Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-561/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlk iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil, Qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İlk iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və cərimənin ödənilməsi” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə ödənişin qəbul edilməsi və borcun olmamasına dair maliyyə arayışının verilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi, 20 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh 88282 manat məbləğində cərimənin və 355 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMCn ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil vermişdir. Müqaviləyə 1 №-li əlavəyə əsasən sözügedən mənzilin dəyəri 174104 manat müəyyən edilmiş və alıcı ilkin olaraq 20000 manat ödəniş etmiş, 154104 manat borcu qalmışdır. Müqaviləyə 1 №-li əlavəyə əsasən alıcı hər ay 8562 manat, sonuncu ay isə 8560 manat olmaqla 154104 manat məbləği 20 oktyabr 2022-ci il tarixədək Cəmiyyətə ödəməli idi. Alıcı 1 №-li əlavəyə əsasən 4 ay vaxtında ödənişləri etmiş, sonra isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək ödənişləri aparmamışdır. 2022-ci ildə yalnız 1 dəfə 13700 manat olmaqla ilkin ödənişlə birlikdə cəmi 68200 manat məbləğində ödəniş etmiş, 105904 manat məbləğində ödənişi isə etməmişdir. Müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirmədiyindən 20 oktyabr 2022-ci il tarixədək 54890 manat məbləğində cərimə borcu yaranmışdır. Bununla bağlı 15 sentyabr 2023-cü il tarixdə cavabdehə bildiriş göndərilərək müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirməsi tələb olunmuş, əks halda müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bildirişi aldıqdan sonra cavabdehin həyat yoldaşı Cəmiyyətə müraciət edərək 2023-cü ilin sonunadək vaxt verilməsini xahiş etmiş və yaranmış borcu həmin vaxtadək tam ödəyəcəyini qeyd etmişdir. Lakin vaxt verilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək heç bir ödəniş etməmişdir. Hazırda cavabdehin 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən 154104 manat əsas borcu, 20 oktyabr 2022-ci il tarixə 54890 manat cərimə borcu, 20 oktyabr 2023-cü il tarixə 33392 manat cərimə borcu, ümumilikdə 88282 manat məbləğində cərimə borcu vardır. 20 aprel 2021-ci il tarixli müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, hər hansı bir tərəfin üzürsüz səbəblərə görə öz öhdəliklərini sistematik olaraq vaxtında, tam və lazımınca icra etməməsi və yaxud müqavilə şərtlərinin əhəmiyyətli pozulması ilə əlaqədar qarşı tərəfin rəsmi məlumatına əsasən müqavilə dərhal və ya Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən digər hallarda ləğv oluna bilər. Müqavilə bağlanan zaman mənzilin 1 m2 dəyəri 1400 manat olmaqla 124,36 m2 üçün 174104 manat hesablanmışdır. Lakin hazırda sözügedən mənzilin bazar dəyəri təmirsiz vəziyyətdə 2000 manat təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəlikləri 2 ildən artıq yerinə yetirməməsi müqaviləni əhəmiyyətli pozuntu sayılır və cavabdeh mənzili müqavilə üzrə öhdəlikləri pozmağa başladığı 2021-ci ilin sentyabr ayından təhvil versəydi iddiaçı hazırda həmin mənzili hər 1 m2 üçün 600 manat artıq olmaqla sataraq 124,36 m2 üçün 74616 manat gəlir əldə edə bilərdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə ödənişin qəbul edilməsi və borcun olmamasına dair maliyyə arayışının verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmamasına dair maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, iddiaçı "xxxx" MMC-nin müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və cərimənin ödənilməsi tələbinə dair ilk iddiasının rədd edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilin boşaldılaraq "xxxx" MMC-nə təhvil verilməsi, 20 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh 88282 manat məbləğində cərimənin və 355 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, ilk iddia tələbi aşağıdakılara əsasən qanunsuz və əsassız olduğundan rədd edilməlidir, qarşılıqlı iddia isə təmin edilməlidir. Bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: "xxxx" MMC ilə aralarında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki 124,36 m2 olan 56 nömrəli mənzili ona təhvil verməyi, o, isə həmin mənzili qəbul etməyi və mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 174104 manat müəyyən edilmiş, o, ilkin olaraq 20000 manat ödəniş etmiş və 154104 manat borcu qalmışdır. Müqaviləyə 1 №-li əlavəyə əsasən hər ay 8562 manat, sonuncu ay isə 8560 manat olmaqla 154104 manat məbləği 20 oktyabr 2022-ci il tarixədək Cəmiyyətə ödəməli idi. 1 №-li əlavəyə əsasən 4 ay vaxtında ödənişləri etmiş, sonra isə Cəmiyyət ödənişləri heç bir səbəb göstərmədən qəbul etməkdən imtina etmişdir. Bununla bağlı Cəmiyyətə müraciət etdikdə Cəmiyyət 2021-ci ilin sentyabr ayında yeni 1 №-li əlavə tərtib etmiş və müqavilədə nəzərdə tutulmadığı halda 1 №-li əlavədə hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməli olduğu barədə qeyd əlavə etmişlər. Məcbur olub imza etmişdir. Çünki ödəmələrdə heç vaxt gecikməsi olmamışdır. 1 №-li əlavənin tarixi olmadığı halda 5-ci ayın ödənişini qrafik üzrə ödəmək istəyərkən Cəmiyyət ondan 1 №-li əlavəyə əsasən artıq 5 ay gecikməsi ilə bağlı cərimə istəmişdir. Gecikmə olmadığını və cərimə ödəməyəcəyini bildirdikdən sonra isə Cəmiyyət 1 №-li əlavəyə əsasən olan ödənişləri də qəbul etməkdən imtina etmişdir. 2021-ci ilin sonlarında Cəmiyyət su, elektrik enerjisi və təbii qaz verilişini dayandırmış, liftdən və qarajdan istifadə etməyinə maneçilik yaradaraq 1 №-li əlavədə müəyyən olunmuş bütün ödənişləri və həmin müddət üçün cərimələri ödəməyi tələb etmişdir. Əsas ödənişlərin müddətinin başa çatmasına 1 ildən artıq müddət olduğunu bildirsə də ödənişləri tələb etmişlər. Sonradan 1 №-li əlavəyə əsasən ödənişləri davam etməyə razılıq əldə etmiş və o, əvvəlki aylar üçün də, Cəmiyyətin qəbul etmədiyi ödənişləri hər ay müəyyən edilmiş ödənişlərə əlavə kimi artıq ödəyəcəyini bildirmişdir. Cəmiyyət isə cərimələri hesablamayacağını bildirmişdir. Buna görə də 13700 manat ödəniş etmişdir. Növbəti ay ödəniş etmək istəyərkən Cəmiyyət ondan 1 №-li əlavəyə əsasən əvvəlki aylarla bağlı cərimə istəmişdir. Cərimənin ödənilməməsi ilə bağlı razılaşdıqlarını bildirdikdə isə Cəmiyyət 1 №-li əlavəyə əsasən olan ödənişləri qəbul etməkdən imtina etmişdir. Ümumilikdə Cəmiyyətə 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki 56 nömrəli mənzilə dair 68200 manat ödəniş etmiş və 105904 manat məbləğində borcu qalmışdır. Cəmiyyət tərəfindən 1 №-li əlavəyə əsasən 4 ay vaxtında ödənişləri etdiyini, sonra isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək ödənişləri aparmadığını və müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirməyinin tələb olunduğunu qeyd etsə də bu barədə heç bir sübut təqdim etməmişdir. Bu isə onu göstərir ki, Cəmiyyət həqiqətən ödənişləri qəbul etməməklə ona yüksək və qanunsuz cərimə hesablamışdır. Cəmiyyət bununla bağlı 15 sentyabr 2023-cü il tarixdə ona bildiriş göndərərək müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirməyini tələb etdiyini, əks halda müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağını bildirsə də sözügedən bildiriş ona rəsmi qaydada təqdim olunmamışdır və bu barədə iş materiallarında heç bir sübut yoxdur. Buna baxmayaraq "xxxx" MMC ona qarşı müqavilənin ləğv edilməsi tələbi ilə müraciət etmişdir. "xxxx" MMC 105904 manat məbləğində ödənişi qəbul edərək borcun olmamasına dair maliyyə arayışını verməkdən imtina etdiyi üçün mənzil üzərində mülkiyyət hüququnu əldə edə bilmir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil ilk iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini, ilk iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd olunan mənzili 20000 manatdan çox xərc çəkib təmir ediblər və ailəsi ilə orada yaşayır. Uşağı “X1” Klinikasında ağır xəstəliklərlə anadan olmuşdur. Daha sonra uşaq “Mərkəzi Kinikaya” yerləşdirilmişdir və onun müalicəsinə təxmini 72600 manat xərcləyib. “X1” Klinikada isə təxmini 17300 manat pul verib. Bu səbəbdən rəhbərlik yəni Akif müəllim qarşılıqlı hörmət əsasında və binanın sakini kimi uşağın vəziyyətini başa düşüb şifahi razılığa gəlmişdilər ki, 1 il ödəmə etməyəcək uşağın müalicəsinə verəcək pulu daha sonra borcu tam bağlayacaq. Aralarındakı razılaşmaya uyğun da etmişlər. Lakin MMC-də daxili dəyişikliklər olandan sonra Akif müəllimin oğlu borcu ödəmədiyi üçün edəcəyi ödənişi cəriməyə tutacağını əsas borcun isə qalacağını bildirmişdi. O, tam borcu bir dəfəyə bağlamaq istəmişdi razılaşmaya əsasən lakin MMC-nin rəhbərliyi qəbul etmirdi. Daha sonra onu məhkəməyə verdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə təmin edilməlidir. İş materiallarında olan və məhkmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - 20 aprel 2021-ci il tarixli müqaviləyə 1 nömrəli əlavə olan ödəniş tapşırığından görünür ki, mənzilin dəyəri 174104 manat, ilkin ödəniş 20000 manat, qalıq borc 154104 manatdır. Alıcı 18 ay müddətində hər ayın 20-dən gec olmayaraq 8562 manat, sonuncu ay 8550 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Alıcı hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməlidir. - 21 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən 154104 manat əsas borcu, 20 oktyabr 2022-ci il tarixə 54890 manat cərimə borcu, 20 oktyabr 2023-cü il tarixə 33392 manat cərimə borcu, ümumilikdə 88282 manat məbləğində cərimə borcu vardır. - "xxxx" MMC-nin Cavabdeh ünvanlandığı bildirişdən görünür ki, ilkin olaraq 20000 manat olmaqla ümumilikdə 68200 manat ödəniş etmiş, 105904 manat borcu qalmışdır. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən gecikdirilmiş hər gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə hasblanmaqla 54890 manat məbləğində cərimə, kommunal xidmətlər üzrə 49.80 manat, birdəfəlik yükdaşıma xidməti üçün 800 manat, sayğacların dəyərinə görə 1500 manat, balkon təmiri üzrə 268 manat borcu barədə xəbərdar edilmişdir. - Epikriz, xəstəxana müayinələrindən və analiz vərəqələrindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü övladına “erkən neonatal sepsis, covid ana uşağı, MİS-N, 1-2ci dərəcə Trikuspit çatışmazlıq, qaraciyər çatışmazlığı, miokardit, mekanial ileus, pnevmoniya” diaqnozları qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 174104 manatdır. Cavabdeh Cəmiyyətə 68200 manat ödəniş etmiş və 105904 manat borcu qalmışdır. Hazırda ilk iddia üzrə iddiaçı "xxxx" MMC onunla Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi, 20 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh 88282 manat məbləğində cərimənin və 355 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMC-nə ödənilməsini, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh isə 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmamasına dair maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, iddiaçı "xxxx" MMC-nin müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və cərimənin ödənilməsi tələbinə dair ilk iddiasının rədd edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə ilk iddia tələbinin "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı deyil. Belə ki, tərərflər arasında 20 aprel 2021-ci il tarixdə bağlanmış müqavilə qanunvericiliyin tələbinə riayət olunmaqla bağlanmışdır. İlk iddia üzrə iddiaçı qeyd olunan müqavilənin ləğv edilməsini xahiş edir. Müqavilənin ləğvi Mülki Məcəllənin 422-ci maddəsində qeyd olunmuş hallarda mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 20 aprel 2021-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən hər hansı bir tərəfin üzürsüz səbəblərə görə öz öhdəliklərini sistematik olaraq vaxtında, tam və lazımınca icra etməməsi və yaxud müqavilə şərtlərinin əhəmiyyətli pozulması ilə əlaqədar qarşı tərəfin rəsmi məlumatına əsasən müqavilə dərhal və ya Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən digər hallarda ləğv oluna bilər. "xxxx" MMC Cavabdeh müqavilə şərtlərini üzürsüz səbəblərdən pozmasına dair sübut təqdim etmədiyindən və müqavilənin ləğvi üçün qanunvericilikdə qeyd olunan hallar olmadığından müqavilə ləğv olunmamalıdır. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında uşağının ağır xəstə olması səbəbindən MMC ilə şifahi razılaşdıqlarını və borcu ödəmək üçün ona möhlət verildiyini daha sonra borcu bir dəfəyə tam şəkildə ödəməli olduğunu bildirdi. Lakin borcu tam ödəmək istəyəndə MMC qəbul etməmişdir və cərimədən silinəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xəstəlik sənədlərindən də görünür ki, həqiqətən də Cavabdeh uşağı doğuş zamanı “erkən neonatal sepsis, covid ana uşağı, MİS-N, 1-2-ci dərəcə Trikuspit çatışmazlıq, qaraciyər çatışmazlığı, miokardit, mekanial ileus, pnevmoniya” xəstəliklərindən əziyyət çəkib və “Mərkəzi Klinika”ya yerləşdirilərək müalicə olunub. Məhkəmə Cavabdeh nümayəndəsi X2 izahatının həqiqətə uyğun olmasını təqdim olunmuş xəstəlik barədə sənədlərdə öz əksini tapdığından üzürlü səbəb kimi qəbul edir və müqavilənin 2.2-ci bəndinin üzürsüz səbəblərə görə öz öhdəliklərini sistematik olaraq vaxtında, tam və lazımınca icra etməməsi kimi qiymətləndirmir. İş materiallarına əlavə olunmuş 20 aprel 2021-ci tarixdə bağlanmış müqaviləyə eyni tarixli 1 nömrəli əlavə bağlandığı müəyyən olunur. Qanunvericiliyin tələbinə əsasən müqavilənin bağlanması prosesində, həmçinin imzalanmış müqavilənin qüvvədə olduğu müddətdə müqaviləyə əlavə edilə bilər. Müqaviləyə əlavə müqavilənin şərtlərinin dəqiqləşdirilməsini və ya dəyişdirilməsini ehtiva edir. Əlavə, müqavilənin özü ilə eyni qaydada tərəflərin razılığına və imzalanmasına tabedir. Eyni zamanda əlavə müqavilə əsas müqavilənin ayrılmaz hissəsi və ya ona əlavə ola bilər. Tərəflər arasında 20 aprel 2021-ci tarixdə bağlanmış müqaviləyə onun ayrılmaz hissəsi olan 1 nömrəli əlavə olan ödəniş tapşırığı bağlanmışdır. 1 nömrəli əlavəyə əsasən “Alıcı” hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməlidir qeyd olunub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. İddia tələbinin “20 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh 88282 manat məbləğində cərimənin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 20 aprel 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 88282 manat cərimə borcu çox yüksəkdir və demək olar ki, əsas borca yaxın məbləğ təşkil edir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh mənzilə olan borcu tam şəkildə Cəmiyyətə ödəmək istəsə də MMC-nin rəhbərliyi ödənişi qəbul etməmişdir. Demək ki, Cavabdeh ödənişi gecikdirməsinə səbəb müəyyən zaman MMC tərəfindən ödənişin qəbul edilməməsi də olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, 1 nömrəli əlavə olan ödəniş tapşırığına əsasən qrafik üzrə müəyyən müddət gecikmələr etdiyinə görə Cavabdeh cəriməni ödəməlidir. Lakin ilk iddia tələbində qeyd olunan 88282 manat məbləğ tənasübsüz yüksəkdir. Vicdanlılıq prinsipi və gecikmənin üzürsüz səbəbdən olmaması baxımından cərimə azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Mülki hüquq nəzəriyyəsində mülki qanunvericiliyin əsas (təməl) prinsiplərindən biri də “mülki hüquq subyektlərinin vicdanlılığı” adlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsində bu prinsip birbaşa olaraq qeyd edilməsə də, nəzəri nöqteyi-cəhətdən, o cümlədən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsasən təsdiq edilir ki, “mülki hüquq subyektlərinin vicdanlılığı” mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarında Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır qeyd olunmuşdur. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh qeyd olunan mənzili təmir etdirmiş və ailəsi ilə faktiki olaraq həmin mənzildə yaşayır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Cavabdeh bildirmişdir ki, Cəmiyyətə olan 105904 manat məbləğində borcunu tam ödəmək istəsə də MMC qəbul etməmiş və ona maliyyə arayışı verməkdən imtina etmişdir. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsini və həmin mənzilə borcun olmamasına dair maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, 105904 manat məbləğində ödəniş "xxxx" MMC tərəfindən qəbul edilməli və borcun olmamasına dair arayış Cavabdeh verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində cərimə alınaraq "xxxx" MMC-yə ödənilməli, məhkəmə xərclərinə aid olan 355 manat dövlət rüsumunun 4 manatı Cavabdeh, 351 manatı "xxxx" MMC-yə aid edilməli, ilk iddia qalan hissədə təmin edilməməlidir, qarşılıqlı iddia təmin edilməli, 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində cərimə alınaraq "xxxx" MMC-yə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan 355 manat dövlət rüsumunun 4 manatı Cavabdeh, 351 manatı "xxxx" MMC-yə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2, satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulsun. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-561/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-561/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver