Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-606/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı “İcbari Sığorta Bürosu” X7 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X7 Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı “İcbari Sığorta Bürosu” X11 “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 1280 (bir min iki yüz səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 32.8 (otuz iki manat səksən qəpik) manat olmaqla, ümumilikdə 1312.80 (bir min üç yüz on iki manat səksən qəpik) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış "xxxx" markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 8 noyabr 2020-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1nun “Mercedes Benz E 220” markalı **- UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərərə görə xx.xx.2020-ci il tarixli bank ödəniş tapşırığına əsasən, 7023/20 saylı sığorta aktı üzrə aşağıda qeyd olunan cədvəldə əks olunan məbləğdə sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir - zərərvuran - Cavabdeh, zərərçəkən - X9, vurulan zərərin növü - əmlaka vurulmuş zərər, sığorta ödənişinin məbləği -1280 manat. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk etmiş, bu səbəbə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş qaydada “100 (bir yüz)” manat məbləğində inzibati cərimə tətbiq edilmişdir (hadisə yerindən yayınma). Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar yol hərəkət qaydalarının pozulmasına görə Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsini törətdikdən sonra Cavabdeh hadisə yerindən yayınmışdır. Bildiririk ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
İş materialları :
3. İcbari sığorta müqaviləsinə dair elektron məlumat vərəqəsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, PST********** nömrəli “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası”na dair icbari sığorta müqaviləsi əsasında "xxxx" markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı, Ban nömrəsi W0L000051S2621975, istehsal tarixi 1995-ci il olan avtomobil xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Həmin müqavilə ilə əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur.
4. "xxxx" SŞ-yə ünvanlanmış 31971/2020 saylı “yol nəqliyyat hadisəsinə dair” ərizədən görünür ki, X1 xx.xx.2020-ci il tarixdə ASC "xxxx" SŞ-yə müraciət edərək, həmin şirkətdə sığortalanmış ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən ona vurulmuş maddi zərərin köçürmə yolu ilə ödənilməsini xahiş etmişdir.
5. Nərimanov RPİ DYPŞ tərəfindən verilmiş “Nəqliyyat vasitəsinin zədələnməsi barədə” 042006 nömrəli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes BE 220” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “arxa bufer, baqaj qapısı, arxa, sol stop, arxa sağ və sol qanadlar” qeyd olunan xarici əzintilər almışdır. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı "xxxx" markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur.
6. Cavabdeh Nərimanov RPİ DYPŞ-də veridyi izahatdan görünür ki, o, izahatında bildirmişdir ki, xx.xx.2020-ci il etibarnamə ilə idarə etdiyi “Opel” markalı, **-ZP-*** nömrəli maşın ilə H.Əliyev prospektində **-UJ-*** maşına dəymiş, komendant saatı olduğu üçün baş vermiş hadisə barədə heç bir dövlət orqanına məlumat verməmişdir.
7. X3 Nərimanov RPİ DYPŞ-də verdiyi izahatdan görünür ki, o, izahatında bildirmişdir ki, xx.xx.2020-cü il tarixdə özünə məxsus “Mercedes” markalı, **-UJ-*** nömrə nişanlı maşında H.Əliyev prospektində dayanan zaman göy rəngli “Opel” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuş, maşından düşərək maşına baxmış, daha sonra sürüb getmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır.
8. TP seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində, saat 20:45-də H.Əliyev ərazisində "xxxx" minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
9. İXP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli “inzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə "xxxx" markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh AR İXM-nin 327.6-cı maddəsində nəzərəd tutulan inzibati xətaya yol verməklə X4 maadi ziyan vurmuşdur.
10. Azərbaycan Respublikası DİN Nərimanov RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixində saat 20:45 dəqiqədə Nərimanov rayonu, H.Əliyev prospektində tərəfdə toqquşma növlü yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin etibarnamə ilə sürücüsü Cavabdeh, mülkiyyətçisi X12, avtonəqliyyat vasitəsinin markası-Opel Astra, dövlət qeydiyyat nişanı-10ZP271-dir. Sürücü barədə başlanmış icraatın növü inzibati icraatı və tarixi xx.xx.2020-ci ildir. Hadisə nəticəsində “Mercedes E220 CDİ MİNİ” markalı 90UJ605 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisə zamanı “Mercedes E220 CDİ MİNİ” markalı 90UJ605 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini mülkiyyətçisi X9 idarə etmişdir.
11. İş materiallarına “Yol nəqliyyat hadisəsinin sxemi və avtomobilin şəkilləri” əlavə edilmişdir.
12. AC seriyalı 267341 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ZP-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı minik avtomobilinin sahibi X10r.
13. xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, **-ZP-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı minik avtomobili X13 tərəfindən xx.xx.2020-ci il tarixədək idarə etmək üçün Cavabdeh verilmişdir.
14. AC seriyalı 087605 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90UJ605 dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2001-ci il olan “Mercedes Benz E.220 CDİ mini” markalı minik avtomobilinin sahibi X5r.
15. X4 məxsus AF seriyalı, 004495 nömrəli 09 avqust 2016-cı il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi 09 avqust 2026-cı il tarixədək qüvvədədir.
16. “Əmlaka dair qiymətləndirmə aktı”ndan görünür ki, “Mercedez Benz E220” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və hadisə nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərər orta bazar qiymətləri nəzərə alınmaqla xidmət haqqı 610 manat, ehtiyat hissələri 670 manat olmaqla, cəmi 1280 manat olaraq qiymətləndirilmişdir.
17. xx.xx.2020-ci il tarixli, “Dəymiş zərər barədə razılaşma sənədin”dən görünür ki, zərər çəkən şəxs Nəbiyev Elmar avtomobilə dəymiş zərərin əvəzi olaraq 1280 manat məbləğlə razı olmuşdur.
18. İC AA 7023/20 saylı işə dair xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, həmin sığorta aktı üzrə əmlaka dəymiş zərərə görə 1280 manat sığorta ödənişi həyata keçirilməsi nəzərdə tutulmuşdur. X1 həmin aktla təsdiq etmişdir ki, ASC "xxxx" SŞ tərəfindən bu sığorta aktına müvafiq olaraq müəyyən edilmiş sığorta ödənişinin məbləği və üsulu ilə tam razıdır və ASC "xxxx" SŞ-yə qarşı heç bir şikayət və iddiası yoxdur. Onun təqsirkar şəxsdən zərərin əvəzini tələb etmək hüququnun ona verilən sığorta ödənişi məbləğində Şirkətə keçməsinə etiraz etməmişdir.
19. #001XOH********** nömrəli xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X3 "xxxx" ASC-də olan hesabına “İcbari Sığorta Bürosu” X11 tərəfindən sığorta hadisələri üzrə ödəniş təyinatı əsasında 1280 (bir min iki yüz səksən) manat məbləğində pul köçürülmüşdür.
20. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı “İcbari Sığorta Bürosu” X11 tərəfindən məhkəməyə müraciət etmək üçün 32.80 manat dövlət rüsumu ödənilmişdir.
21. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta şirkəti müflis elan edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2384 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2001-ci il “Mercedes Benz E 220” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 1280.0 manat müəyyən edilir. O, cümlədən dəyişilməli hissələrin qiyməti- 670 manat, təmir-bərpa işlərinin qiyməti-610 manat müəyyən edilmişdir.
Tərəflərin izahatları :
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı “İcbari Sığorta Bürosu” X7 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, ekspertin rəyi ilə tanışdır. Ona vaxtında məlumat verdikləri təqdirdə, o vaxtında ödəniş edə bilərdi. Hadisə baş verdikdən sonra sığorta şirkəti ilə əlaqə saxlamağa çalışmış, lakin ona məlumat verilmişdir ki sığorta şirkəti bağlanmışdır. Onun avtomobili sığortalı olduğundan dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilməli olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, müharibə veteranıdır və onun borc məbləğini ödəməyə imkanı yoxdur.
25. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
29. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:
8.2. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. 8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. 8.4. Bu Qanunun Xüsusi bölməsində qeyd olunmuş hər hansı icbari sığorta növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.5. yüngül xəsarət alması – 15 faiz. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
İşin faktiki halı :
30. ASC "xxxx" SŞ ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, PST********** nömrəli “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası”na dair icbari sığorta müqaviləsi əsasında "xxxx" markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı, Ban nömrəsi W0L000051S2621975, istehsal tarixi 1995-ci il olan avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır.
31. "xxxx" markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta hadisəsi baş verdiyi zaman Cavabdeh etibarnamə əssənda sahiblik və istifadəsində olmuşdur.
32. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "xxxx" markalı, 10ZP271 dövlət qeydiyyat nişanlı avtomobil ilə X3 idarə etdiyi “Mercedes Benz E220 markalı”, **-UJ- *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə Mercedes Benz E220 markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir.
33. Mercedes Benz E220 markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 1280.00 manat məbləğində qiymətləndirilmiş və iddiaçı “İcbari Sığorta Bürosu” X11 tərəfindən X4 həmin məbləğdə sığorta ödənişi həyəta keçirilmişdir.
34. Sığortaçı ASC "xxxx" SŞ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e- 2-2(113)-1575/2020 saylı qətnaməsi ilə müflis elan edilmiş və müflis elan edildikdən sonra zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün himayəçi kimi “İcbari Sığorta Bürosu” X11 təyin edilmişdir.
35. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayınaraq AZ İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati cərimə növündə inzibati tənbeh olunmuş, inzibati tənbeh vermə qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş və təyin edilmiş cərimə onun tərəfindən ödənilmişdir.
Məhkəmənin mövqeyi :
36. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
37. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranma əsasları müəyyən edilmişdir.
38. Həmin normada sadalanan əsaslardan biri hazırki mülki işin faktiki hallarına uyğun gəldiyi üçün iddiaçı “İcbari Sığorta Bürosu” X11 həmin əsasla ödənilmiş sığorta məbləğini geri tələb edir.
39. Belə ki, həmin Qanunun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
40. Qanunun 63.1-ci maddəsində qeyd edilir ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
41. İşin məhkəmə tərəfindən tədqiq edilən hallarına əsasən müəyyən edilmişdir ki, xx.xx-2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh təqsirli bilinmiş və baş vermiş sığorta hadisəsi nəticəsində zərərçəkən X6 dəymiş zərərə görə iddiaçı tərəfindən 1280 manat məbləğində sığorta ödənişi həyəta keçirilmişdir.
42. Belə olan halda sığorta ödənişi vermiş sığortaçı - iddiaçı “İcbari Sığorta Bürosu” X7 subyektiv hüququ, Cavabdeh qarşı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə etmək hüququ - subroqasiya qaydasında tələb hüququ yaranmışdır.
43. Məhəkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.
44. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
45. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır.
46. Qanunvericilikdə nəzərdə tutulmuş təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir.
47. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
48. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.
49. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
50. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.
51. Məhkəmə qeyd edir ki, mülki iş üzrə xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinin Cavabdeh tərəfindən törədilməsi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərrə dəyməsi, yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olması, əməlində inzibati xəta tərkibi olması, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmasına görə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsinin tərkibi olması işin məhkəmə tərəfindən tədqiq edilən mübahisəsiz hallarıdır.
52. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi Ban nömrəsi W0L000051S2621975, istehsal tarixi 1995-ci il olan "xxxx" markalı 10ZP271 dövlət qeydiyyat nişanlı avtomobil ASC "xxxx" SŞ tərəfindən Cavabdeh ilə bağlanmış “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası”na dair icbari sığorta müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "xxxx" markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 məxsus “Mercedes Benz E220” markalı 90UJ605 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş və toqquşma nəticəsində X4 məxsus nəqliyyat vasitəsinə zərər dəymişdir.
53. Həmçinin işin məhkəmə tərəfindən təqdiq edilən halları ilə müəyyən edilmişdir ki, X4 məxsus “Mercedes Benz E220” markalı 90UJ605 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1280 manat məbləğində zərər dəymişdir.
54. Belə ki, həm işdə olan qiymətləndirmə aktına əsasən, həmçinin cavabdehin təşəbbüsü ilə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/2384 nömrəli rəydən görünür ki, dəymiş zərər 1280 manat məbləğində müəyyən edilmişdir.
55. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
56. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarına əsasən müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh hadisə yerindən yayınmağa görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş və təyin edilmiş cərimə onun tərəfindən ödənilmişdir (öz izahatına əsasən).
57. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin (nəqliyyat vasitəsini ) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə olması müəyyən edilmişdir.
Məhkəmə xərcləri.
58. İddiaçı “İcbari Sığorta Bürosu” X11 32.8 manat məbləğində dövlət rüsumunun cavabdən tutulması tələbini irəli sürmüşdür.
59. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 32.8 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
60. Həmçinin cavabdehin vəsatəti əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-606/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Müvafiq qərardad icra edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 iyun 2024-cü il tarixli 9/2384 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmiş, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı “İcbari Sığorta Bürosu” X11 tərəfindən ödənilmiş 32.80 (otuz iki manat səksən qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya və 50 manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.
Nəticə :
63. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 1280 (bir min iki yüz səksən) manat məbləğində sığorta ödənişi və 32.80 (otuz iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X8 ödənilməsinə dair iddia tələbi təmin edilməlidir.
64. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi AZ34CTRE********************) keçirilməlidir.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 1280 (min iki yüz səksən) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32.80 (otuz iki manat səksən qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “İcbari Sığorta Bürosu” X7 xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi AZ34CTRE********************) keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva