Məhkəmə qərarları › İş №e-2(007)-482/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-482/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-482/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İmei kod **********02472 XİAOMİ POCO X4 markalı telefon, Paltaryuyan Electrolux, Saxlamaqabı, 6 ədəd Porselen - BH – Boşqab, 6 ədəd Porselen - BH - Masqura, 6 ədəd Porselen - BH – Kasa alıb və nəticədə 2953 manat borc yaranıb. Cavabdeh müqavilənin şərtlərini pozub və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3108,06 manat (18 ay x 172,67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********02472 Xıaomı Poco X4 markalı telefon, Paltaryuyan Electrolux, Saxlamaqabı üçün ümumilikdə 2850 manat olmaqla, ondan 2590,05 manat ödənilməmiş hissə, güzəşt olunaraq 259,95 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 185,76 manat (12 ay x 15,48 manat + 0 manat ilkin ödəniş) olan 6 ədəd Porselen - BH - Bosqab, 6 Ədəd Porselen - BH - Masqura, 6 Ədəd Porselen - BH – Kasa üçün ümumilikdə 103 manat olmaqla ondan, 93,8 manat ödənilməmiş hissə, güzəşt olunaraq 9,2 manat cərimə miqdarında borc yaranıb. Cavabdehin cəmi ödədiyi məbləğ 609,97 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil alıb. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməyib. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilələr, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Qeyd edilənlərə əsasən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********02472 Xiaomı Poco X4 markalı telefon, Paltaryuyan Electrolux, Saxlamaqabı üçün 2590,05 manat ödənilməmiş hissə, 259,95 manat cərimə, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, 6 ədəd Porselen - BH - Bosqab, 6 Ədəd Porselen - BH - Masqura, 6 Ədəd Porselen - BH - Kasa üçün 93,8 manat ödənilməmiş hissə, 9,2 manat cərimə, ümumilikdə 2953 manat borc, 49,53 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, yaranmış borc öhdəliyinin mövcud qaydalara və təsdiq olunmuş cədvələ əsasən gecikdirilməsinə dair İddiaçı MMC tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Xəbərdarlıq” məktubu öncədən ona, həmçinin ailə üzvlərinə təqdim edilməyib və bu barədə heç bir şifahi və yazılı məlumat verilməyib. Tərəfin iddia etdiyi pul məbləğinin vaxtında ödənilməməsinin səbəbi kimi onun əsassız olaraq borc öhdəliklərimin yerinə yetirilməməsi qeyd olunsa da, bununla razı deyil. İddiaçının iddia etdiyi məbləğdə vəsaitin tam şəkildə ödənilməməsinə səbəb, təhvil-təslim aktı ilə verilmiş texniki avadanlıqda təhvil zamanı mövcud qüsurlar barədə dəfələrlə müraciətlər etməyinə baxmayaraq, nəticəsiz qalması səbəbindən ödənişin müvəqqəti dayandırılması olub. Qeyd olunmuş məsələ ilə bağlı İddiaçı MMC-nin səlahiyyətli şəxsləri ilə görüşlərini təsdiq edən, həmçinin mövcud texniki problemlə bağlı foto-video çəkilişlərini məhkəməyə təqdim edə bilər. Əlavə olaraq bildirir ki, Nizami Rayon Məhkəməsinin e-2(007)- 3474/2023 saylı 17 noyabr 2023-cü il tarixli məhkəmə bildirişi ona 28 noyabr 2023-cü il tarixdə təhvil verilib. Hesab edir ki, iş üzrə hazırki vəziyyətdə əlavə araşdırmanın aparılması və mübahisənin aydınlaşdırılması zərurəti ilə əlaqədar işə onun iştirakı ilə iddia icraatı qaydasında baxılmalı və ədalətli qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən işin iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3474/2024 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, o, iddia tələbini qəbul edir. İddiaçı tərəfindən tələb olunan borcu ödəməyə razıdır. Borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 93,8 manat əsas borc, 9,2 manat cərimə borcu olmaqla, ümumilikdə 103 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2590,05 manat əsas borc, 259,95 manat cərimə borcu olmaqla, ümumilikdə 2850 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 2953 manat borcu vardır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03243679 saylı müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 185,76 manat məbləğində 6 ədəd Porselen - BH - Bosqab, 6 Ədəd Porselen - BH - Masqura, 6 Ədəd Porselen - BH - Kasa əldə etmiş və həmin məbləği aylıq 15,48 manat olmaqla 12 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03243952 saylı müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 3108,06 manat məbləğində İmei kod **********02472 Xıaomı Poco X4 markalı telefon, Paltaryuyan Electrolux, Saxlamaqabı əldə etmiş və həmin məbləği aylıq 172,67 manat olmaqla 18 ay ərzində "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 03243679, 03243679 və 03243952 saylı müqavilələrə əsasən əşyaları müqavilələrin bağlandığı tarixlərdə, tam qüsursuz halda təhvil almışdır. - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlər qısa müddətdə borclarını ödəməkləri təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 49,53 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən Cavabdeh iddiaçıdan cəmi 3293,82 manat məbləğində əşyalar almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixlərdə də müqavilələrin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin Cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçıya borcu yaranmışdır. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-Cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-Cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 6 ədəd Porselen - BH - Bosqab, 6 Ədəd Porselen - BH - Masqura, 6 Ədəd Porselen - BH – Kasa üçün 93,8 manat ödənilməmiş hissə, 9,2 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kod **********02472 Xiaomı Poco X4 markalı telefon, Paltaryuyan Electrolux, Saxlamaqabı üçün 2590,05 manat ödənilməmiş hissə, 259,95 manat cərimə, ümumilikdə 2953 manat borc və ödənilmiş 49,53 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 6 ədəd Porselen - BH - Bosqab, 6 Ədəd Porselen - BH - Masqura, 6 Ədəd Porselen - BH – Kasa üçün 93,8 manat ödənilməmiş hissə, 9,2 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kod **********02472 Xiaomı Poco X4 markalı telefon, Paltaryuyan Electrolux, Saxlamaqabı üçün 2590,05 manat ödənilməmiş hissə, 259,95 manat cərimə, ümumilikdə 2953 manat borc və ödənilmiş 49,53 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar