Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-85/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Tağıyeva (Seyidova) Zenfira İsa qızının cavabdehlər Cavabdeh5, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızına, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (paylı mülkiyyət, əmlakın açıq hərracdan satılması, əmlakın paylara uyğun bölünməsi) X6 Tağı oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı Tağıyeva (Seyidova) Zenfira İsa qızı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh5 vəkili və nümayəndəsi Vəkil2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Tağıyeva (Seyidova) Zenfira İsa qızının cavabdehlər Cavabdeh5, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızına, Cavabdeh2 və Cavabdeh4 qarşı “paylı əmlakın hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Tağıyeva (Seyidova) Zenfira İsa qızı cavabdehlər Cavabdeh5, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızına, Cavabdeh2 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, analarından miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilin və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evinin 1/6 pay hesabı ilə 6 vərəsə- Tağıyeva (Seyidova) Zenfira İsa qızı, X4, Cavabdeh2, Cavabdeh5,Cavabdeh3, Cavabdeh4 arasında naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, iddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, mübahisə predmeti olan əmlakın naturada bölünməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq, həmin əmlakların açıq hərracdan satılması, əldə olunmuş vəsaitin vərəsələr arasınad paylara uyğun qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhumə anaları X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günə onun: 6 vərəsəsi: Tağıyeva (Seyidova) Zenfira İsa qızı, X4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, iki yerdə:-ünvan 1 ünvanında yerləşən 3 otaalıva düzəldilmiş, 2 otaqlı mənzil: -Bərdə şəhəri, ünvan 2ında yerləşən 0.0566 ha həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-589/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzil və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evi qanun üzrə vərəsələrin hər birinin payı 1/6 hissə olmaqla bölünmüşdür. Cavabdehlərə tərəfindən pretenziya verilmişdir. Cavabdeh vərəsələr miras qalmış əmlakların naturada bölünməsinə razılığa gələ bilmirlər. Odur ki, məsələnin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. İş materialları: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 297.9 kv.m olan ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə X1 adına ********** nömrə ilə qeydiyyata alınmışdır; xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri İddiaçı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 hər biri miras əmlakdan 1/6 hissədə pay almışlar. Pretenziyadan (Təklif) görünür ki, İddiaçı cavabdehlərə paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və ya ona miras payına uyğun kompensasiya ödənilməsi barədə məktub ünvanlamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-589/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzil və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və 297.9 kvm olan fərdi yaşayış evi qanun üzrə vərəsələr arasında hər birinə 1/6 hissədə pay verilməklə bölünmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən, 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2726-9/2793 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bərdə şəhəri, Babək küçəsi 05/2 ünvanında yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 10 ünvanında yerləşən 11 saylı mənzilin ideal paylar üzrə naturada bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Bərdə şəhəri, Babək küçəsi 05/2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə orta bazar qiyməti 128000 manat, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 10 ünvanında yerləşən 11 saylı mənzilin orta bazar qiyməti 92270 manatdır. Bərdə şəhəri, Babək küçəsi 05/2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə likvid qiyməti 115200 manat, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 10 ünvanında yerləşən 11 saylı mənzilin likvid qiyməti 83000 manatdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 10 ünvanında yerləşən 11 saylı mənzilin bazar dəyəri 140000 manat, likvid dəyəri 119000 manat təşkil edir. Məhkəmə qərardadı əsasında təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə, “X5” MMC-nin xx.xx.2025-ci il tarixli, LBC-01/2025 saylı rəyindən görünür ki, Bərdə şəhəri, Babək küçəsi 05/2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə bazar dəyəri 76000, likvid dəyəri 61000 manat, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 10 ünvanında yerləşən 11 saylı mənzilin bazar dəyəri 110000, likvid dəyəri 100000 manatdır. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Məhəmməd həmin ünvanda yaşayır. Əmlak 6 nəfər arasında bölünərsə, ona az hissə çatacaq. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh2 izahatlarında iddia tələbini qəbul etdiklərini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmənin əvvəlki iclasında iştirak edən Hümbətova (Tağıyeva) Sevil İsa qızı izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh4 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının və cavabdehlərin anası etmiş X2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, onun vərəsələri İddiaçı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 hər biri miras əmlakdan 1/6 hissədə pay almışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-589/2023 saylı qətnaməsi ilə, ünvan 1 ünvanında yerləşən mənzil və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və 297.9 kvm olan fərdi yaşayış evi qanun üzrə vərəsələr arasında hər birinə 1/6 hissədə pay verilməklə bölünmüşdür. Məhkəmə tərəfindən təyin edilən məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə mübahisə predmeti olan əmlakların naturada ideal paylar üzrə bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Hazırda iddiaçı, sözügedən əmlakların açıq hərracda satılaraq, əldə ediləcək vəsaitin paylara mütənasib olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki qanunvericiliyin mənasına görə, ümumi mülkiyyətin iştirakçısının əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ vardır. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və ya pul kompensasiyasının (dəyərinin) ödənilməsi ilə həyata keçirilə bilər. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, paylı mülkiyyətdə olan əmlakların 1/6 hissədə mülkiyyətçisi olan İddiaçı və əmlakların qalan mülkiyyətçiləri olan cavabdehlər ümumi mənzildəki payların satılması və ya mənzilin açıq hərracda satılıb dəyərinin paylara uyğun ödənilməsinin şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərindən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdehlər onlara məxsus payların biribirinə satılmasına razı olmadıqları üçün məhkəmə hesab edir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçı tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bununla da, müəyyən edildi ki, iddiaçı mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə bağlı ekspert rəyi də verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırkı halda məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, məhkəmə “X5” MMC-nin xx.xx.2025-ci il tarixli, LBC- 01/2025 saylı rəyi əsaslıdır, işin faktiki halları ilə uyğun gəldiyindən yekun qərar qəbul edilərkən həmin rəy əsas götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2726-9/2793 saylı rəyini tədqiqatın mühəndis-texniki hissəsində əsaslı hesab edir. İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi prosesi zamanı Bərdə şəhəri, Babək küçəsi 05/2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə bazar dəyəri 76000, likvid dəyəri 61000 manat, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 10 ünvanında yerləşən 11 saylı mənzilin bazar dəyəri 110000, likvid dəyəri 100000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 10 ünvanında yerləşən 11 saylı mənzil hərraca çıxarıldıqda, ilkin satış qiyməti 110000 manat və Bərdə şəhəri, Babək küçəsi 05/2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə hərraca çıxarıldıqda, ilkin satış qiyməti 76000 müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tələb etmədiyindən, onun özünə aid edilməli, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 750 manat məbləğində pul iddiaçı Tağıyeva (Seyidova) Zenfira İsa qızı və cavabdehlər Cavabdeh5, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq “X5” MMC-nin xeyrinə (VÖEN: **********, hesab nömrəsi: AZ77PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, swift: PAHAAZ22, bank kodu: 505141, valyuta:AZN, müxbir hesab: AZ82NABZ********************) ödənilməli, məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat vəsait iddiaçı Tağıyeva (Seyidova) Zenfira İsa qızı və cavabdehlər Cavabdeh5, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzil 110000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, əldə olunan pul vəsaiti hər birinə 1/6 hissə olmaqla, Tağıyeva (Seyidova) Zenfira İsa qızı, Cavabdeh5, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Cavabdeh2 və Cavabdeh4 arasında bölünməli, Bərdə şəhəri, Babək küçəsi 05/2 ünvanında yerləşən fərdi yaşayış evi (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) 76000 ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, əldə olunan pul vəsaiti hər birinə 1/6 hissə olmaqla, Tağıyeva (Seyidova) Zenfira İsa qızı, Cavabdeh5, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Cavabdeh2 və Cavabdeh4 arasında bölünməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil 110000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaiti hər birinə 1/6 hissə olmaqla, Tağıyeva (Seyidova) Zenfira İsa qızı, Cavabdeh5, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Cavabdeh2 və Cavabdeh4 arasında bölünsün. Bərdə şəhəri, Babək küçəsi 05/2 ünvanında yerləşən fərdi yaşayış evi (yerləşdiyi torpaq sahəsi ilə birlikdə) 76000 ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə olunan pul vəsaiti hər birinə 1/6 hissə olmaqla, Tağıyeva (Seyidova) Zenfira İsa qızı, Cavabdeh5, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Cavabdeh2 və Cavabdeh4 arasında bölünsün. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 750 manat məbləğində pul iddiaçı Tağıyeva (Seyidova) Zenfira İsa qızı və cavabdehlər Cavabdeh5, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq “X5” MMC-nin xeyrinə (VÖEN: **********, hesab nömrəsi: AZ77PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, swift: PAHAAZ22, bank kodu: 505141, valyuta:AZN, müxbir hesab: AZ82NABZ********************) ödənilsin. Məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat vəsait iddiaçı Tağıyeva (Seyidova) Zenfira İsa qızı və cavabdehlər Cavabdeh5, Cavabdeh3, Hümbətova (Tağıyeva) Sevil İsa qızı, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-85/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-85/2025
01.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver