Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-582/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2640644Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2022-ci il tarixli müqavilə, (TOSHİBA LED TV, SONOROUS SUREFİX ASQİ)
2. xx.xx.2022-ci il tarixli müqavilə (İMEİ KOD **********61865 SAMSUNG GALAXY A32 markalı telefon)
3. xx.xx.2022-ci il tarixli müqavilə (İMEİ KOD **********71315 SAMSUNG GALAXY A32 markalı telefon)
4. xx.xx.2022-ci il tarixli müqavilə (İMEİ KOD **********61865 SAMSUNG GALAXY A32 markalı telefon, AİWA QULAQLİQ) Müqavilənin predmeti- alqı-satqı. Tələb olunan məbləğ:
1. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1012.51 manat əsas borc, 101.49 manat cərimə.
2. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 408.73 manat əsas borc, 40.27 manat cərimə.
3. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 110 manat əsas borc, 11 manat cərimə
4. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 83 manat əsas borc, 8 manat cərimə
Ümumilikdə tələb olunan məbləğ: 1775 manat borc və 37.75 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqaviləsi, ödəniş cədvəli, əşyanın təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasını təsdiq edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddia qismən təmin edilsin. https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2640644Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1012.51 manat əsas borc, 70 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 403.73 manat əsas borc, 28 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 110 manat əsas borc, 11 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 83 manat əsas borc, 8 manat cərimə borcu olmaqla, ümumilikdə 1726.24 manat vəsait və ödənilmiş 37.75 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova