Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-644/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Məmmədov Vüqar Zirəddin oğlunun, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Kapanadze Dimitrinin iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən icarə haqlarına görə yaranmış 8500 manat borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqavilənin şərtlərinə əsasən ünvan 1 ünvanında yerləşən evini Cavabdeh MMC-yə icarəyə vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən aylıq kirayə haqqı müqavilədə 200 manat göstərilməsinə baxmayaraq aralarında razılaşdırılmış şifahi şərtlərə əsasən 1000 manat müəyyənləşdirilmişdir. 2020-ci ilin yanvar ayından şirkət kirayə haqlarını verməkdən yayınmaya başlayaraq mənzilinə müxtəlif adamları dəvət etməklə mənzilində qonşulara narahatçılıq yaradan tərzdə səs-küylü məclislər, şənliklər və s. tədbirlər keçirməklə mənzilinin təmirini də pis vəziyyətə salmışdır. Onlar müqaviləni ləğv edərək 2021-ci ilin yanvar ayının sonları şirkət tərəfindən mənzili boşaldılsa da 2019-2020-ci illər üçün cavabdeh tərəfindən kirayə borcları 8500 (səkkiz min beş yüz) təşkil edərək ödənilməmiş qalmışdır. Şirkətin direktoru borcunun yaxın müddətlərdə ödənilməsinə vədlər versə də iki ilə yaxındır ki, müxtəlif bəhanələr gətirməklə borcunu ödəmir. Borcun etirafı barədə 2020-ci il tarixdə özü tərəfindən ona yazılı ərizə də verərək 8500 manat borcun olmasını təsdiq etmişdir. Aralarında narazılıq yarandıqdan sonra onun ondan dövlət orqanlarına şikayət ərizəsi verəcəyi təqdirdə pullarının ödəməməsi ilə bağlı ona təhdidlər etməyə başladı, hətta hədə qorxular da gəlməyə başlayırdı. Polis orqanına müraciət etdikdən sonra isə onun ona guya 3800 manat borcunun olduğunu qeyd etmişdir. Halbuki yazılı ərizəsində ona 8500 manat borcunun olmasını etiraf etmiş və səsli vatsap mesajlarında o, ona olan borcunun ödəniləcəyinə söz verir. Sonradan isə münasibətləri pisləşdiyindən onu təhqir etməyə başladıqdan sonra polisə şikayət etmişdir. Sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müvafiq müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə borcunun yarandığını, belə olan halda isə onun borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmağını nəzərə alaraq icarə haqqının tutulması ilə bağlı tələbi qanunidir və təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, o, şəhid ailəsidir, onun 2 övladı və həyat yoldaşı şəhid olmuşdur. Cavabdeh onun şəhidlərini təhqir etmişdir. Cavabdeh onun kirayə pulunu vermir, ona deyir ki, əgər məhkəməyə versə pulunu verməyəcək. O, qızının evində qalır. O, evini kirayəyə vermişdir ki, oradan aldığı pulla dolansın. Cavabdeh onun kirayə verməsindən çox pul qazanırdı, amma kimə kirayə verdiyini bilmirdi. O, evi cavabdehə hər ay 1000 manat ödənilməklə kirayə versə də, cavabdeh həmin evi həftəyə 1000 manata kirayə verirdi. Cavabdeh ondan borc məbləğindən 3500 manat güzəşt edilməsini istəmiş, sonradan o da ayda 1000 manat verməklə, ona 5000 manat ödənilməsinə razı olmuş, cavabdehə güzəşt etmiş, lakin cavabdeh razılaşmanı pozmuşdur. Cavabdeh ona 8 ay pul ödəməmişdir. O, ona yalvardıqdan sonra 100 manat ödəniş edirdi. Cavabdeh ona bir dəfə 900 manat vermiş, həmin pul da kommunalların yığışıb qalan 850 manat borcu olmuşdur. Yəni ödənilən o pulun 8500 manata heç bir aidiyyəti yoxdur. Cavabdehin 8500 manat borcu olması ilə bağlı əlyazma etirafı var. Ona cavabdeh deyəsən 1000-1100 manat ödəniş etmiş, hazırda da onun 7400-7500 manat borcu qalır. Cavabdeh həmin ünvandan 2021-ci ildə əvvəlində çıxmışdır. Çarpayılar sınmış vəziyyədə olmuş, onun mətbəx mebeli çıxarılıb yerinə başqa mebel qoyulmuşdur. Neçə dəfə mətbəx mebelini aparmasını desə də gəlib aparmamışdır. Hazırda kirayə verdiyi ünvanda divan və paltaryuyan qalmışdır. O, pərdələri və balaca stolları aparmışdır. Onun evində təmir yoxdur, evinin təmirə ehtiyac olmamışdır. O, cavabdehi polisə şikayət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, cavabdehin təsisiçisi Kapanadze Dimitri polisdə də borcun olduğunu etiraf etmiş, amma polisdəki izahatında 3800 manat borcu olduğunu qeyd etmişdir. Polisə şikayətlə bağlı cinayət işi açılmamışdır. 850 manat məbləği cavbadeh komunal borcla bağlı ödəmişdir. Cavabdehin yazdığı borc etirafı 2020-ci ilə aiddir. Etirafdan sonra bir müddət Dimitri o evdə qalmış və etirafı yazdıqdan sonra 1000 manat ödəniş etmiş və 7500 manat borc qalmışdır. tərəflər cavbadeh tərəfindən ayda 1000 manat ödənilməklə 5000 manata razılaşmışlar, amma qarşı tərəf 100 manat ödəmişdir. Razılaşmanın şərtlərinə əməl etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Kapanadze Dimitri iddia tələbini qismən yəni 3800 manat hissəsində qəbul etdiyini, maddi imkanı olmadığını və hissəhissə ödəniş edə biləcəyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçının kirayə verdiyi evdə çilçıraqdan başqa digər əşyalar onundur, onun quraşdırdığı mebel maksimum 1000 manat edərdi. O, pandemiya qurtarandan sonra, təxmini 1 il olar ki, həmin evdən çıxmışdır. Onun ödəniş etməsi barədə yazışmalarda var. İddiaçı onun təhdid etmək üçün üstünə adamlar salmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən ünvan 1 ünvanında yerləşən evi İddiaçı Cavabdeh MMC-yə icarəyə vermiş, müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmiş, müqavilənin 5-ci bəndinə əsasən aylıq kirayə haqqı olaraq 200 manat ödənilməsi qeyd edilmişdir. Lakin tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına əsasən aralarındakı şifahi razılaşmaya əsasən kirayə haqqı hər ay 1000 manat olaraq müəyyənləşdirilmişdir. xx.xx.2020-ci il tarixli əlyazmadan görünür ki, Kapanadze Dimitri İddiaçı 8500 manat borcu olduğunu, aylıq 1000 manat ödənilməklə 5000 manat ödəyəcəyini bildirmiş və imza etmişdir. Tərəflər arasında olan razılığa əsasən, cavabdeh hər ay 1000 manat ödəmək şərti ilə ümumilikdə 5000 manat kirayə haqqı ödəyərsə 8500 manat məbləğdən 3500 manat iddiaçı tərəfindən güzəşt ediləcəkdir. Lakin cavabdeh tərəf razılaşmanın şərtlərinə əməml etmədiyi üçün iddiaçı hazırda ona ödənilməyən 8500 manat icarə haqqının cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdeh tərəfindən 8500 manat vəsaitdən 1100 manat ödəniş edildiyini və cavabdehin 7400 manat borcu olduğunu, cavabdeh isə iddiaçıya 3800 manat borcu qaldığını bildirmişdir. Cavabdeh tərəf bununla bağlı məhkəməyə “WhatsApp” yazışmalarını və iddiaçı isə aralarında olan 5000 manat ödəniş etmə barədə əlyazmasını sübut kimi təqdim etmiş və cavabdehin nümayəndəsi həmin əlyazmanın onun tərəfindən yaılmasını inkar etməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ərizəsi əsasında Bakı şəhər Yasamal Rayon Polis Bölməsinin materialları ilə də tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlar eynilik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliklərinə əməl etməyərək icarə haqqını ödəməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Cavabdeh tərəfindən borc məbləği qismən, yəni 3800 manat hissəsində qəbul edilmişdir. İddiaçıya olan borcun 3800 manat olması ilə əlaqədar cavabdeh tərəfindən “WhatsApp” yazışmaları məhkəməyə təqdim edilsə də, həmin yazışmalar əsasında qeyd olunan yazışmaların hansı tarixdə olması, cavabdeh tərəfindən iddiaçıya 1100 manatdan əlavə 100 manat ödənildiyi müəyyən edilməmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda iddiaçı tərəfindən də məhkəməyə “WhatsApp” yazışmaları təqdim edilmiş və həmin yazışmalar ilə cavabdehin borcunu vaxtında ödəmədiyi müəyyən edilsə də cavabdehin nə qədər borcunun qalması müəyyən olunmamışdır. Cavabdeh tərəfin nümayəndəsi iddiaçı ilə arasında olan icarə haqqı üzrə yaranmış borla bağlı sonuncu razılaşmanın şərtlərini pozmuş, hər ay 1000 manat ödəniş etməklə, ümumilikdə 5000 manat ödəyəcəyi barədə öhdəliyi pozaraq aylıq 1000 manat ödəniş etməmişdir. Bununla da məhkəmə hesab edir ki, sonrakı razılaşmaya cavabdeh tərəfindən əməl edilmədiyi üçün həmin razılaşma öz əhəmiyyətini itirmiş və hazırda iddiaçı qalan ümumi borc məbləğini cavabdehdən tələb etməkdə qismən haqlı olmuşdur. Beləliklə, iddiaçı cavabdehin ona 8500 manat icarə haqqından 7400 manat borcu olduğunu bildirmiş və cavabdeh tərəfindən bunun əksini sübut edəcək mötəbər sübut növü məhkəməyə təqdim edilməmişdir. Bütun bu qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilərək İddiaçı xeyrinə cavabdeh "xxxx" MMC-dən 7400 manat vəsait tutulmalı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edilmiş və bu zaman "xxxx" MMC-nin ünvanı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 76, mənzil 69 olmuş, xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanı ünvan 3işmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xeyrinə "xxxx" MMC-dən 7400 manat vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırda iddia tələbi qismən təmin edildiyindən, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalı olduğundan "xxxx" MMC-dən 94 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı xeyrinə "xxxx" MMC-dən 7400 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. “DK Company" MMC-dən 94 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bak Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-644/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-644/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver