Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-772/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr:
1. xx.xx.2023-cü il tarixli, 09392139 saylı müqavilə (Twin Buds SBS Qulaqlıq, X1).
2. xx.xx.2023-cü il tarixli, 15651900 saylı müqavilə (CASİO qol saatı).
3. xx.xx.2023-cü il tarixli, 15652117 saylı müqavilə (TOSHİBA LED TV).
Müqavilələrin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:
1. xx.xx.2023-cü il tarixli, 09392139 saylı müqavilə üzrə 73,05 manat əsas borc, 8,79 manat cərimə.
2. xx.xx.2023-cü il tarixli, 15651900 saylı müqavilə üzrə 100,92 manat əsas borc, 11,08 manat cərimə.
3. xx.xx.2023-cü il tarixli, 15652117 saylı müqavilə üzrə 14,16 manat əsas borc, 0 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 208 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 09392139 saylı müqavilə üzrə 73,05 manat əsas borc, 8,79 manat cərimə, xx.xx.2023-cü il tarixli, 15651900 saylı müqavilə üzrə 100,92 manat əsas borc, 11,08 manat cərimə, xx.xx.2023-cü il tarixli, 15652117 saylı müqavilə üzrə 14,16 manat əsas borc olmaqla ümumilikdə 208 manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qumru Əliyeva