Məhkəmə qərarları › İş №e-2(007)-979/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-979/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-979/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 10 avqust 2022-ci il tarixli ML/4085nömrəli X4 üzrə - əsas borcun məbləği borc 8164,32 (səkkiz min yüz altmış dörd manat otuz iki qəpik) AZN, lizinq üzrə faiz borcunun məbləği 4807,66 (dörd min səkkiz yüz yeddi manat altmış altı qəpik) AZN, lizinq üzrə hesablanmış cərimə məbləği 240,38 (iki yüz qırx manat otuz səkkiz qəpik) AZN olmaqla, cəmi 13212,36 (on üç min iki yüz on iki manat otuz altı qəpik) AZN məbləğdə lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 129,64 (bir yüz iyirmi doqquz manat altmış dörd qəpik) AZN məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi, lizinq predmetini təşkil edən “Ford Fusion” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə Cavabdeh arasında 10 avqust 2022-ci il tarixli ML/4085 nömrəli X4 bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh 1 (bir) ədəd 2013-cü il buraxılışlı “Ford Fusion” minik markalı, 3FA6P01177DR305174 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23% (iyirmi üç faiz) dərəcəsi ilə 31 (otuz bir) ay müddətinə (avtomobil alınması üçün) lizinqə verilib. X2 üzrə kredit məbləği 13870 (on üç min səkkiz yüz yetmiş manat) təşkil edir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Cavabdeh uzun müddətdir ki, lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı tərəfindən cavabdeh dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, lizinq üzrə borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh 10 avqust 2022-ci il tarixli ML/4085nömrəli X4 üzrə lizinq borcu - lizinq üzrə əsas borcun məbləği 8164,32 (səkkiz min yüz altmış dörd manat otuz iki qəpik) AZN, lizinq üzrə faiz borcunun məbləği 4807,66 (dörd min səkkiz yüz yeddi manat altmış altı qəpik) AZN, lizinq üzrə hesablanmış cərimə məbləği 240,38 (iki yüz qırx manat otuz səkkiz qəpik) AZN olmaqla, cəmi 13212,36 (on üç min iki yüz on iki manat otuz altı qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb (pretenzitya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). 10 avqust 2022-ci il tarixli ML/4085 nömrəli X4nin 12.1-ci maddəsinə əsasən, lizinq alan tərəfindən şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda (12.1.1. lizinq alanın lizinq obyektinin istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 12.1.2. Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilirsə; 12.1.3. lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya üç dəfədən artıq ödənişi gecikdiribsə), lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. Təkrarən qeyd edirlər ki, cavabdeh 10 avqust 2022-ci il tarixli ML/4085nömrəli X4 üzrə lizinq borcu - əsas borc 8164,32 (səkkiz min yüz altmış dörd manat otuz iki qəpik) AZN, lizinq üzrə faiz borcunun məbləği 4807,66 (dörd min səkkiz yüz yeddi manat altmış altı qəpik) AZN, lizinq üzrə hesablanmış cərimə məbləği 240,38 (iki yüz qırx manat otuz səkkiz qəpik) AZN olmaqla, cəmi 13212,36 (on üç min iki yüz on iki manat otuz altı qəpik) AZN təşkil edir. Nəticə etibarilə, hesab edirlər ki, ümumilikdə 13212,36 (on üç min iki yüz on iki manat otuz altı qəpik) AZN məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq predmetini təşkil edən “Ford Fusion” minik markalı avtomobilin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmalıdır.

İş materialları:

3. xx.xx.2022-ci il tarixli ML/4085 saylı “X4”indən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, "FORD FUSİON” minik markalı, 3FA6P01177DR305174 ban nömrəli avtomobil "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X4"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh ilkin olaraq 13870 manat ödəməklə illik 23 % hesablanmaqla, 31 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 597,58 manat, ümumilikdə isə 18524,92 manat məbləğində pulu " PSG FİNANS” BOKT MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.4-cü bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0,3% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər.

4. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC, Cavabdeh və X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Öhdəliklərin verilməsi haqqında müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ML/4085 saylı “X4” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür.

5. xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktında görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə məxsus “FORD FUSİON” markalı, 3FA6P01177DR305174 ban nömrəli, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir.

6. İddiaçı BOKT MMC-nin xx.xx.2024-cü il tarixli 1604/24 saylı pretenziyasının surətindən görünür ki, iddiaçı yaranmış borcun ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə yaranmış borcun və lizinq obyektinin qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi onun nəzərinə çatdırılmışdır.

7. İddiaçı BOKT MMC-nin xx.xx.2024-cü il tarixli 1627/24 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ML/4085 saylı lizinq müqaviləsi üzrə 8164,32 manat əsas, 4807,66 manat mükafat, 240,38 manat cərimə borcu vardır.

8. Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün Monetri” BOKT MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 129,64 manat dövlət rüsumu ödənişmişdir.

9. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/2522 nömrəli rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatlarından (ödənişlərin tarixiəriə göstərilən şəkildə) göründüyü kimi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC (“PSG X7 Kredit Təşkilatı” MMC) ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, ML/4085 nömrəli lizinq müqaviləsinə əsasən ayrılmış vəsait üzrə Cavabdeh xx.xx.2024-cü il tarixinə (maliyyə arayışında göstərilən tarixə) kimi olan dövr ərzində əsas və mükafat borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 8120,23 manat, mükafat borcu üzrə 1327,12 manat.

Tərəflərin izahatları:

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtomobil cavabdehə təhvil verilib, bundan sonra alğı-satqı olmayıb. Bununla bağlı sübutları yoxdur.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtomobil tapılsın və ona verilsin ki, o da, lizinq müqaviləsi üzrə ödənişləri etsin. Avtomobil satılıb, onlarda deyil. Avtomobillə yol-nəqliyyat hadisəsi olubsa, avtomobilin kim tərəfindən götürülməsi araşdırılmalıdır.

İşin faktiki halı:

12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC (əvvəlki “PSG X7 Kredit Təşkilatı” MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ML/4085 saylı “X4”nə əsasən 2013-cü il buraxılışlı, “Ford Fusion” markalı, 3FA6P01177DR305174 ban nömrəli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan ilkin olaraq 13870 manat ödəməklə illik 23 % hesablanmaqla 31 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 597,58 manat, ümumilikdə isə 18524,92 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18524,92 manatın 13870 manatı əsas məbləğ təşkil edir. xx.xx.2022-ci il tarixdə Cavabdeh, X6 və İddiaçı MMC arasında “Öhdəliklərin verilməsi” müqaviləsi bağlamış və ML/4085 saylı “Maliyyə lizinqi” müqaviləsi üzrə cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Ford Fusion” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh ML/4085 saylı “X4“nə əsasən xx.xx.2024-cü il tarixə 8164,32 manat əsas, 4807,66 manat mükafat, 240,38 manat cərimə borcu yaranmışdır. X4 və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənişməsini və öhdəliyin icrasını tələb edə bilər.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

17. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı BOKT MMC Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli ML/4085 saylı lizinq müqaviləsinə və xx.xx.2022-ci il tarixli Öhdəliklərin verilməsi müqaviləsinə əsasən, üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh istifadəsinə və sahibliyinə versə də, lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alan üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir.

18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir.

19. Məhkəmə iclasında tədqiq edilmiş İddiaçı BOKT MMC-nin xx.xx.2024-cü il tarixli 1627/24 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ML/4085 saylı “Daxili lizinq müqaviləsi” üzrə 8164,32 manat əsas, 4807,66 manat mükafat, 240,38 manat cərimə borcu vardır.

20. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli 9/2522 nömrəli rəydən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, ML/4085 nömrəli lizinq müqaviləsinə əsasən ayrılmış vəsait üzrə Cavabdeh xx.xx.2024-cü il tarixinə kimi olan dövr ərzində əsas borc üzrə 8120,23 manat, mükafat borcu üzrə 1327,12 manat məbləğində müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 22.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

23. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

24. Məhkəmə ekspert rəyini nəzərə alaraq, iddia tələbindən kənara çıxmamaq şərtilə hesab edir ki, Cavabdeh 8120,23 manat əsas, 1327,12 manat mükafat borcu tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə, cavabdehə hesablanmış 240,38 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək sayır və onun miqdarının 200 manatadək azaldılmasını iddiaçının bütün mənafelərinə uyğun hesab edir.

26. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrası şərtlərini pozduğundan, cavabdehdən 8120,23 manat əsas, 1327,12 manat mükafat, 200 cərimə pulu, ümumilikdə 9647,35 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

29. Məhkəmə həmçinin hesab edir ki, lizinq obyekti olan "FORD FUSİON” minik markalı, 3FA6P01177DR305174 ban nömrəli avtomobil lizinq alandan geri alınaraq, lizinq verənə təhvil verilməlidir.

30. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi izahatında lizinq obyektinin onda olmadığını, avtomobilin başqa şəxs tərəfindən idarə edildiyini qeyd etmişdir.

31. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, Lizinq müqaviləsinin 7.2-ci maddəsində göstərilmişdir ki, müqavilənin qüvvədə olduğu müddətdə lizinq alan lizinq obyektinin özgəninkiləşdirilməsinə yönəlmiş əqdlər bağlaya, habelə lizinq pbyektini üçüncü şəxslərin ceyrinə yüklü edə bilməz. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(006)-1479/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X3 "FORD FUSİON” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtombili idarə etmək hüququ olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi yörətmişdir. Belə olan halda isə, cavabdehin göstərdiyi dəlillərin heç bir əsası yoxdur. Tərəflər arasında olan lizinq müqaviləsinə əsasən adıçəkilən avtomobil cavabdehə təhvil verilmiş və müqavilə üzrə öhdəliklərin cavabdehdən başqa bir şəxsə ötürülməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

Məhkəmə xərcləri:

32. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 129,64 manat dövlət rüsumu ödənilmişdir.

33. Bundan əlavə, işdə olan xx.xx.2025-ci il tarixli 9/2522 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

34. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 129,64 manat dövlət rüsumunun 34,94 manatı iddiaçıya, 94,7 manatı Cavabdeh aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 26,99 manatı iddiaçıdan, 73,01 manatı cavabdeh Həqiqət Turqay qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Nəticə:

30. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8120,23 manat əsas, 1327,12 manat mükafat, 200 cərimə pulu, ümumilikdə 9647,35 manat borc və ödənilmiş 94,7 manat dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 34,94 manatı iddiaçıya aid edilməli, lizinq obyekti olan 2013-cü il buraxılışlı, "FORD FUSİON” minik markalı, 3FA6P01177DR305174 ban nömrəli avtomobil İddiaçı BOKT MMC-yə qaytarılmalı, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 73,01 manatı Cavabdeh və 26,99 manatı İddiaçı BOKT MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 8120,23 manat əsas, 1327,12 manat mükafat, 200 cərimə pulu, ümumilikdə 9647,35 manat borc və ödənilmiş 94,7 manat dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 34,94 manatı iddiaçıya aid edilsin. Lizinq obyekti olan 2013-cü il buraxılışlı, "FORD FUSİON” minik markalı, 3FA6P01177DR305174 ban nömrəli avtomobil İddiaçı BOKT MMC-yə qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 73,01 manatı Cavabdeh və 26,99 manatı İddiaçı BOKT MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar