Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-516/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı “İcbari Sığortalar Bürosu” X8 Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X13 Cavabdeh qarşı "vurulmuş ziyanın əvəzinin ödənilməsi" tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 247,50 manat vurulmuş ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 277,50 manat pulun “İcbari Sığortalar Bürosu” X8 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-516/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçı “İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı "vurulmuş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair e-2(007)-516/2024 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda iflas prosedura çərçivəsində ləğvetmə prosesində olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti ilə X11 arasında bağlanmış nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığorta haqqında PST********** nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə İ.G.Məmmədova məxsus “MİTSUBİSHİ PAJERO” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı, 2000-ci il buraxılışlı, H77W0204774 ban nömrəli minik avtomobilinin sahibinin mülki məsuliyyəti 75 manat sığorta haqqı ödənilməklə xx.xx.2020-ci il saat 17:18-dən xx.xx.2021-ci il saat 17:18-dək olmaqla 1 (bir) il müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə isə 50000 manat məbləğində icbari sığorta olunmuşdur. 05 iyun 2020-ci il tarixdə saat 18:20 radələrində Cavabdeh yuxarıda sözügedən (İ.G.Məmmədova məxsus) avtomobili idarəetmə hüququ olmadan idarə edərkən dayanmış vəziyyətdə olan, X3 məxsus, hadisə zamanı sürücü X15 tərəfindən idarə olunan “KİA Cerato” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 250 manat məbləğində maddi zərər dəymişdir. Sürücü Cavabdeh hadisə yerindən yayınmışdır. Cavabdeh tərəfindən yuxarıda sözügedən yol-nəqliyyat hadisəsinin törədildiyi müəyyən olunduğundan o, Bakı Şəhəri Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin polis mayoru X5 qəbul etdiyi xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarla Azərbaycan Respublikasının İXM-nin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. xx.xx.2020-ci il tarixli, 1785 nömrəli ödəniş tapşırığı əsasında “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən X2 hesabına 247,50 manat məbləğində kompensasiya ödənişi köçürülmüşdür. Beləliklə, LPO ASC "xxxx" SŞnin Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə müflis elan olunmasına görə ödəmə qabiliyyəti olmadığından “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1.-ci maddəsinin tələbinə əsasən, X3 dəymiş zərər “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən ödənilmişdir. Ona görə də ödənilmiş sığorta ödənişi məbləğində sığortaçının ziyan vuran şəxsə qarşı subroqasiya hüququ “İcbari Sığorta Bürosu” HŞİ-a keçmişdir. Bu əsasla hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunur. Nəzərə çatdırır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Hazırki vaxtadək iflas proseduru çərçivəsində ləğvetmə tədbirləri davam etdirilir. Yuxarıda göstərilən işin hallarından göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüş Cavabdeh hadisə yerindən yayındığına görə, onun təqsiri üzündən zərərçəkmiş G.B.İbrahimovaya sığorta ödənişinin verilməsindən sonra sığortaçının, (bu halda LPO ASC "xxxx" SŞ) ona qarşı ödənilmiş sığorta ödənişi həcmində subroqasiya hüququ yaranmış, “İcbari sığortalar haqqında” Qanunun istinad olunan 25.2, 25.4, 27, 32.1.1-ci maddələrinə əsasən, ödəmə qabiliyyətinin olmamasına görə öhdəliyini (sığorta ödənişini vermək) yerinə yetirə bilməyən sığortaçının (LPO ASC "xxxx" SŞ) əvəzindən kompensasiya ödəmiş “İcbari Sığorta Bürosu” HŞİ-nın subroqasiya hüququ yaranmışdır. Ona görə də “İcbari Sığorta Bürosu” HŞİ hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa haqlıdır. İddiaçı “İcbari Sığortalar Bürosu” X8 nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli e-2-2(113)-1575/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti müflis elan olunmuşdur. - İC AA 4893/20 saylı işə dair sığorta aktının surətindən görünür ki, “KİA Cerato” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində zərər dəymişdir. - xx.xx.2020-ci il tarixli, PST********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “MİTSUBİSHİ PAJERO” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il saat 17:18-dən xx.xx.2021-ci il saat 17:18-dək olmaqla 1 (bir) il müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün sağlamlığa vurulan zərərə görə 5.000 manat, bir hadisə üzrə isə 50.000 manat məbləğində icbari sığorta olunmuşdur. - 23 noyabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “İcbari Sığortalar Bürosu” Hüquqi Şəxslərin X1 247.50 manat ödəniş etmişdir. - AYP seriyalı 040366 nömrəli arayışdan görünür ki, “KİA Cerato” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. - ƏN-V seriyalı 012917 nömrəli etibarnamədən görünür ki, X6 “KİA Cerato” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair X12 etibarnamə vermişdir. - Bakı Şəhər DYPİ-nin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:20-də Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. X7 mülkiyyətində olan “MİTSUBİSHİ PAJERO” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. Hadisə baş verən anda sürücü ayıq olmuşdur. - AD 182844 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh sürücülük hüququ olmuşdur. - AD seriyalı 566973 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MİTSUBİSHİ PAJERO” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r. - AD seriyalı 271079 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA Cerato” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. - 3748 nömrəli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:36-da “MİTSUBİSHİ PAJERO” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil “KİA Cerato” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və hadisə yerindən yayınmışdır. - Əmlaka dair qiymətləndirmə aktından görünür ki, “KİA Cerato” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində zərər dəymişdir. - 17.11.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün “İcbari Sığortalar Bürosu” X13 tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə hərəkət edərkən “MİTSUBİSHİ PAJERO” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “KİA Cerato” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək “KİA Cerato” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. 23 noyabr 2020-ci il tarixli ödəniş tapşırığına əsasən “İcbari Sığortalar Bürosu” Hüquqi Şəxslərin X1 247,50 manat sığorta ödənişini həyata keçirmişdir. Hazırda iddiaçı 247,50 manat məbləğində sığorta ödənişini və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “KİA Cerato” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobil və “MİTSUBİSHİ PAJERO” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman X3 məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər vurulması, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, yol nəqliyyat hadisəsi nəticəsində “İcbari Sığortalar Bürosu” X10 dəymiş 247,50 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.4-cü maddəsinə əsasən bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. 27.1-ci maddəsinə əsasən icbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X13 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. 32.4-cü maddəsinə əsasən büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Hazırki işdə Cavabdeh iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh “MİTSUBİSHİ PAJERO” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq “KİA Cerato” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması və iddiaçının X3 247,50 manat məbləğində ödəniş etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi əsaslıdır və subroqasiya tələbi ona qarşı yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 247.50 manat məbləğində maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “İcbari Sığortalar Bürosu” X8 xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 247.50 manat məbləğində maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “İcbari Sığortalar Bürosu” X8 xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-516/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-516/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver