Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-580/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" ASC “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 3447.71 (üç min dörd yüz qırx yeddi manat, yetmiş bir qəpik) manat məbləğində sığorta ödənişinin, 54.48 (əlli dörd manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqının, cəmi 3502.59 (üç min beş yüz iki manat əlli doqquz qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində, Buzovna– Mərdəkan yolunda "xxxx" MMC-yə məxsus olan, 03 may 2022-ci il tarixli, BS-S-23/2173 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh istifadəsinə verilmiş və onun idarə etdiyi “Khazar SD” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobillə "xxxx" ASC-də (bundan sonra ASC) “əmlak sığortası” qaydasında sığortalanmış “Toyota Prado” markalı, ** VD *** dövlət nömrə nişanlı avtomobil toqquşmuşlar. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prado” markalı, ** VD *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 3447.71 (üç min dörd yüz qırx yeddi manat, yetmiş bir qəpik) manat məbləğində qiymətləndirilmiş və ASC tərəfindən 3447.71 (üç min dörd yüz qırx yeddi manat, yetmiş bir qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli sığorta şəhadətnaməsindən müəyyən olunur ki, “Khazar SD” markalı, ** PS *** avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MAS-5182 nömrəli daxili lizinq müqaviləsinin surətindən müəyyən olunur ki,“Khazar SD” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Prado” markalı, ** VD *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 3447.71 (üç min dörd yüz qırx yeddi manat, yetmiş bir qəpik) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Khazar SD” markalı, ** PS *** dövlət nömrə nişanlı “avtomobilə dəymiş zərərə görə 3447.71 (üç min dörd yüz qırx yeddi manat, yetmiş bir qəpik) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-C-23/2173 saylı geriyə tələb (subroqasiya) məktubundan və məktubun cavabdehə çatdırılmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 3447.71 (üç min dörd yüz qırx yeddi manat, yetmiş bir qəpik) manat məbləğində sığorta ödənişinin geri ödənilməsi cavabdehdən tələb edilmişdir.
İş materialları :
3. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən “Toyota Prado” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Sığorta şəhadətnaməsindən görünür ki, sığortalı X3r, sığorta şəhadətnaməsinə əsasən avtomobili idarəetmə səlahiyyəti olan şəxs X1r. Sığorta riskləri – avtonəqliyyat hadisəsi, heyvanların hərəkəti, yanğın, partlayış, təbii fəlakət, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, soyğunçuluqdur, sığorta məbləği 29000 manatdır.
4. "xxxx" ASC-nin Cavabdeh ünvanlandırdığı xx.xx.2023-cü il tarixli, BS-S-23/2173 nömrəli pretenziya məktubunun surətindən görünür ki, şirkət sözügedən zərərin aradan qaldırılması üçün 3447.71 (üç min dörd yüz qırx yeddi manat, yetmiş bir qəpik) manat məbləğində sığorta ödənişini Cavabdeh tələb etmiş və 5 gün müddətinə göstərilən məbləği şirkətin bank hesabına ödəməyi ondan xahiş olunmuş, əks təqdirdə şirkət tərəfindən müvafiq məhkəmə orqanına 3447.71 (üç min dörd yüz qırx yeddi manat, yetmiş bir qəpik) manat məbləğin ödənilməsi tələbi ilə müraciət olunacağı və iddianın təmin olunduğu təqdirdə bu məbləğ ilə yanaşı məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsinin onun üzərinə düşəcəyi bildirilmişdir.
5. "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5182 saylı “Daxili lizinq’’ müqaviləsinə əsasən müəyyən olunur ki, lizinq obyekti olan‘'Khazar SD" minik markalı ** PS *** dövlət qeydiyyat nişanlı NVAW01HHFNE440750 ban nömrəli qara rəngli avtomobil lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq ödənişləri tam şəkildə ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alan keçir.
6. TP ******* nömrəli xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh “Khazar SD” markalı, ** PS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
7. Azərbaycan Respublikası DİN Abşeron DYP-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixində saat 23:55 dəqiqədə Xəzər rayonu, Buzovna qəsəbəsində baş vermiş toqquşma növlü yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli şəxs olaraq müəyyən edilmişdir.
8. İş materiallarına “Yol nəqliyyat hadisəsinin foto şəkli” əlavə edilmişdir.
9. AC seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 77PS234 dövlət qeydiyyat nişanlı “Khazar SD” minik markalı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir.
10. ƏN-V seriyalı, 241925 saylı etibarnamənin surətindən görünür ki, ** VD *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı minik avtomobili X4 tərəfindən 10 iyun 2024-cü il tarixədək idarə etmək üçün X2 verilmişdir.
11. X2 məxsus AC700724 nömrəli 10 iyun 2014-cü il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi 10 iyun 2024-cü il tarixədək qüvvədədir.
12. AC seriyalı 844289 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** VD *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı minik avtomobilinin sahibi X3r.
13. Cavabdeh məxsus AF 024700 nömrəli 16 yanvar 2019-cu il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi 16 yanvar 2029-cu il tarixədək qüvvədədir.
14. “X5” MMC tərəfindən tərtib edilmiş S0093377 nömrəli, “Dəymiş zərərin hesablanmasına dair” aktın surətindən görünür ki, “Toyota Prado” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 3447.71 manat təşkil edir.
15. İT0011228 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “X6” MMC-nin "xxxx" ASC-də olan hesabına "xxxx" ASC tərəfindən sığorta hadisələri üzrə ödəniş təyinatı əsasında 3447.71 (üç min dörd yüz qırx yeddi manat, yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür.
16. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödənilmişdir.
Tərəflərin izahatları :
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər.
18. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:
9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 dekabr 2017-ci il tarixli Qərarı mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: qanundan əmələ gəlməsi; həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s.
İşin faktiki halı :
25. İddiaçı "xxxx" ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmış (xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) “Toyota Prado” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" MMC-yə məxsus olan, 03 may 2022-ci il tarixli, BS-S-23/2173 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş və onun idarə etdiyi “Khazar SD” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində “Toyota Prado” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə 3447.71 manat məbləğində zərər dəymişdir. Dəymiş zərər iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
Məhkəmənin mövqeyi :
26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
30. Mülki qanunvericiliyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (MM 936.1m).
31. İş üzrə materialları və işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir.
32. Belə olan halda sığorta ödənişi vermiş sığortaçı - iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə etmək hüququ - subroqasiya qaydasında tələb hüququ yaranmışdır.
33. Məhəkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.
34. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
35. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır.
36. Mülki qanunvericiliyə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (MM 1108.1m).
37. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarına əsasən müəyyən olunur ki, “Khazar SD” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobil 03 may 2022-ci il tarixli, BS- S-23/2173 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.
39. Mülki qanunvericiliyə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir (MM 748-2 m).
40. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə yüksək təhlükə mənbəyi Cavabdeh qanuni əsaslarla sahibliyində olduğundan, habelə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh təqsiri müəyyən edildiyindən o delikt öhdəliyi üzrə məsuliyyət daşıyır.
41. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh “Khazar SD” markalı, ** PS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prado” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “X5” MMC tərəfindən ümumilikdə 3447.71 manat məbləğində müəyyən edilmiş və həmin məbləğ iddiaçı "xxxx" MMC tərəfindən “X6” MMC-nin hesabına köçürülmüşdür.
42. Həmçinin məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, hazırki mülki işə müvafiq prosessual maraq göstərməmiş, iddia tələbinə heç bir etiraz bildirməmiş, tələb edilən məbləği mübahisələndirməmişdirdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
Məhkəmə xərcləri.
43. İddiaçı "xxxx" ASC ödənilmiş 54.48 manat məbləğində dövlət rüsumunun əvəzinin və 0,40 qəpik xidmət haqqının cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
44. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 54.48 (əlli dörd manat, qırx səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
45. Məhkəmə iddiaçı "xxxx" ASC-nin ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin əvəzini cavabdehdən tələb etmək hüququna malik olduğundan, tələb əsaslıdır, 0.40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
46. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 3447.71 (üç min dörd yüz qırx yeddi manat, yetmiş bir qəpik) manat məbləğində sığorta ödənişinin, 54.48 (əlli dörd manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqının, cəmi 3502.59 (üç min beş yüz iki manat əlli doqquz qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC-nin ödədiyi 3447.71 (üç min dörd yüz qırx yeddi manat, yetmiş bir qəpik) manat məbləğində sığorta ödənişinin, 54.48 (əlli dörd manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqının, cəmi 3502.59 (üç min beş yüz iki manat əlli doqquz qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva