Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-778/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********19782 İphone 14 Pro Max markalı telefon üçün 3659.24 (üç min alt yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 479.17 (dörd yüz yetmiş doqquz manat on yeddi qəpik) manat dəbbə və xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********50757 olan İphone 14 Pro Max markalı telefon üçün 3562.39 (üç min beş yüz altmış iki manat otuz doqquz qəpik) manat ödənilməmiş hissə, 466.2 (dörd yüz altmış altı manat iyirmi qəpik) manat dəbbə borcu, ümumilikdə 8167 manat borc, 101.67 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, imei kodu olan **********19782 İphone 14 Pro Max markalı telefon, İmei Kodu **********50757 olan İphone 14 Pro Max markalı telefon almış və nəticədə 8167 (səkkiz min yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4116.96 (dörd min yüz on altı manat doxsan altı qəpik) manat (18 ay x 228.72 manat + 0 manat ilkin ödəniş) imei kodu olan **********19782 İphone 14 Pro Max markalı telefon üçün ümumilikdə, 4138.41 (dörd min yüz otuz səkkiz manat qırx bir qəpik) manat olmaqla ondan, 3659.24 (üç min alt yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 479.17 (dörd yüz yetmiş doqquz manat on yeddi qəpik) manat dəbbə və cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4108.06 (dörd min yüz səkkiz manat altı qəpik) manat (18 ay x 222.67 manat + 100 manat ilkin ödəniş) olan imei kodu **********50757 İphone 14 Pro Max markalı telefon üçün ümumilikdə, 4028.59 (dörd min iyirmi səkkiz manat əlli doqquz qəpik) manat olmaqla ondan, 3562.39 (üç min beş yüz altmış iki manat otuz doqquz qəpik) manat ödənilməmiş hissə, 466.2 (dörd yüz altmış altı manat iyirmi qəp) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1003.39 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər.
İş materialları :
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03644766 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod **********19782 olan İphone 14 Pro Max 256gb-Gold markalı telefon və xx.xx.2023-ci il tarixli, 13754098 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə İmei kod **********50757 olan İphone 14 Pro Max 256gb-Space Black markalı telefon verilmişdir. Cavabdeh müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2023-cü il tarixli, 03644766 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 25-dən gec olmayaraq 18 ay müddətində hər ay 228.72 manat olmaqla, cəmi 4116.96 (dörd min yüz on altı manat doxsan altı qəpik) manat ödəniş etməli və xx.xx.2023-ci il tarixli, 13754098 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş olaraq 100 manat ödəniş etməklə, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 30-dan gec olmayaraq 18 ay müddətində hər ay 222.67 manat olmaqla, cəmi 4108.06 (dörd min yüz səkkiz manat altı qəpik) manat ödəniş etməlidir.
5. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-ci il tarixli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli və xx.xx.2023-ci il tarixli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.
6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3659.24 manat əsas, 479.17 manat cərimə borcu olmaqla, cəmi 4138.41 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3562.39 manat əsas, 466.2 manat cərimə borcu olmaqla, cəmi 4028.59 manat borcu vardır.
7. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlandırılmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 44241 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 457.72 və 545 67 manat ödəniş edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 101.67 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, müqavilə üzrə alınmış telefonlar onda deyildir. Onda olmayan telefona görə ödəniş etmək istəmir. Həmçinin hesablanmış borc məbləği ilə də razı olmadığını bildirmişdir.
İşin faktiki halları
13. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli və xx.xx.2023-ci il tarixli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.
19. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2023-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 0 manat ödəməklə, cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 228.72 manat ödəmək şərti ilə ümumi dəyəri 4116.96 manat İmei kodu olan **********19782 İphone 14 Pro Max markalı telefon, xx.xx.2023-cü il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ilkin ödəniş olaraq 100 manat ödəniş etməklə, cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək 222.67 manat ödəmək şərti ilə ümumi dəyəri 4108.06 manat İmei kodu olan **********50757 İphone 14 Pro Max markalı telefon almışdır.
21. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.
22. Belə ki, İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə 3659.24 (üç min alt yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat əsas, 479.17 (dörd yüz yetmiş doqquz manat on yeddi qəpik) manat cərimə borcu və xx.xx.2023-ci il tarixli müqavilə üzrə 3562.39 (üç min beş yüz altmış iki manat otuz doqquz qəpik) manat əsas, 466.2 (dörd yüz altmış altı manat iyirmi qəp) manat cərimə borcu vardır.
23. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2023-ci il tarixli müqavilə üzrə 3659.24 (üç min alt yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat və xx.xx.2023-ci il tarixli müqavilə üzrə 3562.39 (üç min beş yüz altmış iki manat otuz doqquz qəpik) manat ödənilməmiş əsas borca görə ümumi 7221.63 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.
25. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.
26. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.
27. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 479.17 manat təşkil edən cərimə məbləğinin 50 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 466.2 manat təşkil edən cərimə məbləğinin 50 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
28. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 101.67 manat məbləğində dövlət rüsumu ödəmişdir.
29. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 93.22 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
30. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-ci il tarixli müqavilə üzrə 3659.24 manat əsas, 50 manat cərimə borcu və xx.xx.2023-ci il tarixli müqavilə üzrə 3562.39 manat əsas, 50 manat cərimə borcu olmaqla, cəmi 7321.63 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
31. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 93.22 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilə üzrə ödənilməmiş 3659.24 (üç min alt yüz əlli doqquz manat iyirmi dörd qəpik) manat əsas borc və cərimə qismində 50 manat, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 3562.39 (üç min beş yüz altmış iki manat otuz doqquz qəpik) manat əsas borc və cərimə qismində 50 manat olmaqla, cəmi 7321.63 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 93.22 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva