Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-583/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. 05 sentyabr 2022-ci il tarixli, 03643003 nömrəli müqavilə (APPLE AİRPODS 2 MV7N2RU/A)
2. 12 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə (İMEİ kodu **********06178, **********06176 olan, SAMSUNG GALAXY A02 (SM-A022) 32GB-BLACK markalı telefon) Müqavilənin predmeti- nisyə alqı-satqı. Tələb olunan məbləğ:
1. 05 sentyabr 2022-ci il tarixli, 03643003 nömrəli müqavilə üzrə, 415.98 manat ödənilməmiş hissə, 41.02 manat cərimə borcu.
2. 12 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə, 50 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu. Ümumilikdə tələb olunan məbləğ: 512 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: Alqı-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyanın təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasını təsdiq edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM:
İddia qismən təmin edilsin. Cavabdeh 05 sentyabr 2022-ci il tarixli, 03643003 nömrəli müqavilə üzrə, 415.98 manat ödənilməmiş hissə, 29.11 manat cərimə borcu və 12 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə, 50 manat ödənilməmiş hissə, 3.50 manat cərimə borcu olmaqla ümumilikdə olmaqla ümumilikdə 498.59 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rauf Əhmədov