Məhkəmə qərarları › İş №e-2(007)-618/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-618/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-618/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:

1. 25 avqust 2022-ci il tarixli müqavilə (01 ədəd İMEİ kodu SH6QH27GR1059 olan X1 MLWK3RU/A markalı qulaqcıq)

2. 15 fevral 2022-ci il tarixli müqavilə (01 ədəd İMEİ kodu 0CWL3LDT10013 olan Samsung Led UE43AU7100UXRU markalı telefon)

3. 05 iyun 2022-ci il tarixli müqavilə (01 ədəd İMEİ kodu S01F21C01CJR11343952 olan Playstation 5 825GB)

4. 24 noyabr 2022-ci il tarixli müqavilə (01 ədəd İMEİ kodu SWQ77Y96N5H olan İPAD 9 (2021) 64 Gb Wİ-Fİ Space Gray markalı tablet)

5. 19 oktyabr 2022-ci il tarixli müqavilə (01 ədəd İMEİ kodu KH********************460 olan İZQARA Delonghi CGH1012D, 01 ədəd İMEİ kodu KH********************162 olan BOSCH MFW68640 markalı ətçəkən) Müqavilələrin predmeti-nisyə alqı-satqı Tələb olunan məbləğ:

1. 25 avqust 2022-ci il tarixli müqavilə üzrə 530.02 manat əsas borc, 53.98 manat cərimə.

2. 15 fevral 2022-ci il tarixli müqavilə üzrə 900 manat əsas borc, 90 manat cərimə.

3. 05 iyun 2022-ci il tarixli müqavilə üzrə 121.61 manat əsas borc, 112.39 manat cərimə.

4. 24 noyabr 2022-ci il tarixli müqavilə müqavilə üzrə 952.2 manat əsas borc, 95.8 manat cərimə.

5. 19 oktyabr 2022-ci il tarixli müqavilə müqavilə üzrə 906.12 manat əsas borc, 90.88 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 4853 manat borc və 68.53 manat dövlət rüsumu. Sübutlar: Alqı-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktları, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borc və dövlət rüsumunun tutulması hissəsində əsaslı hesab edir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 25 avqust 2022-ci il, 15 fevral 2022ci il, 05 iyun 2022-ci il, 24 noyabr 2022-ci il və 19 oktyabr 2022-ci il tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilələr üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

QƏT ETDİM:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 25 avqust 2022-ci il müqavilə üzrə 530.02 manat əsas borc, 37.10 manat cərimə, 15 fevral 2022-ci il tarixli müqavilə üzrə 900 manat əsas borc, 63 manat cərimə, 05 iyun 2022-ci il tarixli müqavilə üzrə 121.61 manat əsas borc, 8.51 manat cərimə borcu, 24 noyabr 2022-ci il tarixli müqavilə müqavilə üzrə 952.2 manat əsas borc, 66.65 manat cərimə, 19 oktyabr 2022-ci il tarixli müqavilə müqavilə üzrə 906.12 manat əsas borc, 63.42 manat cərimə olmaqla ümumilikdə 3585.63 manat vəsait və ödənilmiş 68.53 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar