Məhkəmə qərarları › İş №e-2(007)-734/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-734/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-734/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL281714 saylı xx.xx.2019-cu il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 509 (beş yüz doqquz) manat əsas borc, 0,00 (sıfır) manat cərimə olmaqla, ümumilikdə 509 (beş yüz doqquz) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BL281714 saylı xx.xx.2019-cu il tarixdə bağlanmış Nisyə satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 5-dən gec olmamaqla 65 (altmış beş) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 509 (beş yüz doqquz) manat əsas borc, 0,00 (sıfır) manat cərimə olmaqla, ümumilikdə 509 (beş yüz doqquz) manat borcu qalmışdır.

İş materialları :

3. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BL281714 nömrəli nisyə satış müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh 1206 manat dəyərində olan avadanlığı satmağı, cavabdeh onu qəbul edib ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada ödəniş etməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2019-cu il tarixli, BL281714 nömrəli nisyə satış müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, borclu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 5-dən gec olmayaraq 18 ay müddətində hər ay 65 manat olmaqla, cəmi 1159 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

5. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli borca dair arayışdan görünür ki, borclu xx.xx.2019-cu il tarixli, BL281714 nömrəli nisyə satış müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən 10 ay müddətində hər ay 65 manat olmaqla, cəmi 650 manat ödəniş etmiş, 509 manat borcu qalmışdır.

6. İş materiallarına əlavə edilmiş malların siyahısına dair sənəddən görünür ki, Rzayeva X3 Samsung RT35K5440S8/WT markalı soyuducunu təhvil almışdır.

7. İddiaçı "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli, BL281714 nömrəli nisyə satış müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə xx.xx.2022-ci il tarixinə 509 manat borcu yaranmışdır. Cavabdehə borc məbləğinin, borcun gecikdirilməsi ilə bağlı hesablanmış cərimələrin və məhkəmə xərclərinin ödənilməsi barədə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.

8. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

11. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.85.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları :

12. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, BL281714 nömrəli nisyə satış müqaviləsinin bağlanması və cavabdehin İddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, Alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu Alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Məhkəmənin mövqeyi :

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

17. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, BL281714 nömrəli nisyə satış müqaviləsi bağlanmışdır.

18. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

19. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli, BL281714 nömrəli müqavilə üzrə cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək hər ay 65 manat ödəmək şərti ilə ümumi dəyəri 1206 manat olan avadanlığı satın almışdır.

20. İş materiallarına əlavə edilmiş malların siyahısına dair sənəddən görünür ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

21. Belə ki, iş materiallarına əlavə edilmiş borca dair arayışdan görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli, BL281714 nömrəli müqavilə üzrə 509 manat borcu vardır.

22. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı arasında bağladığı nisyə satış müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddiaçının əsas borca görə 509 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

24. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini almasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, mübahisəyə müvafiq prosessual maraq göstərməmiş, iddia tələbinə etiraz etməmişdir. Belə olan halda məhkəmə cavabdehin xx.xx.2019-cu il tarixli BL367920 saylı müqavilə üzrə yerinə yetirilməmiş borc öhdəliyinin olmasını, tələb edilən məbləği işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir.

Məhkəmə xərcləri :

25. İddiaçı "xxxx" MMC ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.

26. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

27. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL281714 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 509 (beş yüz doqquz) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi :

İddia tələbi təmin edilsin. Cavabdeh 509 (beş yüz doqquz) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar