Məhkəmə qərarları › İş №e-2(007)-641/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-641/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-641/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Nevada-qonaq-masa, 5 ədəd stul-Venetsiya, Modena-yumşaq-3 yerli üçün, 343.64 manat ödənilməmiş hissə, 34.36 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 57.87 manat ödənilməmiş hissə, 5.13 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 26 ədəd Seksiya Mirado, X1, 6 ədəd Seksiya üçün Kran Demirdöküm üçün, 200.8 manat ödənilməmiş hissə, 20.2 manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 279.41 manat ödənilməmiş hissə, 27.59 manat cərimə olmaqla, ümumilikdə 969 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin, iddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Nevada-qonaq-masa, 5 ədəd stul-Venetsiya, Modena-yumşaq-3 yerli üçün mebel, Samsung LED TV, 26 ədəd Seksiya Mirado, X1, 6 ədəd Seksiya üçün Kran Demirdöküm, Paltaryuyan Samsung almış, nəticədə 969 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1409.4 manat (18 ay x 78.3 manat + 0 manat ilkin ödəniş) olan Nevada-qonaqmasa, 5 ədəd stul-Venetsiya, Modena-yumşaq-3 Yerli üçün ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat olmaqla, ondan, 343.64 (üç yüz qırx üç manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.36 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1050 (bir min əlli) manat (18 ay x 58 manat + 6 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 63 manat olmaqla, ondan, 57.87 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.13 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 604.8 manat (18 ay x 33.6 manat + 0 manat ilkin ödəniş) olan 26 ədəd Seksiya Mirado, X1, 6 ədəd Seksiya üçün Kran Demirdöküm üçün ümumilikdə 221 manat olmaqla, ondan, 200.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1260 manat (18 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Samsung üçün ümumilikdə 307 manat olmaqla, ondan, 279.41 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.59 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində Modenayumsaq-3 yerli üçün mebeldən imtina etmiş və məhsul 630 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 435.76 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 630 manat, digər 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 2376.72 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir.

İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22057406 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən həmin müqavilə üzrə cavabdehin sahibliyinə və istifadəsinə Nevada-qonaq-masa, 5 ədəd stul-Venetsiya, Modena-yumşaq-3 yerli üçün mebel, xx.xx.2020-ci il tarixli, 20343285 nömrəli müqavilə üzrə Samsung LED TV markalı televizor, xx.xx.2020-ci il tarixli, 22054564 nömrəli müqavilədən görünür ki, həmin müqavilə üzrə 26 ədəd Seksiya Mirado, X1, 6 ədəd Seksiya üçün Kran Demirdöküm və xx.xx.2020-ci il tarixli, 21170753 nömrəli müqavilədən görünür ki, həmin müqavilə üzrə Samsung markalı paltaryuyan verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2020-ci il tarixli, 22057406 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2021-ci il tarixdən başlayaraq hər ayın 2-dən gec olmayaraq 18 ay müddətində hər ay 78.30 manat olmaqla, cəmi 1409.40 manat; xx.xx.2020-ci il tarixli, 21170753 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 20-dən gec olmayaraq 18 ay müddətində hər ay 70 manat olmaqla, cəmi 1260 manat; xx.xx.2020-ci il tarixli, 22054564 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 30-dan gec olmayaraq 18 ay müddətində hər ay 33.60 manat olmaqla, cəmi 604.80 manat; xx.xx.2020-ci il tarixli, 20343285 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, borclu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 24-dən gec olmayaraq 18 ay müddətində hər ay 58 manat olmaqla, cəmi 1050 manat ödəniş etməlidir.

5. xx.xx.2020-ci il; xx.xx.2020-ci il; xx.xx.2020-ci il; xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təsllim aktlarından görünür ki cavabdeh əşyaları tam qüsursuz halda təhvil almışdır.

6. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 343.64 manat əsas borc, 34.36 manat cərimə olmaqla, cəmi 378 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 57.87 manat əsas borc, 5.13 manat cərimə olmaqla, cəmi 63 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 200.8 manat əsas borc, 20.2 manat cərimə olmaqla, cəmi 221 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 279.41 manat əsas borc, 27.59 manat cərimə olmaqla, cəmi 307 manat, ümumilikdə 969 manat borcu vardır.

7. İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.

8. xx.xx.2023-ci il tarixli mədaxil ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

8. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

9. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

10. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır

Məhkəmənin mövqeyi :

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

14. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

15. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr və müqavilələrin ayrılmaz tərkib hissələri olan əlavələrdən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2021-ci il tarixdən başalayaraq xx.xx.2022-ci il tarixədək hər ay 78.30 manat ödəmək şərti ilə ümumi dəyərləri 1409.40 manat olan Nevada-qonaq-masa, 5 ədəd stul-Venetsiya, Modenayumşaq-3 yerli mebel, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2020-ci il tarixdən başalayaraq xx.xx.2022-ci il tarixədək hər ay 70 manat ödəmək şərti ilə ümumi dəyəri 1260 manat olan Samsung markalı paltaryuyan, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2020-ci il tarixdən başalayaraq xx.xx.2022-ci il tarixədək hər ay 33.60 manat ödəmək şərti ilə ümumi dəyərləri 604.80 manat olan 26 ədəd Seksiya Mirado, X1, 6 ədəd Seksiya üçün Kran Demirdöküm, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2020-ci il tarixdən başalayaraq xx.xx.2021-ci il tarixədək hər ay 58 manat ödəmək şərti ilə ümumi dəyərləri 1050 manat olan Samsung LED markalı televizor almışdır.

17. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktlarından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

18. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, cəmi 969 manat borcu vardır.

19. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 343.64 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 57.87 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 200.8 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 279.41 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

21. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.

22. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

23. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 34.36 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20.2 manat təşkil edən cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 27.59 manat təşkil edən cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

24. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.

25. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 343.64 (üç yüz qırx üç manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 57.87 (əlli yeddi manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 5.13 (beş manat on üç qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 200.8 (iki yüz manat səksən qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 279.41 (iki yüz yetmiş doqquz manat qırx bir qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə olmaqla, ümumilikdə 893.85 (səkkiz yüz doxsan üç manat səksən beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 343.64 (üç yüz qırx üç manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 57.87 (əlli yeddi manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 5.13 (beş manat on üç qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 200.8 (iki yüz manat səksən qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 279.41 (iki yüz yetmiş doqquz manat qırx bir qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə olmaqla, ümumilikdə 893.85 (səkkiz yüz doxsan üç manat səksən beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hisədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar