Məhkəmə qərarları › İş №e-2(007)-644/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-644/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-644/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində "xxxx" MMC və 34 saylı Mənzil Kommunal İstismar Sahəsi cəlb olunmaqla, “ödənilmiş sığorta ödənişin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla, “ödənilmiş sığorta ödənişin subroqasiya qaydasında tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-644/2024 saylı qərardadına əsasən, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair e- 2(007)-644/2024 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sığortalı X2 razı olması və İddiaçı ASC tərəfindən ona BB № 806457 saylı xx.xx.2023-cü il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Qara Qarayev prospekti 39/47 ünvanında yerləşən daşınmaz əmlaka 1000 (bir min) manat məbləğində yanğın, su basma və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Qara Qarayev prospekti 39/47 ünvanında yerləşən X3 məxsus ticarət obyektində (sığorta predmetinin) su basma hadisəsi baş vermişdir. Cavabdeh baş vermiş hadisədə təqsirli olmuşdur. Vurğulanır ki, hadisə nəticəsində sığorta predmetinə 1000 (bir min) manat məbləğində zərər dəymişdir. RAZ ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və CFİ-0031/2023-AKT 1253/23 saylı sığorta aktına əsasən 997,70 (doqquz yüz doxsan yeddi, 70 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalı hesablanılmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdıqdan sonra sığorta aktını imzalamış və bununla da bütün iddia və tələblərini qanuna əsasən İddiaçı ASC-yə subroqasiya qaydasında sessiya etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 997,70 (doqquz yüz doxsan yeddi, 70 qəpik) manat məbləğin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1027,70 (bir min iyirmi yeddi, 70 qəpik) manat pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılarkən 34 saylı Mənzil Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edib izahatında bildirmişdir ki, turba partlamayıb, sadəcə su buraxıbdır. Sızma aprel ayında olub. Ziyanın məbləğini azaltmaqdan çoxaldıblar. İstilik idarəsinin günahıdır. Bu il də binanın 7-ci mərtəbəsində partlama olub, 1-ci mərtəbəyə qədər su gəlib. O, heç yerə şikayət etməmişdir, evi təmirsizdir. Ziyan çox yazılıb, heç olmazsa ziyan 500 manat yazılardı. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, xx.xx.2023-cü ildə Qara Qarayev prospekti 39/47 ünvanında istilik borusu partlamış və zərərçəkənin obyektinə ziyan dəymişdir. Həmin obyekt cəmiyyət tərəfindən sığortalanmışdır. Zərərçəkənə tərəflərindən sığorta haqqı ödənilmişdir. Hadisədə təqsirli şəxs cavabdeh Minayə xanımdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş 34 saylı MKİS-in mühəndisi X1 izahatında bildirmişdir ki, hadisə zamanı mühəndis kimi o getmişdir. Evə baxış keçirmiş və müəyyən olunmuşdur ki, Minayə xanımın evində radiator partlayıb. Bir evə və bir obyektə ziyan dəymişdir. Ekspertiza rəy verə bilər ki, partlamanın səbəbi nədir. Onlar sadəcə baxmışlar və görmüşlər ki, Minayə xanımın evində radiator partlayıb və bu barədə arayış tərtib etmişlər. Xətt binanın xətti deyil, Minayə xanımın evindəki radiatorda partlama olub, ola bilər ki, radiator köhnə olub, hər bir halda onu mənzil sahibi dəyişməli idi, su həmin mənzildən axıb. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş "xxxx" MMC və 34 saylı Mənzil Kommunal İstismar Sahəsi məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 39/47 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2017-ci ildə tam payda X2 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. - RAZ231040 nömrəli daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 39/47 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən xx.xx.2023-cü ildə sığortalanmış, sığorta məbləği 112900 manat müəyyən edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, sığortalı X3 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 39/47 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən sığortalanmış və xx.xx.2023-cü ildə su basma nəticəsində 2000 manat obyektə ziyan dəymiş, azadolma məbləği 1000 manat müəyyən edilmiş, faktiki ödənilən məbləğin həddi 997.70 manat müəyyən edilmişdir. - Dəymiş zərərin ilkin hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 39/47 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş ziyanın məbləği 2000 manat müəyyən edilmişdir. - 34 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli subasma hadisəsinə dair arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 39 saylı binanın 99 saylı mənzilindən istilik borusunun partlaması nəticəsində su axaraq, “Belissa” mebel evini basmışdır. Mebel evinin fasadı və mebel avadanlıqları pis vəziyyətə düşmüşdür. Təqsirli şəxs ev sahibi Cavabdeh qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, sığortalı X2 razı olması və İddiaçı ASC tərəfindən ona BB № 806457 saylı xx.xx.2023-cü il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan Bakı şəhəri, Qara Qarayev prospekti 39/47 ünvanında yerləşən daşınmaz əmlaka 1000 (bir min) manat məbləğində yanğın, su basma və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qara Qarayev prospekti 39/47 ünvanında yerləşən X3 məxsus ticarət obyektindəsu basma hadisəsi baş vermişdir. Cavabdeh baş vermiş hadisədə təqsirli olmuşdur. Hadisə nəticəsində sığorta predmetinə 1000 (bir min) manat məbləğində zərər dəymişdir. RAZ ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və CFİ-0031/2023-AKT 1253/23 saylı sığorta aktına əsasən 997,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş, iddiaçının həmin pulu cavabdehdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdeh pulu ödəmədiyindən iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 997.70 manat ödənişin, 30 manat dövlət rüsumunun əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 997.70 manat ödənişin və 30 manat dövlət rüsumunun əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar