Məhkəmə qərarları › İş №e-2(007)-668/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-668/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-668/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1166 manat məbləğində əsas borc, 334 manat məbləğində dəbbə pulu (cərimə borcu), mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 35 manat məbləğində dövlət rüsumu ilə birlikdə 1535 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, iş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh əvvəlki qeydiyyatda olduğu ünvan ünvan 1 iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən əvvəl yəni, xx.xx.2023-cü il tarixdə artıq həmin ünvandan qeydiyyatdan çıxmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; Beləliklə, məhkəmə hesab edir ki, mülki işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğu üçün, hazırkı halda iş üzrə yekun məhkəmə aktı qəbul edilə bilməz, aidiyyət məsələsi həll edilməli və mülki iş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35.2, 39.1, 44.2.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair e-2(007)-668/2024 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar