Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-877/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 220.59 manat borcun (abonent kodu: **********210) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu**********210) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 220,59 (iki yüz iyirmi manat 59 qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri Abşeron rayonu, Masazır qəs., ev-2, mən.121 ünvanında, ona məxsus evdə xx.xx.2018-ci il tarixdə quraşdırılmış İSS-15 tipli, 503764 nömrəli, C564368 plomblu su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir.
İş materialları :
3. Abonent kartının surətindən görünür ki, abonent kodu **********210, müqavilə nömrəsi № 38474819, tarixi xx.xx.2018, xidmət tipi su olan Cavabdeh hesabına su sərfiyatına görə 2018-ci ildən 2023-cü ilin müvafiq ayı daxil olmaqla 220.59 manat borc hesablanmışdır.
4. Cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixinə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə olan 220.59 manat borcun 10 gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
5. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
6. İş materiallarına əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli ərizəsində İddiaçı ASC-nin ona qarşı irəli sürdüyü iddianı qəbul etmədiyini, qəti etiraz etdiyini və İddiaçı ASC-yə heç bir borcunun olmadığını bildirmişdir.
7. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Sergeyeviçin (abonent kodu **********210, müqavilə nömrəsi 38474819, sayğac göstəricisi 503764) xx.xx.2024-cü il tarixinə sudan istifadəyə və tullantı sularının axıdılması xidmətinə görə borcu yoxdur.
İşin faktiki halları.
8. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 38474819 nömrəli müqavilə əsasında xx.xx.2018-ci il tarixdə İSS-15 tipli, 503764 nömrəli, C564368 plomblu su sayğacı quraşdırılmışdır. Cavabdeh Sergeyeviç tərəfindən müvafiq ödənişlər edildiyi üçün xx.xx.2024-cü il tarixinə sudan istifadəyə və tullantı sularının axıdılması xidmətinə görə borcu yoxdur.
Tətbiq edilən hüquq :
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi :
527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
10. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:
61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri : 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
62. Xidmətlərə görə borcların alınması qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi :
135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
Məhkəmənin mövqeyi :
12. Məhkəmə iddia ərizəsini ona əlavə edilmiş materiallar ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
13. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 38474819 nömrəli “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi müqaviləsi üzrə İddiaçı ASC Cavabdeh **********210 kodlu abonent kartından müəyyən edildiyi kimi Bakı şəhəri, Abşeron rayonu, Masazır qəs., ev-2, mən.121 ünvanında su təchizatı sistemindən suyun verilməsi və tullantı sularının axıdılması xidməti göstərmişdir.
14. xx.xx.2023-cü il tarixdə verilmiş abonent kartına dair məlumatdan görünür ki, Cavabdeh həmin tarixə “su təchizatı və tullantı sularının axıdılması” xidmətlərinə görə abonent kodu **********210, xx.xx.2018-ci il tarixli 38474819 nömrəli müqavilə üzrə 2018-ci ildən 2023-cü ilin müvafiq ayı daxil olmaqla 220.59 manat borcu yaranmışdır.
15. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Belə ki, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışa əsasən Cavabdeh Sergeyeviçin xx.xx.2024-cü il tarixinə sudan istifadəyə və tullantı sularının axıdılması xidmətinə görə borcunun olmaması müəyyən edilmişdir.
16. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə öhdəliyə xitam əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsidir (MM528).
17. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri üzrə üzərinə düşən öhdəliyə onun tərəfindən öhdəliyin kreditorun xeyrinə lazıminca icrası nəticəsində xitam verildiyindən İddiaçı ASC-nin Cavabdeh qarşı olan iddia tələbi təmin edilməməlidir.
18. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
19. Buna görə də məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyinə görə Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin 30 manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilməlidir.
Nəticə :
20. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi rədd edilməli və İddiaçı ASC-nin Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 220.59 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməməlidir.
21. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunu iddiaçının özünə aid edilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QətEtdi:
İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva