Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-987/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "Meqa Sığorta” ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "Meqa Sığorta” ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 (altı yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin, 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 630,40 (altı yüz otuz manat, qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində, saat 14:30da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “Hyundai/Verna” markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobil Binəqədi rayonu, Q.Süleymanov küçəsi ilə hərəkət edən zaman yol-hərəkəti qaydalarını pozmuş, nəticədə, Cavabdeh idarə etdiyi “Hyunai/Elantra” markalı, ** HL *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Binəqədi rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qərarla “Hyundai Verna minik” markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 29 iyun 2022-ci il tarixli, 25 nömrəli Qərarına əsasən baş vermiş yol-nəqliyyat hadisələrinə dair xx.xx.2022-ci il tarixindən etibarən zərərlərin birbaşa tənzimlənməsi həyata keçirilməyə başlanmışdır. Məhz buna görə də yol-nəqliyyat hadisəsində zərərçəkən şəxs Cavabdeh “Hyunai/Elantra” markalı, ** HL *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortaçısı olan "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC tərəfindən ZBT-2249/23 saylı sığorta ödənişi aktı və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 600 (altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra, iddia ərizəsinə əlavə edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”-dan, bu qaydanın tələbi əsasında imzalanmış “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” xx.xx.2022-ci il tarixli Kollektiv Saziş və subroqasiya tələblərinin reyestrindən çıxarışdan da göründüyü kimi sığorta şirkətləri arasında hesablaşma aparılması üçün "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə yuxarıda qeyd edilən sığorta ödənişinin əvəzləşmə qaydasında zərərvuranın sığortaçısı qismində "xxxx" ASCnin hesabına köçürülməsinə dair mail göndərilmişdir. Həmin maili "xxxx" ASC ödənişdən imtina edilməsi və imtinanın əsaslarına dair maillə cavablandırmışdır. Belə ki, "xxxx" ASC əsaslandırmasında qeyd etmişdir ki, zərərvuran “Hundai/Verna” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində, saat 14:30-da hər hansı bir sığorta şirkətində sığortalı olmamış, "xxxx" ASC-də isə hadisədən sonra xx.xx.2023-cü il tarixində, saat 14:42:04-dən etibarən sığortalı olmuşdur. Buna sübut olaraq "xxxx" ASC “Hundai/Verna” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta şəhadətnaməsini əlavədə onlara təqdim etmişdir. Bütün bunlar Cəmiyyət tərəfindən təfərrüatı ilə hərtərəfli şəkildə araşdırılmış və belə qənaətə gəlinmişdir ki, “Hundai/Verna” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə zamanı hər hansı bir sığorta şirkətində sığortalı olmamışdır. Belə ki, sığorta hadisəsinin ZBT (zərərin birbaşa tənzimlənməsi) kimi tənzimlənməsi üçün vacib əsaslardan biri zərərvuran və zərərçəkən tərəfin avtonəqliyyat vasitələrinin icbari sığortasının olmasıdır. Lakin baş vermiş sistem xətası səbəbi ilə Cəmiyyət tərəfindən ZBT kimi tənzimlənən haqqında bəhs edilən hadisə üzrə edilmiş sığorta ödənişinin geri tələb edilməsi məqsədi ilə məbləği alan Cavabdeh ilə xx.xx.2023-cü ildə əlaqə saxlanılmış, lakin danışıqlar heç bir nəticə verməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixində, saat 14:30-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Hyundai Verna” markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobil Binəqədi rayonu, Q.Süleymanov küçəsi ilə hərəkət edən zaman yolhərəkəti qaydalarını pozmuş, nəticədə, Cavabdeh idarə etdiyi “Hyunai Elantra” markalı, ** HL *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Cavabdehin sığortaçısı olaraq "xxxx" ASC tərəfindən cavabdehə 600 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin, daha sonra ASC tərəfindən məsələ araşdırılaraq belə qənaətə gəlinmişdir ki, “Hundai Verna” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə zamanı hər hansı bir sığorta şirkətində sığortalı olmamışdır. Belə ki, sığorta hadisəsinin zərərinin birbaşa tənzimlənməsi üçün vacib əsaslardan biri zərərvuran və zərərçəkən tərəfin avtonəqliyyat vasitələrinin icbari sığortasının olmasıdır. Lakin, cavabdehin avtomobilinə zərərvurmuş, X4 tərəfindən etibarnamə ilə idarə edilən avtomobil sığortalanmamışdır. Belə ki, həmin avtomobilin mülkiyyətçisi olan Namiq Məlikov sığorta üçün "xxxx" ASC-yə müraciət etmiş, sığorta müqaviləsi hadisə baş verən gün saat 14:24də bağlanılmış, ödəniş gec edildiyi üçün saat 14:42-də, yəni, hadisənin baş verməsindən 12 dəqiqə sonra qüvvəyə minmişdir. Hansı ki, sığorta müqavilə qüvvəyə mindiyi andan hesablanır. Sığorta üçün ödəniş edilir. Bu halın sistemdə qeyd edilmə prosesi var, ona görə də müqavilə bağlanan an qüvvəyə minmir. Sığortanı saatına əsasən deyil, gününə əsasən hesablamışlar. Bu sığortanın isə hadisə anında olması və yaxud hadisə anından əvvəl olmasını müəyyən etmək mümkün deyildir. Ümumi bir sistem var və həmin sistemə heç kəs, heç bir sığorta şirkəti müdaxilə edə bilməz. Qəza baş verən anda sığorta şirkəti ilə əlaqə saxlayıblar ki, müqavilə həmin an qüvvədə olsun. Lakin istəkləri baş tutmamış və müqavilə ödəniş edildiyi an qüvvəyə minmişdir. "xxxx" ASC-yə pretenziya məktubu göndərənə kimi onlar da bilmirdilər ki, avtomobilin sığortası olmamış, "xxxx" ASC şəhadətnaməni göndərəndən sonra müqavilənin qüvvədə olmamasını görmüşlər. Tərəflərindən tarixlərə baxdıqları zaman aydın olmuşdur ki, bu “Hyundai Verna” markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobilin ilk sığortasıdır. Əgər sistemdə səhvlik olmasa idi, onlar tərəfindən cavabdehə ödəniş edilməyəcəkdir. ASC tərəfindən zərərin birbaşa tənzimlənməsi kimi tənzimlənən haqqında bəhs edilən hadisə üzrə etdikləri sığorta ödənişinin geri tələb edilməsi məqsədi ilə məbləği alan Cavabdeh ilə xx.xx.2023-cü ildə əlaqə saxlanılmış, lakin danışıqlar heç bir nəticə verməmişdir. Məbləğ böyük bir məbləğ deyildir. Şirkət bunu üzərindən atmaq üçün niyə başqa yollara əl atsın? Heç başqa yola əl ata da bilməz. Onlar qarşı tərəflə hər ay 50 manat ödəniş edilməsi ilə bağlı razılaşa bilərlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini, hal-hazırda hadisə üzrə zərərçəkən olduğunu, burada olmamalı olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixində, saat 14:30-da qəza olmuş, saat 14:20-də müqavilə bağlanmışdır. Normalda sığorta müqaviləsi erkən qüvvəyə minməlidir. Sistem xətasından dolayı zərərvuran avtomobilin sığortasınıın olmadığını görə bilmədiklərini qeyd edirlər. Burada sistemlə bağlı problem olmuşdursa sığorta şirkətinin işçisi hadisə yerinə gəlib qeydiyyat aparana kimi məsələ həll edilə bilərdi. Saata doğru baxmamaları, işçi səhlənkarlığı ucbatından o günahlandırılır. Belə ki, hadisə zamanı 5 dəqiqə keçmədən, zərərçəkən şəxslə düşüb maşına baxan zaman o, "Meqa Sığorta” ASC-nin işçisi ilə əlaqə saxlamış, saat 16:04-də işçiyə hadisə yerinin ünvanını göndərmiş, o da tıxac ilə əlaqədar hadisə yerinə saat 16:20-də gəlmişdir. Həmin yazışmaları da saxlamışdır. Sığorta şirkətinin işçisi gələnə kimi qəzadan xeyli vaxt keçmiş, işçi gəlib baxış keçirmiş, məlumatları qeyd etmişdir. Səhlənkarlıq edən işçiyə qarşı bir tədbir görülməli idi. İddiaçı tərəf şikayətini "xxxx" ASC-yə edərdi, burada məsul bir şəxs olmalıdır. O, ayda 30- 50 manat ödəyə bilmir, çünki onun başqa öhdəlikləri də vardır. O, avtomobili ustaya aparıb təmir etdirmişdir. O, mülkiyyətçi ilə əlaqə saxlamaq istəmir, çünki onlar yola gələn adam deyil. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, PME********** saylı sığorta müqaviləsinə əsasən “Hyunai Elantra” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil 12 ay müddətinədək, yəni xx.xx.2022-ci il tarixədək "Meqa Sığorta” ASC tərəfindən sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə, saat 14:30-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Hyundai Verna” markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobil Binəqədi rayonu, Q.Süleymanov küçəsi ilə hərəkət edən zaman yol-hərəkəti qaydalarını pozmuş, nəticədə Cavabdeh idarə etdiyi “Hyunai Elantra” markalı, ** HL *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Binəqədi rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən “Hyundai Verna” minik markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və 40 manat məbləğində cərimə edilməsi müəyyən edilmişdir. “Kia Motors” un qüsur aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində cavabdehin “Hyunai Elantra” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilinə 600 (altı yüz) manat məbləğində zərər dəymiş, "xxxx" ASCnin “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı” xx.xx.2023-cü il tarixli, ZBT-2249/23 saylı ödənişi aktı və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 600 (altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra iddiaçı tərəfindən sığorta ödənişinin əvəzləşmə qaydasında zərərvuranın sığortaçısı qismində "xxxx" ASC-nin hesabına köçürülməsinə dair hadisəni törətmiş avtomobilin sığorta olunduğu "xxxx" ASC-yə müraciət edilmiş, "xxxx" ASC xx.xx.2023-cü il tarixdə cavab ünvanlayaraq bildirmişdir ki, zərərvuran “Hundai Verna” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində, saat 14:30-da hər hansı bir sığorta şirkətində sığortalı olmamış, "xxxx" ASC-də isə hadisədən sonra xx.xx.2023-cü il tarixində, saat 14:42:04-dən etibarən sığortalı olmuşdur. Odur ki, "Meqa Sığorta” ASC tərəfindən "xxxx" ASC-yə qarşı ZBT qaydasında irəli sürülmüş subroqasiya tələbinin ləğv edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PBA********** saylı sığorta müqaviləsinə əsasən “Hyundai Verna” minik markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobil 12 ay müddətinədək, yəni xx.xx.2024-cü il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsi xx.xx.2023-cü il tarixdə, saat 14:24-də bağlanmış, saat 14:42-də qüvvəyə minmişdir. İşin mübahisəli halları: İddiaçı cavabdeh tərəfindən sığorta ödənişi ödənilmədiyi üçün məhkəmədə 600 manat sığorta ödənişinin ödənilməsi tələbi ilə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etmədiyini, hadisə ilə bağlı zərərşəkən şəxs olduğunu bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1091-ci və 1092.1-ci maddələrinə, “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 25/2 nömrəli qaydasının 3.0.2-ci bəndinə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü, 13.1-ci, 52-1.1-ci, 55.1-ci, 55.5-ci, 71-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarına əsasən qeyd edir ki, sığorta ödənişi etmiş sığorta şirkəti həmin sığorta məbləğini həm zərəvuran avtomobil, həm də zərərdəymiş avtomobil sığortalı olduğu zaman sığorta ödənişini etməlidir. Avtomobliin sığortalı olması üçün sığorta müqaviləsi qüvvədə olmalıdır. Avtomobilinə zərər dəymiş olan cavabdehin avtomobili "Meqa Sığorta” ASC tərəfindən sığorta edilsə də, onun avtomobilinə zərərvurmuş avtomobilin sığortası hadisə zamanı qüvvədə olmamışdır. Belə ki, iş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə, saat 14:30-da baş vermiş, hadisəni törədən “Hyundai Verna” minik markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobilin sığorta müqaviləsi xx.xx.2023-cü il tarixdə, saat 14:24-də bağlanmış, saat 14:42-də qüvvəyə minmişdir. “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 25/2 nömrəli qaydasının 3.0.2-ci bəndinə əsasən yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə yolnəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir. Eyni zamanda, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52-1.1-ci maddəsindən görünür ki, zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə və yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. Göründüyü kimi, cavabdehin avtomobilinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəysə də, yol-nəqliyyat hadisəsində mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etməmiş, “Hundai Verna” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta müqaviləsi hadisə zamanı qüvvədə olmamışdır. Lakin hazırda iddiaçı tərəfindən 600 manat sığorta ödənişi cavabdehə ödənilmiş, bununla da cavabdeh iddiaçının 600 manat məbləğində vəsaiti hesabına əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "Meqa Sığorta” ASC tərəfindən Cavabdeh ödənilmiş 600 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edildiyindən və iddia tələbi tam təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun əvəzi iddiaçı "Meqa Sığorta” ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-987/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-987/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver