Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-626/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Fərhad qızına qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Fərhad qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Tərəzi Beurer, İmei kodu **********51594 Xiaomi Redmi 9C markalı telefon, X3, JBL səs ucaldıcı, Tozsoran Panasonic, JBL Qulaqlıq, Termos fincan Rondell, X4 üçün 1017 (min on yeddi) manat ödənilməmiş hissə, 306 (üç yüz altı) manat dəbbə, Cavabdeh2 və Cavabdeh1 Fərhad qızından müştərək qaydada, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Mini soba, Hascevher Tava üçün 96 (doxsan altı) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə Cavabdeh2 ümumilikdə 1449 manat borc və 34,49 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Tərəzi Beurer, İmei kodu **********51594 Xiaomi Redmi 9C markalı telefon, X3, JBL səs ucaldıcı, Tozsoran Panasonic, JBL Qulaqlıq, Termos fincan Rondell, X4, Hoffmann Mini soba, Hascevher Tava almış və nəticədə 1449 (min dörd yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1681,2 (min altı üz səksən bir, iyirmi qəp) manat (18 ay x 93.4 manat + 0 manat ilkin ödəniş ) olan Tərəzi Beurer, İmei kodu **********51594 Xiaomi Redmi 9C markalı telefon, X3, JBL səs ucaldıcı, Tozsoran Panasonic, JBL Qulaqlıq, Termos fincan Rondell, X4 üçün ümumilikdə 1323 (min üç yüz iyirmi üç) manat olmaqla, ondan, 1017 (min on yeddi) manat ödənilməmiş hissə, 306 (üç yüz altı) manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 371,4 (üç yüz yetmiş bir manat qırx qəp) manat (18 ay x 17.3 manat + 6 manat ilkin ödəniş ) olan Hoffmann Mini soba, Hascevher Tava üçün ümumilikdə 126 (yüz iyirmi altı) manat olmaqla, ondan 96 (doxsan altı) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə miqdarında borc yaranmışdır Cavabdehin cəmi ödədiyi məbləğ 939,6 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2020ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 Fərhad qızı "xxxx" MMC qarşısında alıcı Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və borcludur. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarında mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsinə etirazları olmadığını, iddianı tam şəkildə müdafiə etdiklərini bildirmiş və qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh2 müqavilələr üzrə əsas məbləğləri qəbul etdiyini, lakin cərimələrdən narazı olduğunu bildirmiş və cərimələrin silinməsini, qətnamə çıxarılarkən cərimələrin nəzərə alınmasını xahiş etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, əvvəllər işləmiş və ödənişləri vaxtında edə bilmişdir. Halhazırda ayağı xəstə olduğu üçün işdən çıxmışdır, işləmir və ödəniş edə bilmir. Gələn aydan ödənişləri edə biləcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən sonuncuya ümumi dəyəri 1681,20 manat olan Tərəzi Beurer, İmei kodu **********51594 Xiaomi Redmi 9C markalı telefon, X3, JBL səs ucaldıcı, Tozsoran Panasonic, JBL Qulaqlıq, Termos fincan Rondell, X4, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 371,4 manat olan Hoffmann Mini soba, Hascevher Tava satılmışdır. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 Fərhad qızı ilə MMC arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış, zaminlik müqaviləsinə əsasən o, zamin qismində sözügedən müqavilənin tərəfi olmuş, müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı MMCnin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1017 manat ödənilməmiş hissə, 306 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 96 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, ümumilikdə 1449 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 xx.xx.2020-ci il və xx.xx.2020-ciil tarixli alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh2 alqısatqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müəyyən olundu ki, Cavabdeh1 Fərhad qızı Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçı MMC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Həmçinin, Cavabdeh1 Fərhad qızı xx.xx.2020-ci il tarixli müqavilə üzrə zamin qismində öhdəlik götürdüyündən həmin müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cəlı̇ lova Səbı̇ nə Fəhrad qızından və Süleymanova Naı̇ bə Fəyyaz qızından müştərək qaydada xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1017 manat əsas borc və 70 manat cərimə borcu olmaqla, cəmi 1087 manat, Süleymanova Naı̇ bə Fəyyaz qızından xx.xx.2020-ci il tarixli müqavilə üzrə 96 manat əsas borc və 6 manat cərimə borcu və dövlət rüsumuna görə ödənilmiş 34,49 manat vəsaitin əvəzi "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cəlı̇ lova Səbı̇ nə Fəhrad qızından və Süleymanova Naı̇ bə Fəyyaz qızından müştərək qaydada xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1017 manat əsas borc və 70 manat cərimə borcu olmaqla cəmi 1087 manat, Süleymanova Naı̇ bə Fəyyaz qızından xx.xx.2020-ci il tarixli müqavilə üzrə 96 manat əsas borc və 6 manat cərimə borcu və dövlət rüsumuna görə ödənilmiş 34,49 manat vəsaitin əvəzi "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-626/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-626/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver