Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-47/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qanunsuz tikilinin sökülməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Heydər Əliyev adına X7 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 15 metr aralı məsafədə kəmərə paralel 1-ci sırada Cavabdeh məxsus köhnədən olan həyətyanı yaşayış evinin köhnədən hasara alınmış həyətində təqribən 4 metr enində, 8 metr uzunluğunda və 3 metr hündürlüyündə dam örtüyü vurulmuş tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X6 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 2nında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 15 metr aralı məsafədə kəmərə paralel 1-ci sırada özünü tikinti sahibi kimi təqdim edən Cavabdeh məxsus köhnədən olan həyətyanı yaşayış evinin köhnədən hasara alınmış həyətində təqribən 4 metr enində, 8 metr uzunluğunda və 3 metr hündürlüyündə dam örtüyü vurulmuş tikinti aşkar edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı Heydər Əliyev adına X5 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. Arayışdan görünür ki, 1. inventar №-si 3000084, Dş-250 mm -2 ədəd, Dş-300 mm-1 ədəd, 1. inventar №-si 3001425, Dş-250 mm, 1. inventar №-si 3001253, Dş-400 və Dş-300 mm neft boru kəmərləri mm Heydər Əliyev adına X5 balansındadır.
8. 30 iyun 2023-cü il tarixli Aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 50 saylı postun ərazisində saat 19:30 radələrində Nizami rayonu, Mətləb Ağayev küçəsi 60 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin mühafizə zolağında kəmərdən təqribən 15 metr aralı məsafədə kəmərə paralel 1-ci sırada özünün bildirdiyinə görə Cavabdeh (050 410 03 13) oğluna məxsus köhnədən olan həyətyanı yaşayış evinin köhnədən hasara alınmış həyətində təqribən 4 metr enində 8 metr uzunluğunda və 3 metr hündürlüyündə dam örtüyü vurulmuş tikinti (besetka) tərəfindən aşkar edildi. Qeyd edir ki, sözügedən ünvanda aparılan tikinti işləri ilə bağlı bundan əvvəl də 2 dəfə müvafiq qaydada sənədləşdirmə aparılmışdı.
9. 25.09.2020-ci il tarixli arayışdan görünür ki, Heydər Əliyev adına X3 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-500 mm (dizel yanacağı) və Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin Etilen- Polietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm (quru qaz), Dş-250 mm (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır.
10. Cavabdeh ünvanlanan xəbərdarlıqdan görünür ki, ünvan 2nında aparılan tikinti Heydər Əliyev adına X6 məxsus istismarda olan neft məhsulları daşınan kəmərlərin mühafizə zonasına düşür.
11. 25.08.2023-cü il tarixli qəbzdən görünür ki, Heydər Əliyev adına X7 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir.
12. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2024-cü il tarixli, 10/6920 saylı rəyindən görünür ki, iş materiallarında olan aktda yazılanları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən Cavabdeh istifadəsində olan təqribən 4 metr enində, 8 metr uzunluğunda və 3 metr hündürlüyündə dam örtüyü vurulmuş tikili (besetka) NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin mühafizə zolağında kəmərdən təqribən 15 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin 4 metr enində, 8 metr uzunluğunda və 3 metr hündürlüyündə dam örtüyü vurulmuş tikilinin (besetka) Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən edildi ki, Nizami rayonu, Mətləb Ağayev küçəsi 60 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan kəmərlərin mühafizə zolağında kəmərdən təqribən 15 metr aralı məsafədə kəmərə paralel 1-ci sırada Cavabdeh məxsus köhnədən olan həyətyanı yaşayış evinin köhnədən hasara alınmış həyətində təqribən 4 metr enində 8 metr uzunluğunda və 3 metr hündürlüyündə dam örtüyü vurulmuş tikinti (besetka) tikintisi aparılır. Hazırda iddiaçı qeyd olunan tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsini və həmin tikilinin sökülməsini xahiş edir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
4-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 22-ci maddəsinin 2-ci bəndinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 468.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
17. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı Qərarının: 4.1-ci bəndinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır.
18. X2rşı işi üzrə qərarının 54-cü paraqrafında Avropa İnsan Hüquqları Məhkəməsi “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının:
2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı potensial riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir (Paul və Audrey Edwards, paraqraf 54, 2000-Vİİ).
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
20. Məhkəmə hesab edir ki, cavabdehin sahibliyində olan qanunsuz tikili dövlətin müstəsna mülkiyyətində olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X6 məxsus boru kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində və tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına inşa edildiyinə, neft boru kəmərlərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyinə, cavabdehin özünün, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığına görə özbaşına tikili hesab edilməli, cavabdeh həmin tikilidən çıxarılmalı və tikili cavabdehin hesabına sökülməlidir.
Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
22. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
23. Cavabdeh məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.
Nəticə:
24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 15 metr aralı məsafədə kəmərə paralel 1-ci sırada Cavabdeh məxsus köhnədən olan həyətyanı yaşayış evinin köhnədən hasara alınmış həyətində təqribən 4 metr enində, 8 metr uzunluğunda və 3 metr hündürlüyündə dam örtüyü vurulmuş tikili özbaşına (qanunsuz) tikili hesab edilməli və Cavabdeh vəsaiti hesabına sökülməlidir.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. ünvan 1 ünvanında NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərinin mühafizə zonasında, kəmərdən təqribən 15 metr aralı məsafədə kəmərə paralel 1-ci sırada Cavabdeh məxsus köhnədən olan həyətyanı yaşayış evinin köhnədən hasara alınmış həyətində təqribən 4 metr enində, 8 metr uzunluğunda və 3 metr hündürlüyündə dam örtüyü vurulmuş tikili özbaşına (qanunsuz) tikili hesab edilsin və Cavabdeh vəsaiti hesabına sökülsün. Cavabdeh məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova