı qanun üzrə vərəsələrin dairəsini müəyyən etməməklə azyaşlı övladının qanunla birbaşa qorunan vərəsəlik hüquqlarını pozaraq Cavabdeh2 tam mülkiyyət hüququ barədə vərəsəlik haqqqında şəhadətnamə verib. Bildirmək istəyir ki, övladının qanuni nümayəndəsi olaraq hüquqi savadsızlığı nəticəsində miras əmlakı faktiki qəbul etməyi barədə notariat orqanına ərizə ilə müraciət etmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan azyaşlı övladı, yetkinlik yaşına çatmamış X21 mülkiyyət hüququ və vərəsə olmaq hüququ notariat orqanı tərəfindən pozula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə qeyd edilmişdir ki, əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Qanunvericiliyin də tələbindən göründüyü kimi, yetkinlik yaşına çatmamış şəxslərin mirasdan imtinası yalnız məhkəmə qaydasında müəyyən edilir. Qanuni nümayəndənin miras əmlakı faktiki qəbul etməsi barədə notariat orqanına məlumat verməməsi yetkinlik yaşına çatmamış azyaşlı uşağın öz atasından miras qalmış əmlaka vərəsəlik hüququna malik olmasını istisna etməməklə mülkiyyət hüquqlarını pozmağa əsas vermir. Bununla yanaşı, mərhum həyat yoldaşı X10 mülkiyyətində olmuş buraxılış ili 2000-ci il olan **-BO- *** dövlət qeydiyyat nişanlı “Mercedes BENZ E320” markalı minik avtomobilinə münasibətdə bildirir ki, mülki qanunvericiliyin tələbinə əsasən vərəsə miras əmlakın bir hissəsini qəbul etdikdə, o, mirası tam qəbul etmiş sayılır. Mərhumdan azyaşlı övladı X29 miras qalmış mənzil onun qanuni nümayəndəsi olaraq tərəfindən faktiki olaraq qəbul edildiyindən miras əmlak tam şəkildə qəbul edilmiş hesab edilməli və azyaşlı övladı X21 həmin avtomobilə dair miras payı da müəyyən edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi notariat orqanı tərəfindən qanun üzrə bütün vərəsələrin dairəsi müəyyən edilmədən X2 yeganə vərəsəsi kimi Cavabdeh2 verilmiş tam mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməli, eyni zamanda mərhum həyat yoldaşı X8 miras qalmış əmlak üzərində azyaşlı övladı X21 miras payı tanınmalıdır. Məhkəmə araşdırması zamanı İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X61 İdarəsi və X28 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər. İddiaçı nümayədəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə (sonuncu) təqdim edərək qeyd etmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyac vardır. Belə ki, məhkəmədə iddia ərizəsi qaldırılanadək X2 böyük oğlu X28 şifahi olaraq iddiaçıya bildirib ki, o, öz miras payından kiçik qardaşı hüquqlarını müdafiə etdiyi azyaşlı X21 xeyrinə imtina edir. Bu səbəbdən də, məhkəmədə X21 2/3 hissədə pay hüququnun tanınması barədə iddia qaldırılıb. Lakin məhkəmə dövründə X28 miras əmlaka payının tanınması ilə bağlı məhkəməyə müraciət edib. Bundan əlavə, nəzərə çatdırmaq istəyir ki, X28 atasından qalan heç bir miras əmlakı nə notarial qaydada, nə də faktiki olaraq qəbul etmədiyindən, mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş vaxt ərzində də Rusiya Federasiyasında olduğundan, mirasın qəbulu üçün heç bir hərəkət etmədiyindən, yəni həmin miras əmlakdan istifadə etmədiyindən və sahiblik etmədiyindən miras əmlaka pay hüququndan məhrum olub. Belə olan halda, vərəsəlik üzrə mirası qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müdətlər bərpa edilməli, X4ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzil və “Mercedes Benz E320” markalı minik avtomobili miras əmlakı qəbul etmiş iki vərəsə, yəni X39 və Cavabdeh2 arasında bölünməklə hər bir vərəsənin 1/2 hissədə pay hüququ tanınmalıdır. Bundan əlavə, iddia ərizəsinin verilməsindən sonra əldə etdikləri məlumata əsasən, X8 miras qalmış “Mercedes-Benz E320” markalı minik avtomobili hal-hazırda 3-cü şəxsin mülkiyyətindədir. Tərəflərindən “X33” MMC-yə göndərilmiş vəkil sorğusuna gəlmiş xx.xx.2023-cü il tarixli 015/LBC saylı cavab məktubuna əsasən həmin “Mercedes Benz E320” markalı həmin avtomobilin hazırkı dövrə orta bazar dəyəri 17500 AZN təşkil edir. Odur ki, həmin avtomobil halhazırda 3-cü şəxsin mülkiyyətində olduğundan həmin avtomobilin dəyərinin yarı hissəsi Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən vərəsəlik üzrə mirası qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müdətlərin bərpa edilməsi, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X10 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə X21 1/2 hissədə pay hüququnun tanınması və **-BO-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-ci il olan “Mercedes Benz E 320” markalı minik avtomobilin əvəzi olaraq həmin avtomobilin 1/2 hissəsinin dəyərinin, yəni 8750 AZN məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, X44 Xidmət mərkəzinin notariat ofisi tərəfindən buraxiliş ili 2000-ci il olan “Mercedes Benz E320” markalı minik avtomobilinə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 adına verilmiş 21,09.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və verilmiş 16.11 2020-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X28 xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6nun mülkiyyətində olan Bakı şəhəri ünvan 2 ünvanda yerləşən mənzilə və **-BO-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2000-ci olan, “Mersedes Benz E 320” markalı, minik avtomobilinə onun 1/3 hissədə pay hüququnun tanınması, Ağcabədi Regional Cavabdeh1 notariat ofisi tərəfindən **-BO-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2000-ci olan, “Mersedes Benz E 320” markalı, minik avtomobilinə dair tam hissədə pay hüqununun müəyyən edilməsi barədə Cavabdeh2 verilmiş xx.xx.2019-cu il tarixli və Bakı şəhəri ünvan 2 ünvanda yerləşən mənzilə dair tam hissədə pay hüququnun müəyyən edilməsi barədə Cavabdeh2 verilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında Bakı şəhəri ünvan 2 ünvanda yerləşən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın və verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli Çıxarışın ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X28 iddia tələbini onunla əsaslandırmışdır ki, onun valideyinləri boşandığına görə ümumiyyətlə onun həmin miras barədə heç bir məlumatı olmayıb. Yalnız bu məhkəmə mübahisəsindən sonra bu barədə məlumat alıb. Özü uzun müddətdir ki, Rusiyada Federasiyasında yaşayır. Azərbaycan Respublikasına demək olar ki, az-az gəlir. Rusiya Federasiya və Ukrayna Respublikası arasındakı müharibə ilə əlaqədar olaraq Rusiya Federasiyasından çıxa bilmir. İddiaçı vərəsəlik şəhadətnaməsi üzrə 2/3 hissədə pay hüququnun tanınmasını tələb etməklə onun hüquqlarını əhəmiyyətli dərəcədə pozur. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddiasına xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, X28 X2 qanun üzrə vərəsəsi olsa da, miras əmlakı nə notarial qaydada, nə də faktiki olaraq qəbul etmədiyindən həmin miras əmlak üzərində pay hüququna malik deyildir. Belə ki, X5 Federasiyasında yaşamaqla özünün də iddia ərizəsində qeyd etdiyi kimi Azərbaycan Respublikasına nadir hallarda gəlib. Məhkəmənin sorğusuna əsasən X11 Azərbaycan Respublikasına giriş-çıxışı ilə bağlı əldə edilmiş məlumatlara nəzər yetirdikdə X28 xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasından çıxıb, xx.xx.2019-cu il tarixdə ölkəyə geri qayıdıb. X2 vəfat tarixi isə xx.xx.2018-ci ildir. Göründüyü kimi, X28 atasının vəfatından sonra Rusiya Federasiyasına gedib, 1 il sonra geri qayıdıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və va bilməli olduqu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin hallarından göründüyü kimi, Yusif Abbasov qanunvericiliklə müəyyənləşdirilmiş 6 aylıq müddət ərzində miras əmlakı notarial qaydada qəbul etməyib. Eyni zamanda, Yusif Abbasov mərhum Ələkbər Abbasovdan miras qalmış heç bir əmlakı faktiki olaraq da qəbul etməyib. Belə ki, miras əmlakı təşkil edən mənzildə iddiaçı və Cavabdeh2 yaşayıb, həmin vərəsələr mənzildən istifadə və sahiblik etdiyindən miras əmlakı tam olaraq faktiki şəkildə qəbul ediblər. X59 miras açıldığı vaxtdan Rusiya Federasiyasında olub və avtomobil xx.xx.2019-cu il tarixdən artıq Cavabdeh2 mülkiyyətində olub. Yusif Abbasov isə ölkəyə xx.xx.2019-cu il tarixdə qayıdıb. Beləliklə, Yusif Abbasovun avtomobilə də sahiblik etməməsi və avtomobildən istifadə etməyərək miras əmlakı faktiki olaraq qəbul etməməsi aydın olur. Qeyd olunanlardan əlavə, Yusif Abbasovun iddia ərizəsində qeyd etdiyi kimi miras əmlakdan xəbərsiz olması da inandırıcı deyildir. Belə ki, o, atasının ölümündən sonra iddiaçıya şifahi qaydada bildirib ki, o öz miras payından kiçik qardaşı X21 xeyrinə imtina edir. Bununla yanaşı, Yusif Abbasovun ümumiyyətlə atasına məxsus maşının və evin olmasından xəbərsiz olması inandırıcı deyildir. Beləliklə, qeyd olunanlara əsasən, Yusif Abbasov miras əmlakı nə notarial qaydada, nə də faktiki olaraq qəbul etmədiyindən mübahisə predmeti olan miras əmlaka pay hüququndan məhrum olub. Qeyd edilənlərə əsasən Yusif Abbasovun iddiasının təmin edilməməsini xahiş etmişdir. X28 iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkməsinə müraciət edərək, cavabdeh Ağcabədi Regional Cavabdeh1 Notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6ndan miras qalmış əmlaka dair Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli etibarsız hesab edilməsi, onun xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6ndan miras qalmış Bakı şəhəri ünvan 2 ünvanda yerləşən mənzilə və mülkiyyətində olmuş **-BO-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2000-ci olan, “Mersedes Benz E 320” markalı, minik avtomobilinə dair ötürülmüş vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən edilmiş müddətin ötürməsinin üzürlü hesab edilməsi və miras qalmış əmlakların 1/3 hissədə payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Ağcabədi Regional Cavabdeh1 Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-259/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X11 nümayəndəsi və vəkilinin vəsatətinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş icraatda olan iddiaçı X11 cavabdehlər Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə, Cavabdeh2 və İddiaçı qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ötürülmüş müddətin bərpa edilməsi və payların müəyyən edilməsi” tələbinə dair e-2(007)- 259/2024 nömrəli mülki işin, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsinə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinə və Cavabdeh2 qarşı “mirasa əmlak payın müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair e-2(007)-47/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi, bir icraatda birləşdirilmiş e-2(007)-47/2024 nömrəli mülki iş saxlanılmaqla e- 2(007)-259/2024 nömrəli mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X28 2(007)- 259/2024 nömrəli mülki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin 2-ci bəndinin aşağıdakı kimi dəyişdirmişdir: xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6ndan miras qalmış Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə onun 1/3 hissədə pay hüququnun tanınması, atasının mülkiyyətində olmuş **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 tərəfindən satılması nəticəsində əldə olunmuş pul vəsaitinin 1/3 hissəsində Cavabdeh2 alınaraq ona ödənilməsi qət edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X28 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, avtomobilin satılması barədə müqavilə təqdim edilmiş və məlum olmuşdur ki, qeyd edilən avtomobil 10000 manata satılıb. Eyni zamanda tərəfindən Nizami Rayon Məhkəməsində müddətin bərpası ilə əlaqədar qaldırılmış e-2(007)-259/2024 saylı mülki iş icraatda olan işlə birləşdirilib. Odur ki, iddianın dəqiqləşdirilməsi zərurəti yaranıb. Qeyd edilənlərə əsasən cavabdeh Ağcabədi Regional Cavabdeh1 Notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6ndan miras qalmış əmlaka dair Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6nun mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzilə onun 1/3 hissədə pay hüququnun tanınması, atasının mülkiyyətində olmuş **-BO-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2000-ci olan, “Mersedes Benz E 320” markalı minik avtomobilin Cavabdeh2 tərəfindən satılması nəticəsində əldə olunmuş pul məbləğinin 1/3 hissədə Cavabdeh2 alınaraq ona ödənilməsi, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzilə dair xx.xx.2020-ci il tarixli şəhadətnamə əsasında DƏDRX-də aparılmış qeydiyyatın və verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsinin DƏDRX-in üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı miras əmlakı olan mənzilə gedib-gəlib, təmir işləri edib və eyvanı bağlatdırıb. Buna dair qonşular tərəfindən tərtib edilmiş aktı məhkəməyə təqdim edib. Bu da miras əmlakının iddiaçı tərəfindən faktiki olaraq qəbul edildiyini təsdiq edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddia tələblərini qəbul etməyərək, iddiaların təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı və mübahisə premdeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs miras əmlaklarını faktiki olaraq qəbul etməyib, həmçinin miras əmlakları ilə bağlı notariat ofisinə müraciət etməyiblər. Miras cavabdeh tərəfindən qəbul edildiyindən ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilib, bundan sonra mənzilə dair çıxarış əldə olunub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarı 26 dekabr 2023-cü il tarixdə qəbul edilib. Lakin hazırkı iş üzrə vərəsəlik işi isə 2018-ci ildə açılıb. Bu səbəbdən həmin qərar hazırkı işə tətbiq edilə bilməz. Hesab edir ki, mirasın qəbulu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət nəzərə alınmalıdır. X41 Klinikada müalicə olunub, 20000 manat vəsait sərf edilib, ona məxsus olan avtomobil satılaraq müalicəsinə xərclənib. Cavabdeh2 mərhuma xərclənmiş pulları İddiaçı və Yusif Abbasovdan tələb edəcək. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil4 iddia tələbini müdafiə edib iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirir ki, mərhumun əmlaklarının olması barədə İddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etdikdən sonra məlumat əldə ediblər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından sonra müddətin bərpası tələbi ilə məhkəməyə müraciət ediblər. Cavabdeh Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinin xüsusi notariusu məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X61 İdarəsinin nümayəndələri məhkəmə iclasında gəlməmişlər. Belə olan halda, məhkəmə işə cavabdeh Ağcabədi Regional Cavabdeh1ndə Notariat Ofisinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddiaları tam təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Ağcadəbi Rayon Məhkəməsinin 2(017)-1946/2018 saylı xx.xx.2018-ci il tarixli qətnamədən görünür ki, atalığın tanınması faktına dair ərizə təmin edilərək, X10 xx.xx.2018-ci il tairxdə doğulmuş X35 atası olması faktı müəyyən edilmişdir. -Ağcadəbi Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ № 363742 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2018-ci il tarixdə İddiaçı doğulmuş X36 atası hesab edilmişdir və bu barədə aalığın müəyən edilməsi akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 30 nömrəli qeyd edilmişdir. -Ağcadəbi Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV № 240212 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.2018ci il tarixdə doğulmuşdur. X6, anası İddiaçıdır. -Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 461408 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. X6, anası X13r. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzili xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda X10 adına qeydiyyata alınmışdır; -Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il arixdə ölmüş X10 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********91-05301-093084 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan mənzildən ibarətdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzili xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda X14 adına qeydiyyata alınmışdır; -Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il arixdə ölmüş X10 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak Ağcabədi RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016 tarixli AC703029 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100651B277608 və buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz E320” minik markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili X15 10000 manata satmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 3-16-5/4-13-1922/2023 saylı məktubundan görünür ki, X22 və X23 olan xx.xx.1993-cü il təvəllüdlü Yusif Abbasovun doğumunun Yevlax rayon qeydiyyat şöbəsində, atası adıçəkilən şəxs, anası İddiaçı olan xx.xx.2018-ci il təvəllüdlü Əli Abbasovun doğumunun isə Ağcabədi rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Sözügedən şəxsin Y.Abbasovun barəsində atalığı xx.xx.2010-cu ildə Yevlax rayon qeydiyyat şöbəsində, Ə.Abbasov barəsində isə xx.xx.2019-cu iiaə Ağcabədi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Qeyd edirik ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Ə.Abbasovun nikahı və nikahının pozulması barədə məlumat aşkar edilmədi. -Ağcabədi şəhər İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəsi X9, digər tərəfdən ünvan 4 ünvanda yaşayan X16, X37, Ağcabədi şəhəri, Vaqif küçəsi ev 04 yaşayan X40, X24, ünvan 5 ünvanda yaçayan X25 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ağcabədi rayonu Şənlik kəndində daimi qeydiyyatda olmaqla Ağcabədi şəhəri, Vaqif küçəsi 01-də 01 iyun 2016-cı il tarixdən etibarən oktyabr 2022-ci il tarixədək 1978-ci il təvəllüdlü Paşayeva X32 şəhər sakini mərhum həyat yoldaşı X22 ilə qeyri-rəsmi nikahda olmuş və onların bu nikahından 2018-ci il təvəllüdlü X39 adlı bir övladları vardır. İddiaçı Əhət qızının həyat yoldaşı X22 12 sentyabr 2018-ci il tarixədə vəfat etmişdir. Odur ki, 01 iyun 2016-ci il tarixədən oktyabr 2022-ci il tarixədək İddiaçı Əhət qızının həqiqətən oğlu X39 və qayınanası Cavabdeh2 ilə ünvan 6 ünvanda yaşadıqlarını imzaları ilə təsdiq edirlər. -Ağcabədi şəhər İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1330 saylı arayışdan görünür ki, İddiaçı mərhum əri X22, onun anası ilə ölən günə kimi qeyri-rəsmi nikahla birikdə yaşamışdır. X4 vəfat etdikdən sonra onun övladı X39 və mərhumun anası Cavabdeh2 ilə birlikdə ünvan 8 ünvanda yaşamışlar. -Azər Koralov, Könül Məhərrəmova, Zöhrab Musayev, Cəmil Vəliyev və Lalə Əskərova tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin yiyəsi mərhum qonşuları Ələkbər Abbasov olmuşdur. X4 həmin mənzildən ölənə kimi istifadə etmişdir, aradabir ailəsi, anası Dilavər Abbaova və yaxın qohumları da gəlib getmişdir. X7 öldükdən sonra həmin mənzil mərhumun anası X30 tərəfindən istifadə olunmuşdur. Başqa şəxslərin bu mənzildə sahiblik etməsinin, hər hansı təmir işləri aparmasının şahidi olmamışlar. -“X33” MMC-nin xx.xx.2023-cü il tarixli 015/LBC saylı məlumatından görünür ki, 2020-ci il buraxılışlı, ağ əngli, texniki cəhətdən normal işlək vəziyyətdə olan “Mercedes Benz E320” markalı minik avtomobilin hazırkı dövrə olan orta bazar dəyəri 17500 AZN təşkil edir. -“X33” MMC-nin xx.xx.2023-cü il tarixli 028/LBC saylı məlumatından görünür ki, “X33” MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli 015/LBC saylı cavaba əsasən bildirirlər ki, həmin cavabda avtomobilin buraxılış ili texniki səhv olaraq 2000-ci il əvəzinə 2020-ci il göstərilmişdir. Nəzərə çatdırırlar ki, 2000-ci il buraxılışlı, ağ rəngli, texniki cəhətdən normal işlək vəziyyətdə olan “Mercedes Benz E320” markalı minik avtomobilinin hazırkı dövrə olan orta bazar dəyəri 17500 AZN təşkil edir. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023cü il tarixli 3-38-33/2-1353/23 saylı məlumatından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X17 xx.xx.2016-cı il tarixdə xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakə məlumatlar qeydə alınmışdır: Çıxış-xx.xx.2016, girişxx.xx.2016, çıxış-xx.xx.2018, giriş-xx.xx.2019, çıxış-xx.xx.2022. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X22 xx.xx.2018-ci il tarixdə vəfat edib. Onun ölümündən sonra anası Abbasova X20 rayon notariat ofisinə müraciət edərək, mərhum oğlundan miras qalmış əmlakları qəbul edib. Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinə əsasən xx.xx.2018-ci il arixdə ölmüş X10 vərəsəsi Cavabdeh2 miras əmlakı olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan mənzildən tam hissədə pay alıb. Bundan sonra həmin mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh2 adına qeydiyyata alınıb. Həmçinin, Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X10 vərəsəsi Cavabdeh2 miras əmlakı olan ban nömrəsi WDB2100651B277608 və buraxılış ili 2000-ci il olan “Mercedes Benz E320” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən tam hissədə pay alıb. Bundan sonra xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz E320” minik markalı avtomobili X15 10000 manata satıb. Hazırda isə X2 digər vərəsələri olan oğlu X21 anası İddiaçı və digər oğlu X28 məhkəməyə iddia tələbləri ilə müraciət edərək, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini, xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” və xx.xx.2019cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsini, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzil üzərində vərəsələrin paylarının müəyyən edilməsini, həmin mənzilin Cavabdeh2 adına qeydiyyata alınmasına dair DƏDRX-də aparılmış qeydiyyatın və ona verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Mercedes Benz E320” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunmuş vəsatin paylara uyğun olaraq Cavabdeh2 tutularaq onlara ödənilməsini xahiş etmişlər. İddiaçı və X11 iddia tələbəri əmlak üzərinə olan payların həcmi hissəsində fərqlənmişdir. Belə ki, iddiaçı əmlaklar üzərində paylarının 1/2 kimi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən şəxs X28 isə 1/3 kimi müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə araşdrması zamanı həmçinin müəyyən edildi ki, İddiaçı ilə mərhum Ələkbər Abbasov faktiki nikah münasibətlərində olub, bu nikahdan xx.xx.2018-ci il tarixdə Əli adlı uşaq doğulub. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Ələkbər X3 atası olması faktı müəyyən edilib və bu barədə xx.xx.2019-cu il tarixdə şəhadətnamə verilib. Həmçinin, mərhum X38 Nuriyeva ilə olan nikahından xx.xx.1993-cü ildə Yusif Abbasov doğulub. X38 Nuriyeva ilə olan nikahı və nikahın pozulması haqqında məlumat aşkar edilməyib. Hazırda mərhum Ələkbər Abbasovun vərəsələri anası Cavabdeh2 və oğulları Əli Abbasov və Yusif Abbasovdur. Cavabdeh2 isə mərhumun ölümündən sonra mirasında qəbulu üçün Ağcabədi rayon notariat ofisinə müraciət etsə də, mərhumun digər vərəsələri haqqında məlumat verməyərək, miras əmlakı üzərində tam hissədə pay almışdır. Qanunveciliyin tələblərindən də görünür ki, mərhum Ələkbər Abbasovunun anası Cavabdeh2 ilə yanaşı, övladları Əli Abbasov və Yusif Abbasov da onun birinci növbədə vərəsələridir. Yəni onların hər birinin əmlakdan bərabər pay almaq hüququ var və onlar əmlak üzərində olan paylarından imtina etməyiblər. Məhkəmə hər iki iddia tələbinin “mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətinin bərpa edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. MM-in: 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Hazırda iddiaçı mərhumun ölümündən sonra övladı ilə fasiləsiz olaraq Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında qaldıqlarını, mənzili və mənzilin eyvanını təmir etdiyini və bununla da miras əmlakını faktiki olaraq qəbul etdiyini qeyd etmişdir. Buna dair qonşular tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt təqdim edilmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş və qonşular tərəfindən tərtib edilmiş digər bir aktda X22 öldükdən sonra həmin mənzilin mərhumun anası Cavabdeh2 tərəfindən istifadə olunduğu, mənzildə təmir işlərinin aparılmadığı göstərilmişdir. Hazırda iddiaçının mərhumdan miras qalmış əmlakı faktiki olaraq qəbul etməsi halı iş materialları ilə öz təsdiqini tapmamışdır, digər vərəsə Yusif Abbasov isə miras əmlakları barəsində məhkəmə mübahisəsi zamanı xəbərdar olduğunu qeyd etmişdir. Həmçinin, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən Yusif Abbasov mərhumun ölümündən sonra miras əmlakının qəbulu üçün notariat ofisinə müraciət etməmişlər. Buna baxmayaraq, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən Yusif Abbasov mərhum Ələkbər Abbasovun ölümündən sonra mirası faktiki qəbul etməmələri və ya mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmələri mirasdan imtina kimi qəbul edilməməlidir. Belə ki, mübahisə, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməli, X22 isə xx.xx.2018-ci il tarixində vəfat etmiş (miras açılmış), həmin dövrdə də MM-in 1246 və 1273-1-ci maddələri qüvvədə idilər. Buna baxmayaraq, AR Konstitusiyasının 149-cu maddəsinə əsasən, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Belə olan halda, məhkəmə hesab edir ki, qüvvədən düşmüş müddəalar iddiaçıya və mübahisə premeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə tətbiq edilməməli, mərhumdan miras qalmış əmlakın qəbul edilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Məhkəmə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yusif Abbasovun iddia tələblərinin “Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli və Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələri ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Ələkbər Abbasovun vərəsəsi Cavabdeh2dır. O, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlakları Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan mənzildən və ban nömrəsi WDB2100651B277608 və buraxılış ili 2000 olan Mercedes Benz E320 minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir olmuşdur. MM-in: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi və Ağcabədi rayon notariat ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş Ələkbər Abbasovun vərəsələri tam şəkildə araşdırılmamış və iş üzrə əhəmiyyətli hallar nəzərə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ağcabədi regional Cavabdeh1ndə notariat ofisində və Ağcabədi rayon notariat ofisində xx.xx.2018-ci il tarixdə vəfat etmiş Ələkbər Abbasovun vərəsələri müəyyən edilərkən onun anası Cavabdeh2 nəzərə alınmış, lakin övladları notariat ofisinə dəvət edilməmiş, ümumiyyətlə mərhumun vərəsələri kimi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Ağcabədi regional Cavabdeh1ndə notariat ofisində və Ağcabədi rayon notariat ofisində adı çəkilən şəhadətnamələr tərtib edilərkən digər vərəsələr müəyyən edilmədiyindən həmin şəhadətnamələr etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi mübahisləndirilən hissədə əsaslıdır, Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli və Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələri etibarsız hesab edilməli və miras əmlakları üzərində vərəsələr iddiaçı X18 oğlu X21, X11 və Cavabdeh2 payları müəyyən edilməlidir. Belə ki, hazırda mərhumdan iki əmlak miras qalıb. Bunlar Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzil və “Mercedes Benz E320” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir. Məhkəmə ilk öncə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzil münasibətdə qeyd edir ki, həmin mənzil hazırda Cavabdeh2 mülkiyyətindədir. Məhkəmənin yuxarıda göstərilən qənaətinə əsasən Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edildiyindən, məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də Cavabdeh2 mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı aparılmış qeydiyyat, eləcə də, həmin qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, adıçəkilən mənzilə dair DƏDRX-də aparılmış qeydiyyatın və verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinin DƏDRX-in üzərinə qoyulması barədə qətnamədə əlavə qeyd nəzərdə tutulması üçün zərurət yoxdur. Çünki qeyd edilən hissədə qətnamənin icra olunması icra orqanın vəzifəsidir. Bu baxımdan qətnamənin icra edilməsi üçün icra orqanının üzərinə ayrıca vəzifə qoyulmasının əhəmiyyəti yoxdur. MM-in 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 vərəsələri olan X21, X11 və Cavabdeh2 hər biri miras əmlakı olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzildən bərabər hissədə, hər birinin 1/3 hissədə pay hüququ müəyyən edilməlidir. Digər miras əmlakı olan “Mercedes Benz E320” minik markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobil isə Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Cavabdeh2 adına qeydiyyata alındıqdan sonra sonuncu həmin avtomobili xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X15 10000 manata satmışdır. Hazırda iddiaçı əmlakın dəyərinin “X33” MMC-nin məlumatına əsasən 17500 manat olduğunu qeyd edərək, həm avtomobilin dəyərinin 1/2 hissəsinin, yəni 8750 manatın Cavabdeh2 alınaraq ona ödənilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs isə avomobilin satışından əldə edilən pul vəsaitinin 1/3 hissəsinin Cavabdeh2 alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “Mercedes Benz E320” minik markalı avtomobili X15 10000 manata satmışdır. Məhkəmə əmlak satılmasa tərəflərin əmlak üzərində 1/3 hissədə ola biləcək paylarını və əmlakın satış qiymətini nəzərə alaraq, hesab edir ki, mübahisələndirilən hissədə iddiaçının tələbi qismən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin tələbi isə tam hissədə təmin edilməklə Cavabdeh2 əmlakın satış dəyəri olan 10000 manatın 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 xeyrinə tutulmalıdır. MPM-in: 218.3-cü maddəsinə əsasən hakim iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddiaları tam təmin edilməli, İddiaçı xx.xx.2018ci il tarixdə ölən X8 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 xx.xx.2018-ci il tarixdə ölən X6ndan miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməli, Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilməli, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də Cavabdeh2 mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı aparılmış qeydiyyat, eləcə də, həmin qeydiyyat əsasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzildə X21 1/3, X11 1/3 və Cavabdeh2 1/3 hissədə miras payları müəyyən edilməli, **-BO-*** dövlət nömrə nişanlı, 2000-ci il buraxılışlı, “Mercedes Benz E320” minik markalı avtomobilin satışından əldə edilmiş 10000 manat məbləğində pulun 1/3 hissəsi, yəni 3333 manatı Cavabdeh2 alınaraq İddiaçı ödənilməli, **-BO-*** dövlət nömrə nişanlı, 2000-ci il buraxılışlı, “Mercedes Benz E320” minik markalı avtomobilin satışından əldə edilmiş 10000 manat məbləğində pulun 1/3 hissəsi, yəni 3333 manatı Cavabdeh2 alınaraq X19 ödənilməli, İddiaçı iddiası qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddiaları tam təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdə ölən X8 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 xx.xx.2018ci il tarixdə ölən X6ndan miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. Ağcabədi regional Cavabdeh1ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-101 nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və Ağcabədi rayon notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-126 nömrəsi ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilsin. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də Cavabdeh2 mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı aparılmış qeydiyyat, eləcə də, həmin qeydiyyat əsasında verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-cü məhəllə, ev 49, mənzil 71, giriş 1 ünvanında yerləşən mənzildə X21 1/3, X11 1/3 və Cavabdeh2 1/3 hissədə miras payları müəyyən edilsin. **-BO-*** dövlət nömrə nişanlı, 2000-ci il buraxılışlı, “Mercedes Benz E320” minik markalı avtomobilin satışından əldə edilmiş 10000 manat məbləğində pulun 1/3 hissəsi, yəni 3333 manatı Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. **-BO-*** dövlət nömrə nişanlı, 2000-ci il buraxılışlı, “Mercedes Benz E320” minik markalı avtomobilin satışından əldə edilmiş 10000 manat məbləğində pulun 1/3 hissəsi, yəni 3333 manatı Cavabdeh2 alınaraq X19 ödənilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. İddiaçı iddiası üzrə məhkəmə xərcləri özünə aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iddiaları üzrə məhkəmə xərcləri özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-47/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-47/2024
16.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver