Məhkəmə qərarları › İş №e-2(007)-578/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-578/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-578/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “DAEWOO GENTRA” markalı, 99–AX– 580 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il mayın 07-də saat 02:30-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “DAEWOO GENTRA” markalı, 99– AX–580 dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Fatmayı kəndində hərəkətdə olduğu vaxt döngəli yolda idarəetməni itirmiş və X3 məxsus fərdi yaşayış evinin hasarına və dəmir darvazasına çırpılmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə sərnişin qismində əyləşmiş X6 yüngül dərəcədə xəsarət almışdır. Abşeron rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən 06 iyun 2020-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir hörülməsi üçün qərarın surəti Abşeron RPİ-nin DYPŞ-yə göndərilmişdir. Abşeron DYPŞ-i tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Abşeron DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 0818-03/20 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində X3 məxsus fərdi yaşayış evinə 350 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 944 nömrəli ekspert rəyinə əsasən X1 aldığı xəsarətlərin dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun14.2.5-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs yüngül xəsarət aldıqda sığorta məbləğinin 15 faizi nisbətlətində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 15% = 750 manat). İddiaçı xx.xx.2020-ci il tarixində 3356 nömrəli ödəniş tapşırığı ilə 350 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 750 manat məbləği zərərçəkmiş şəxs X4 ödəmişdir. Qeyd edilənlərə əsasən, cavabdеh Cavabdeh 1100 manat məbləğində vurulmuş zərər və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 1131 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron rayon polis idarəsinin tətqiqat şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində YHN-i olması barədə DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında toplammış material üzrə cinayət iinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddəsi ulə inzibati qaydada tədbirlər görülməsi üçün qərarın surətinin aidiyyəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Cavabdehnın Abşeron rayon polis idarəsində verdiyi izahatında inzibati xəta hadisəsinin baş verməsini etiraf etmişdir; - İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, **-AX-*** dövlət qeydiyyat nişanlı “DAEWOO GENTRA minik” markalı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il saat 11:58:12-dən xx.xx.2021-ci il saat 12:08:39-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; - “Best Service”in xx.xx.2020-ci il tarixli Qüsur aktından görünür ki, Abşeon rayonu, Fatmayı kəndu, Q.Qarayev küçəsi, ev 68 ünvanında X5 məxsus fərdi yaşayış evinə dəymiş zərərin aradan qaldırılması üçün ümumilikdə 350 manat tələb olunur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin 944 saylı rəyinin surətindən görünür ki, 1991-ci il təvəllüdlü vətəndaş X1 məhkəmə-tibbi ekspertizasına, onun adına təqdim olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlir: E.F.İbrahimovun almış olduğu xəsarətlər - baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alının və sol üst göz qapağının əzilmiş-cırılmış yaraları bərk-küt əşya (əşyalar) tərəfindən törənmişlər; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci ıl tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. - "xxxx" ASC-nin PXA66975 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığortalanmış, **-AX-*** dövlət qeydiyyat nişanlı “DAEWOO GENTRA minik” markalı avtomobil törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X6 yüngül dərəcəli xəsarət almışdır, dəymiş zərər 750 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 750 manat sığorta ödənişi X1 hesabına köçürülməlidir; - "xxxx" ASC-nin PXA65668 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək sığortalanmış, **-AX-*** dövlət qeydiyyat nişanlı “DAEWOO GENTRA minik” markalı avtomobil X5 məxsus evin hasarına çırpılmışdır, dəymiş zərər 350 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 350 manat sığorta ödənişi X2 hesabına köçürülməlidir; - xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixində saat 02:30-da **-AX-*** dövlət qeydiyyat nişanlı “DAEWOO GENTRA minik” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; - TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixində saat 02:30-da **-AX-*** dövlət qeydiyyat nişanlı “DAEWOO GENTRA minik” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 200 manat məbləğində cərimə olunmuşdur; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 02:30-da Fatmayı kəndində yol-nəqliyyat hadisəsi baş vermişdir. - xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 350 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən X5 məxsus AZ98HAJCFCRAZN**********8001 nömrəli hesaba xx.xx.2020-ci il tarixdə köçürülmüşdür; - xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 750 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən X4 məxsus AZ80HAJC******************** nömrəli hesaba xx.xx.2020-ci il tarixdə köçürülmüşdür; - "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xx/xx-1100 saylı məktubundan görünür ki, həyata keçirilmiş sığorta ödənişi ondan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “DAEWOO GENTRA” markalı, 99–AX–580 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il mayın 07-də saat 02:30-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “DAEWOO GENTRA” markalı, 99– AX–580 dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Fatmayı kəndində hərəkətdə olduğu vaxt döngəli yolda idarəetməni itirmiş və X3 məxsus fərdi yaşayış evinin hasarına və dəmir darvazasına çırpılmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə sərnişin qismində əyləşmiş X6 yüngül dərəcədə xəsarət almışdır. Abşeron rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən 06 iyun 2020-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir hörülməsi üçün qərarın surəti Abşeron RPİ-nin DYPŞ-yə göndərilmişdir. Abşeron DYPŞ-i tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Abşeron DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 0818-03/20 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində X3 məxsus fərdi yaşayış evinə 350 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 944 nömrəli ekspert rəyinə əsasən X1 aldığı xəsarətlərin dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İddiaçı xx.xx.2020-ci il tarixində 3356 nömrəli ödəniş tapşırığı ilə 350 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 750 manat məbləği zərərçəkmiş şəxs X4 ödəmişdir. "xxxx" ASC xx.xx.2020-ci il tarixdə məktubu ilə Cavabdeh müraciət edərək həyata keçirdiyi sığorta ödənişini ondan tələb etmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Nəzərə alınmalıdır ki, cavabdeh hadisə törədərək avtomobili etibarnamə olmadan idarə etmişdir. Hadisə ilə bağlı Abşeron rayon polis idarəsində araşdırma aparılmış, hadisəni törədən Cavabdeh barəsində İXM-nin 327.8 və 332.1-ci maddələri ilə xx.xx.2020ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Cavabdeh qarşı irəli sürülmüş iddianın əsaslı olduğu müəyyən olunur, o, iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişlərinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericliyin qeyd edilən tələblərini pozmuşdur. Qeyd olunan normalardan aydın olur ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin ödənilməsinin sığorta ödənişi həcmində sığortaçıya keçməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, məhkəmə yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən vurulmuş ziyanın sığorta ödənişi vasitəsilə "xxxx" ASC tərəfindən aradan qaldırıldığını nəzərə alaraq hesab edir ki, Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi "xxxx" ASC-yə aiddir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1100 (min yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1100 (min yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar