Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1001/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "təbii qazdan istifadəyə görə əsassız hesablanmış 8900,97 manat məbləğində borcun silinməsi və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "təbii qazdan istifadəyə görə əsassız hesablanmış 8900,97 manat məbləğində borcun silinməsi və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda **********20000 nömrəli abonent kodu onun adınadır. Bu yaxınlarda abonent kodu üzrə adına yüksək məbləğdə borc yazılmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona müvafiq sənədlər, o cümlədən 24 ədəd "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar təqdim edilmişdir. Həmin aktlara əsasən, mənzildə təbii qazdan sayğacsız qeyriqanuni istifadə aşkarlanmışdır. O, bununla razı deyil, aktlar tamamilə əsassızdır. Belə ki, əgər cavabdeh 2018-2021-ci illərdə təbii qazdan sayğacsız qaz xəttindən qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, niyə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə görə, qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Qanunvericilik imperativ qaydada qaz paylayıcısının üzərinə qazın verilməsinin dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edilməsini bilavasitə təsdiq etmir. Bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Əgər həqiqətən, qanunsuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Abonentin saldosundan aydın olur ki, 2016-ci ilin noyabrında 434,40 manat, 2016-cı ilin dekabr ayında 429,90 manat, 2017-ci ilin yanvar ayında 464,60 manat, 2017-ci ilin fevral ayında 248,80 manat, 2017-ci ilin mart ayında 310,80 manat, 2017-ci ilin aprel ayında 204,40 manat, 2017-ci ilin oktyabr ayında 435,60 manat, 2018-ci ilin fevral ayında 102,60 manat, 2018-ci ilin aprel ayında 174,80 manat cərimə yazılmışdır. 2020-ci ilin may ayında qeyri ödənişlər bölməsində 483,89 manat borc, yeni tarifə keçid üzrə 2020-ci ilin noyabr ayı üzrə 5,70 manat, 2021-ci ilin dekabr ayı 39,50 manat, 2022-ci ilin fevral ayı 74,64 manat, 2022-ci ilin mart ayı 42,80 manat, 2023-cü ilin fevral ayı 73,76 manat, 2023-cü ilin mart ayı 19,25 manat, 2024-cü ilin fevral ayı 32,88 manat, 2024-cü ilin aprel ayı 5,35 manat əsassız borc hesablanmışdır. Bundan başqa, çıxarılmış sayğac dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq sayğacın istismara yararsız olduğu göstərilmişdir. Buna görə də xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Lakin o, həmin aktla da razı deyil, çünki sayğaca hər hansı bir müdaxilə etməmişdir. Tərtib olunmuş əsassız akt və hesablamalar ucbatından 8900,97 manat borc yazılmışdır. Atasının adı "Məmməd" olduğu halda, adına tərtib edilmiş aktlarda və abonent kodunda ata adı səhvən "Paşa" kimi göstərilmişdir. Bu isə cavabdehin saxta aktlar tərtib etdiyini bir daha sübut edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyi tərəfindən təqdim edilmiş rəylə razı deyil. Həmin rəydə göstərilir ki, qaz paylayıcısına dəymiş zərərin hesablanması ilə əlaqədar qanunvericiliyə dəyişikliklər xx.xx.2023-cü ildə, yəni aktların tərtib olunmasından sonra edilmişdir. Ona görə aparılmış hesablamaların həmin dövrdə qüvvədə olan qanuna uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Yeni qanunun nəzərə alınması isə vətəndaşın vəziyyətini ağırlaşdırdığına görə düzgün deyil. Ona görə aktlar əsasında hesablanan borc əsassızdır. Aktlarda qeyd olunduğu kimi, abonent təbii qazdan qeyri-qanuni istifadə etsə idi, "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə uyğun olaraq vətəndaşın evinə verilən qaz xətti kəsilmiş olardı. Lakin 2016-2021-ci illər ərzində cavabdehin əməkdaşları tərəfindən hər ay akt əsasında borc hesablanmışdır. Buradan Cavabdeh borcu məqsədli şəkildə şişirdilib istehlakçıdan tələb etmək qəsdi görünür. Eyni zamanda, 2016-ci ildən cavabdeh tərəfindən iddiaçıya qarşı zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunmamışdır. Bundan başqa, tərtib edilmiş aktlarda iddiaçının ata adı səhv qeyd olunmuş, aktın bir nüsxəsi isə vətəndaşa təqdim edilməmişdir. Hesablanmış borcda abonentin saldosunda qeyri ödənişlər bölməsində 483,89 manat olduğu görünür. Həmin borcun yaranma mənbəyi aydın deyil. İddiaçının sayğacı hazırda mexaniki sayğacdır, borcu var, lakin hər ay ödənişlər edir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının barəsində 33 ədəd "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib edilmiş, borc həmin aktlar üzrə, eləcə də qazdan sayğacsız istifadəyə görə hesablanmışdır. Qanunvericiliyə edilən dəyişikliklərlə hesablamalar zamanı 30 günlük müddətin götürülməsi müəyyən edilmişdir. Lakin həmin qanundan əvvəl də məhkəmə təcrübəsində həmin müddət nəzərə alınırdı. Bu səbəbdən "Azəriqaz" İB və X1 Agentliyinin mütəxəssisi tərəfindən aparılan hesablamalar arasında fərq azdır. Yeni tarifə keçid bölməsində göstərilən məbləğ faktiki istifadəyə görə hesablanan borcdur. Limiti keçdikdən sonra hər kub.metr qaza görə ödənilən məbləg artır. Qeyri ödənişlər bölməsində olan borc aktlar əsasında qalıq borcdur. Həmin borc sayğac dəyişdirildiyinə görə əvvəl karta köçürülmüş, daha sonra isə sayğaca qaytarılmışdır. Aktlar ayın sonu bildiriş paylandıqda tərtib edilir. Ərazi böyük olduğundan ay ərzində 1-2 dəfə getmək mümkündür. İşin çoxluğundan vurulmuş zərərlə bağlı məhkəməyə gec müraciət olunur. Cavabdehin əməkdaşları bəzi hallarda baxışda olarkən vətəndaşın şəxsiyyətini müəyyənləşdirə bilmirlər, sistemə vurulmuş məlumatı əsas götürürlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 göstərmişdir ki, iddiaçını tanımır. İddiaçının barəsində tərtib olunmuş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"ların bir neçəsində onun adı göstərilsə də, xeyli vaxt keçdiyinə görə o, aparılmış yoxlamanı, nəyin aşkar olunmasını, abonentin iştirak edib-etməməsini və digər detalları xatırlamır. Ümumiyyətlə, aktlar tərtib olunduqda o, hər zaman abonenti görmür, görsə də, hər biri yadında qalmır. Aktın tərtib edilməsi zamanı sayğacın nömrəsi bazaya daxil edilir, bazada abonentin saldosunda abonentin adı, soyadı və ata adı ilə bağlı olan məlumatlar akta daxil edilir. Onun işi sayğaca baxış keçirilən zaman aşkar edilən nöqsanı aktlaşdırmaqdan və departamentə bildirməkdən ibarətdir. Zərurət olduqda həmin nöqsanları qəza xidməti qaz xəttini kəsməklə və ya başqa yollarla aradan qaldırır. Dəymiş zərəri hesabat qrupu hesablayır. Hər ayın sonunda qaz itkisi ilə bağlı hesabat verilməli olduğuna görə aktların bir çoxu ayın sonunda tərtib edilir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi D.Vasif küçəsinin 7-ci döngəsində yerləşən 29B nömrəli evdə yaşayır. Həmin evə **********20000 abonent kodu verilmişdir. Cavabdeh əməkdaşları tərəfindən iddiaçının barəsində 33 dəfə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib olunmaqla bu aktlar üzrə cəmi 8119,50 manat, 1 dəfə isə "Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt" tərtib olunmaqla bu akt üzrə 3,70 manat borc hesablanmışdır. Bundan başqa, abonentin saldosunda iddiaçıya yeni tarifə keçidlə bağlı 293,88 manat, qeyri ödənişlərə görə isə 483,89 manat borc hesablanmışdır. Göstərilən rəqəmlərin cəmi 8900,97 manat təşkil edir ki, iddiaçının tələbi həmin borcun silinməsindən ibarətdir. İşdə olan xx.xx.2016-cı il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İşdə olan xx.xx.2016-cı il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İşdə olan xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İşdə olan xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İşdə olan xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İşdə olan xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, sayğacdan kənar xətt aşkarlanmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli 000208 nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, 2018-ci il sentyabr ayı 545 nömrəli xidməti yazıya əsasən mənzildə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunur. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, 671 nömrəli xidməti yazıya əsasən mənzildə oktyabr 2018-ci ildə sayğacdan kənar təbii qazdan istifadə olunur. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, 858 nömrəli xidməti yazıya əsasən noyabr 2018-ci ildə mənzildəsayğacdan kənar təbii qazdan istifadə olunur. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, 994 nömrəli xidməti yazıya əsasən dekabr 2018-ci ildə mənzildəsayğacdan kənar təbii qazdan istifadə olunur. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonentsayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent qeyri-qanuni təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent sayğacdan kənar təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent sayğacdan kənar təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2020-ci il tarixli İ007011 nömrəli "Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt"dan görünür ki, abonentin mənzilində sayğacsız və ya qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatı hesabatlara əsasən 37 kub.metr təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent sayğacdan kənar təbii qazdan istifadə edir. İşdə olan "Abonentin saldosu"ndan görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus **********20000 nömrəli abonent koduna aktlar əsasında 2016-cı ilin noyabr ayı üzrə 434,40 manat, dekabr ayı üzrə 429,90 manat, 2017-ci ilin yanvar ayı üzrə 464,60 manat, fevral ayı üzrə 248,80 manat, mart ayı üzrə 310,80 manat, aprel ayı üzrə 204,40 manat, oktyabr ayı üzrə 435,60 manat, 2018-ci ilin yanvar ayı üzrə 1062 manat, fevral ayı üzrə 102,60 manat, mart ayı üzrə 194,40 manat, aprel ayı üzrə 174,80 manat, iyul ayı üzrə 345,60 manat, avqust ayı üzrə 115,20 manat, sentyabr ayı üzrə 115,20 manat, oktyabr ayı üzrə 57,60 manat, noyabr ayı üzrə 97,20 manat, dekabr ayı üzrə 97,20 manat, 2019-cu ilin yanvar ayı üzrə 133,20 manat, fevral ayı üzrə 133,20 manat, mart ayı üzrə 133,20 manat, aprel ayı üzrə 133,20 manat, may ayı üzrə 32,40 manat, iyun ayı üzrə 32,40 manat, iyul ayı üzrə 32,40 manat, avqust ayı üzrə 32,40 manat, sentyabr ayı üzrə 32,40 manat, oktyabr ayı üzrə 32,40 manat, noyabr ayı üzrə 133,20 manat, dekabr ayı üzrə 295,20 manat, 2020-ci ilin yanvar ayı üzrə 295,20 manat, fevral ayı üzrə 295,20 manat, mart ayı üzrə 295,20 manat, iyul ayı üzrə 3,70 manat, 2021-ci ilin aprel ayı üzrə 1188 manat, yəni tarifə keçid üzrə 293,88 manat, qeyri ödənişlər üzrə 483,89 manat borc hesablanmışdır. İşdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialının xx.xx.2025-ci il tarixli mütəxəssisin rəyindən görünür ki, qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, abonent qaz paylayıcısına 7825,80 manat vəsait ödəməlidir. Göründüyü kimi, iddiada silinməsi tələb olunan 8900,97 manat borc aşağıdakı hissələrdən ibarətdir: - təbii qazdan qeyri-qanuni istifadəyə görə tərtib edilmiş 33 akt üzrə hesablanmış 8119,50 manat; - qaz sayğacının olmadığı və ya işləmədiyi müddətə görə hesablanmış 3,70 manat; - yeni tarifə keçidlə bağlı hesablanmış 293,88 manat; - qeyri ödənişlərə görə hesablanmış 483,89 manat. Məhkəmə ilk növbədə təbii qazdan qanunsuz istifadəyə görə tərtib edilmiş 33 akta münasibət bildirməyi zəruri hesab edir. Həmin aktlar xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək olan müddətdə tərtib olunmuşdur. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı hissəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın aktların tərtib olunduğu zaman qüvvədə olmuş redaksiyasına əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bənd). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4-cü bənd). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1-ci bənd). Qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlər). Lakin müəyyən olundu ki, sadalanan 33 ədəd "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"ın tərtib olunmasında iddiaçı iştirak etməmiş, aktların bir nüsxəsi ona təqdim edilməmiş, yaxud da göndərilməmişdir. Aktların iddiaçıya təqdim olunması, yaxud göndərilməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Aktlarda onların tərtib olunması zamanı iddiaçının iştirak etməsi, lakin aktları imzalamaqdan imtina etməsi göstərilsə də, bu hal məhkəmə baxışı zamanı təsdiq olunmamışdır. Belə ki, iddiaçı aktlardan xəbərsiz olduğunu bildirmiş, aktların bir neçəsinin tərtib olunmasında iştirak edən Cavabdeh mühəndisi X4 isə şahid qismində ifadə verərkən iddiaçını tanımadığını, aktların tərtib olunmasında iddiaçının iştirak edib-etməməsini xatırlamadığını bildirmişdir. Bundan başqa, iddiaçının atasının adı "Məmməd" olduğu halda, aktların bəzilərində "İstehlakçı" qrafasında iddiaçının atasının adı səhvən "Paşa" kimi yazılmış, qalanlarında isə ümumiyyətlə ata adı yazılmamışdır. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi bu səhvin səbəbini Cavabdeh elektron qeydiyyat sistemində iddiaçının ata adının məhz "Paşa" kimi yazılması ilə izah etmişdir. Məhkəmə hesab edir ki, aktlar iddiaçının iştirakı ilə tərtib olunmuş olsa idi, yaxud yoxlamalar onun iştirakı ilə keçirilmiş olsa idi, elektron qeydiyyat sistemində iddiaçının ata adının səhvən "Paşa qızı" yazılması aşkar edilər və bu səhv aradan qaldırılardı. Lakin 33 ədəd aktın tərtib olunduğu 5 ilə yaxın müddət ərzində bu səhvin aşkar edilməməsi, aradan qaldırılmaması və hər dəfə təkrarlanması iddiaçının bu aktlardan, ümumiyyətlə yoxlamalardan xəbərsiz olmasını təsdiq edir. Eyni zamanda, məhkəmə bunu da qeyd edir ki, Cavabdeh iddiaçının qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulduğunu aşkar etdikdə, qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı olduğu halda, məhkəməyə cavabdehin bunu etməsi barədə heç bir sübut təqdim olunmamışdır. Bundan başqa, Cavabdeh sadalanan 33 akt üzrə iddiaçıya hissə-hissə hesabladığı cəmi 8119,50 manat məbləğində borcu ondan tələb etməli olduğu halda, hal-hazıradək bunu etməmiş və məhkəməyə müvafiq iddia verməmişdir. Fərqli vaxtlarda tərtib edilmiş aktlara eyni fotoşəkillərin əlavə edilməsi də aktların yoxlama keçirilmədən formal tərtib olunduğunu təsdiq edir. Digər tərəfdən, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli aktlarda iddiaçının qazdan qeyri-qanuni istifadə etdiyi göstərilsə də, bu qanunsuzluğun nədən ibarət olması göstərilməmişdir. Bu isə həmin aktlar əsasında iddiaçıya borc hesablanmasını, ümumiyyətlə, istisna edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh tərəfindən xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək olan müddət ərzində tərtib edilmiş 33 ədəd "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında iddiaçıya 8119,50 manat məbləğində borcun hesablanması əsaslı olmamışdır. Ona görə də iddia həmin borcun silinməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddianın abonentin saldosunda "qeyri ödənişlər" qrafasında göstərilmiş 483,89 manat borcun silinməsi hissəsini də əsaslı hesab edir. Belə ki, müəyyən edildiyi kimi, həmin məbləğ də yuxarıda sadalanan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar üzrə hesablanmışdır. Cavabdehin nümayəndəsinin izahatına görə, həmin məbləğ sayğac dəyişdirilən zaman əvvəl karta köçürülmüş, daha sonra sayğaca qaytarılmış "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar əsasında hesablanan borcdur. Aktlar əsassız hesab edildiyinə görə göstərilən 483,89 manat borc da silinməlidir. İddianın digər hissəsi, yəni yeni tarifə keçidə görə hesablanmış 293,88 manat borcun silinməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.1-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydalarının 5.2-ci bəndinin xx.xx.2023-cü ilədək qüvvədə olmuş redaksiyasında deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Qərarı ilə illik istehlak həcminin artıq hissəsi üçün fərqli tariflər müəyyən edilmişdir. Qeyd olunan məbləğ də məhz tarif dəyişikliyinə görə hesablanmışdır. Ona görə də məhkəmə iddianın göstərilən hissəsinin təmin olunması üçün əsas görmür. Qaz sayğacının olmadığı müddətə görə hesablanmış 3,70 manat borca münasibətdə məhkəmə bildirir ki, "Qazdan istifadə Qaydaları"nın 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Ona görə məhkəmə iddianın bu hissədə də təmin edilməli olmaması qənaətinə gəldi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ″Dövlət rüsumu haqqında″ Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə görə, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Hazırkı iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verildiyinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməsə də, ödənilməli olan dövlət rüsumu 109 manat təşkil edir. Bundan başqa, iddiaçı tərəfindən vəkilə etdiyi kömək üçün 300 manat məbləğində pul ödənilmişdir. Cəmi 8900,97 manat məbləğində iddianın 8603,39 manat hissəsi (96,65 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 96,65 faizi, yəni 105,34 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməli, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə qalan 3,66 manat məbləğ ona aid edilməməlidir. İddiaçı tərəfindən vəkilə ödənilmiş 300 manat pulun da 96,65 faizi, yəni 289,95 manatı cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, qalan 10,05 manatı iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********20000 nömrəli abonent koduna xx.xx.2016-cı il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 434,40 manat, xx.xx.2016-cı il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 429,90 manat, xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 464,60 manat, xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 248,80 manat, xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 310,80 manat, xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 204,40 manat, xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 435,60 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 1062 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 102,60 manat, xx.xx.2018-ci il tarixli 000208 nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 194,40 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 174,80 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 345,60 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 97,20 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 1188 manat, qeyri ödənişlər üzrə hesablanmış 483,89 manat, cəmi 8603,39 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 105,34 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində pulun 105,34 manat hissəsi Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Həmin pulun qalan 3,66 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X8.
Məhkəmə qərarları › İş №e-2(008)-1001/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1001/2025
11.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver