Məhkəmə qərarları › İş №e-2(008)-1004/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1004/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1004/2024 12.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ondan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ **********71573 SAMSUNG GALAXY A03 markalı telefon üçün 289,40 manat ödənilməmiş hissə və 28,60 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********92238 İPHONE 11 markalı telefon, APPLE 20W USB-C Adapter üçün 1594,99 manat ödənilməmiş hissə və 159,01 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********92569 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon üçün 879,36 manat ödənilməmiş hissə və 87,64 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********08151 SAMSUNG GALAXY A33 markalı telefon, SAMSUNG 25W CHARGER, X1 Atron üçün 1637,58 manat ödənilməmiş hissə və 163,42 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********46782 NOKİA 3310 markalı telefon üçün 20,45 manat ödənilməmiş hissə və 2,55 manat cərimə olmaqla ,cəmi 4863 manat borcun və 68,63 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci tarixli və xx.xx.2022-ci müqavilələrə əsasən, İMEİ **********71573 SAMSUNG GALAXY A03 markalı telefon , İMEİ KOD **********92238 İPHONE 11 markalı telefon, APPLE 20W USB-C ADAPTER, İMEİ KOD **********92569 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon, İMEİ KOD **********08151 SAMSUNG GALAXY A33 markalı telefon, SAMSUNG 25W CHARGER, X1 ATRON, İMEİ KOD **********46782 NOKİA 3310 markalı telefon almış və nəticədə 4863 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqavilə əsasən, alqı-satqı qiyməti 434.34 (dörd yüz otuz dörd manat otuz dörd qəpik) manat (yəni 18 ay x 24.13 manat + 0 manat ilkin ödəniş) İMEİ **********71573 SAMSUNG GALAXY A03 markalı telefon üçün ümumilikdə, 318 (üç yüz on səkkiz) manat olmaqla 289.40 (iki yüz səksən doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28.60 (iyirmi səkkiz manat altmış qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2053 (iki min əlli üç) manat (18 ay x 114 manat + 1 manat ilkin ödəniş) İMEİ KOD **********92238 İPHONE Hrıarkalı telefon, APPLE 20W USB-C ADAPTERçün ümumilikdə, 1754 (min yeddi yüz əlli dörd) manat olmaqla ondan, 1594.99 (min beş yüz doxsan dörd manat doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 159.01 (yüz əlli doqquz manat bir qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1056.06 (min əlli altı manat altı qəpik) manat (18 ay x 58.67 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********92569 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefojtin ümumilikdə, 967 (doqquz yüz altmış yeddi) manat olmaqla ondan, 879.36 (səkkiz yüz yetmiş doqquz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 87.64 (səksən yeddi manat altmış dörd qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 2813.22 (iki min səkkiz yüz on üç manat iyirmi iki qəpik) manat (18 ay x 156.29 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********08151 SAMSUNG GALAXY A33 markalı telefon, SAMSUNG 25 CHARGER, X1 ATROJNü n ümumilikdə, 1801 (min səkkiz yüz bir) manat olmaqla ondan, 1637.58 (min altı yüz otuz yeddi manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 163.42 (yüz altmış üç manat qırx iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 166.96 (yüz altmış altı manat doxsanm altı qəpik) manat (8 ay x 20.87 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********46782 NOKİA 3310 markalı telefon çün ümumilikdə, 23 (iyirmi üç) manat olmaqla ondan, 20.45 (iyirmi manat qırx beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.55 (iki manat əlli beş qəpik) manat cərimə; Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində İMEİ KOD **********08151 SAMSUNG GALAXY A33 markalı telefondan imtina etmiş və məhsul 847.08 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1254.47 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 847.08 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbəğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəsilə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 4863 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə cəmi 4863 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 410.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ **********71573 SAMSUNG GALAXY A03 markalı telefon üçün 289,40 manat ödənilməmiş hissə və 28,60 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********92238 İPHONE 11 markalı telefon, APPLE 20W USB-C Adapter üçün 1594,99 manat ödənilməmiş hissə və 159,01 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********92569 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon üçün 879,36 manat ödənilməmiş hissə və 87,64 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********08151 SAMSUNG GALAXY A33 markalı telefon, SAMSUNG 25W CHARGER, X1 Atron üçün 1637,58 manat ödənilməmiş hissə və 163,42 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********46782 NOKİA 3310 markalı telefon üçün 20,45 manat ödənilməmiş hissə və 2,55 manat cərimə olmaqla ,cəmi 4863 manat borcun və 68,63 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ **********71573 SAMSUNG GALAXY A03 markalı telefon üçün 289,40 (iki yüz səksən doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə və 28,60 (iyirmi səkkiz manat, altmış qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********92238 İPHONE 11 markalı telefon, APPLE 20W USB-C Adapter üçün 1594,99 (bir min beş yüz doxsan dörd manat, doxsan doqquz qəpik) manat ödənilməmiş hissə və 159,01 (bir yüz əlli doqquz manat, bir qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********92569 XİAOMİ REDMİ NOTE 11 PRO markalı telefon üçün 879,36 (səkkiz yüz yetmiş doqquz manat, otuz altı qəpik) manat ödənilməmiş hissə və 87,64 (səksən yeddi manat, altmış dörd qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********08151 SAMSUNG GALAXY A33 markalı telefon, SAMSUNG 25W CHARGER, X1 Atron üçün 1637,58 (bir min altı yüz otuz yeddi manat, əlli səkkiz qəpik) manat ödənilməmiş hissə və 163,42 (bir yüz altmış üç manat, qırx iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********46782 NOKİA 3310 markalı telefon üçün 20,45 (iyirmi manat, qırx beş qəpik) manat ödənilməmiş hissə və 2,55 (iki manat, əlli beş qəpik) manat cərimə olmaqla ,cəmi 4863 (dörd min səkkiz yüz altmış üç) manat borcun və 68,63 (altmış səkkiz manat, altmış üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar