Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-584/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Toshiba Led TV üçün 136.29 (yüz otuz altı manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, 13.71 (on üç manat yetmiş bir qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********63382 olan Samsung Galaxy A52 Markali Telefon, X1 Samsung, Aiwa At- X80Q qulaqlıq üçün 92 (doxsan iki) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə olmaqla, ümumilikdə 251 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Toshiba Led TV, İmei kodu **********63382 Samsung Galaxy A52 Markali Telefon, X1 Samsung, Aiwa At-X80Q qulaqlıq almış və nəticədə 251 (iki yüz əlli bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 599.94 (beş yüz doxsan doqquz manat doxsan dörd qəpik) manat (18 ay x 33.33 manat + 0 manat ilkin ödəniş) Toshiba Led TV üçün ümumilikdə, 150 (yüz əlli) manat olmaqla ondan, 136.29 (yüz otuz altı manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 13.71 (on üç manat yetmiş bir qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1288 (min iki yüz səksən səkkiz) manat (18 ay 66 manat + 100 manat ilkin ödəniş) İmei kodu **********63382 Samsung Galaxy A52 Markali Telefon, X1 Samsung, Aiwa At-X80Q qulaqlıq üçün ümumilikdə, 101 (yüz bir) manat olmaqla ondan, 92 (doxsan iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 9 (doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1659.65 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh ilə bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
İş materialları :
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Toshiba Led TV verilmiş və xx.xx.2022-ci il tarixli, ******* müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********63382 Samsung Galaxy A52 Markalı Telefon, X1 Samsung, Aiwa At-X80Q qulaqlıq verilmişdir. Cavabdeh müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2021-ci il tarixdən başlayaraq 18 ay müddətinə hər ay 33.33 manat olmaqla, cəmi 599.94 manat ödəniş etməli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 28-dən gec olmayaraq 18 ay müddətində hər ay 66 manat olmaqla, cəmi 1287.93 manat ödəniş etməlidir.
5. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 136.29 manat əsas, 13.71 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 92 manat əsas, 9 manat cərimə borcu vardır.
6. İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.
7. xx.xx.2023-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
8. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
9. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
10. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
Tətbiq edilən hüquq :
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
Məhkəmənin mövqeyi :
13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.
15. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 0 manat ödəməklə, cavabdeh xx.xx.2021-ci il tarixdən başalayaraq xx.xx.2023-cü il tarixədək aylıq 33.33 manat ödəmək şərti ilə ümumi dəyəri 599.94 manat olan Toshiba Led TV və xx.xx.2022-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 0 manat ödəməklə, cavabdeh xx.xx.2022-ci il tarixdən başalayaraq xx.xx.2023-cü il tarixədək 66 manat ödəmək şərti ilə ümumi dəyəri 1288 manat olan İmei kodu **********63382 Samsung Galaxy A52 Markali Telefon, X1 Samsung, Aiwa At-X80Q qulaqlıq almışdır.
17. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
18. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 136.29 manat əsas, 13.71 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 92 manat əsas, 9 manat cərimə borcu vardır.
19. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2021-ci il tarixli müqavilə üzrə 136.29 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 92 manat ödənilməmiş əsas borca görə ümumi 228.29 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.
21. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.
22. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
23. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 13.71 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 9 manat cərimə borcunun ödənilməsi tələbini əsaslı hesab edir.
24. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
25. Odur ki, məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 136.29 manat əsas, 13.71 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 92 manat əsas, 9 manat cərimə borcu olmaqla, cəmi 251 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 136.29 manat, cərimə qismində 13.71 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 92 manat, cərimə qismində 9 manat olmaqla, cəmi 251 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva