Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1079/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********31087 İPHONE 14 PRO markalı telefon üçün, 3324.46 (üç min üç yüz iyirmi dörd manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 673.54 (altı yüz yetmiş üç manat əlli dörd qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********82225 İPHONE 14 PRO markalı telefon üçün, 2143.3 (iki min yüz qırx üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 627.7 (altı yüz iyirmi yeddi manat yetmiş qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********93846 SAMSUNG GALAXY S23 markalı telefon üçün, 1189.49 (bir min yüz səksən doqquz manat qırx doqquz qəpik) manat ödənilməmiş hissə, 367.51 (üç yüz altmış yeddi manat əlli bir qəpik) manat dəbbə ümumilikdə 8326 manat borc, 103.26 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə bağlanmış müqavilələrə əsasən, İmei kod **********31087 İPHONE 14 PRO markalı telefon, İmei kod **********82225 İPHONE 14 PRO markalı telefon, İmei kod **********93846 SAMSUNG GALAXY S23 markalı telefonlar almış və nəticədə 8326 (səkkiz min üç yüz iyirmi altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4124.46 (dörd min yüz iyirmi dörd manat qırx altı qəpik) manat (18 ay x 204.47 manat + 444 manat ilkin ödəniş) olan İmei kod **********31087 İPHONE 14 PRO markalı telefon üçün ümumilikdə, 3998 (üç min doqquz yüz doxsan səkkiz) manat olmaqla ondan, 3324.46 (üç min üç yüz iyirmi dörd manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 673.54 (altı yüz yetmiş üç manat əlli dörd qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3479.92 (üç min dörd yüz yetmiş doqquz manat doxsan iki qəpik) manat (18 ay x 190.84 manat + 44.80 manat ilkin ödəniş) olan İmei kod **********82225 İPHONE 14 PRO markalı telefon üçün ümumilikdə, 2771 (iki min yeddi yüz yetmiş bir) manat olmaqla ondan, 2143.30 (iki min yüz qırx üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 627.70 (altı yüz iyirmi yeddi manat yetmiş qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2460.96 (iki min dörd yüz altmış manat doxsan altı qəpik) manat (18 ay x 136.72 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********93846 SAMSUNG GALAXY S23 markalı telefon üçün ümumilikdə, 1557 (bir min beş yüz əlli yeddi) manat olmaqla ondan, 1189.49 (bir min yüz səksən doqquz manat qırx doqquz qəpik) manat ödənilməmiş hissə, 367.51 (üç yüz altmış yeddi manat əlli bir qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3408.09 manat təşkil edir. Bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etmədiyini, lakin cərimə məbləgləri ilə razı olmadığını və borcu hissə-hissə ödəməyə razı olduğunu bildirdi. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələr və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 4124.46 manat olan İmei kod **********31087 İPHONE 14 PRO markalı telefonu, ayda 204.47 manat ödəmək şərti ilə 18 ay müddətinə; qiyməti 3479.92 manat olan olan İmei kod **********82225 İPHONE 14 PRO markalı telefonu ayda 190.84 manat ödəmək şərti ilə 18 ay müddətinə; qiyməti 2460.96 manat olan İmei kod **********93846 SAMSUNG GALAXY S23 markalı telefonu ayda 136,72 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. "xxxx" MMC tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələr üzrə cəmi 8326 manat məbləğində borcu yarandığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdehdan borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuş, müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Göründüyü kimi cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 67,30 (altmış yeddi manat, otuz qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 62,70 (altmış iki manat, yetmiş qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 36,70 (otuz altı manat, yetmiş qəpik) manat dəbbə pulu tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehdan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3324.46 (üç min üç yüz iyirmi dörd manat, qırx altı qəpik) manat ödənilməmiş hissə, 67,30 (altmış yeddi manat, otuz qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2143.3 (iki min yüz qırx üç manat, otuz qəpik) manat ödənilməmiş hissə, 62,70 (altmış iki manat, yetmiş qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1189.49 (bir min yüz səksən doqquz manat, qırx doqquz qəpik) manat ödənilməmiş hissə, 36,70 (otuz altı manat, yetmiş qəpik) manat dəbbə olmaqla, cəmi 6823,95 (altı min səkkiz yüz iyirmi üç manat, doxsan beş qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 88,23 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehdan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3324.46 (üç min üç yüz iyirmi dörd manat, qırx altı qəpik) manat ödənilməmiş hissə, 67,30 (altmış yeddi manat, otuz qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2143.30 (iki min yüz qırx üç manat, otuz qəpik) manat ödənilməmiş hissə, 62,70 (altmış iki manat, yetmiş qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1189.49 (bir min yüz səksən doqquz manat, qırx doqquz qəpik) manat ödənilməmiş hissə, 36,70 (otuz altı manat, yetmiş qəpik) manat dəbbə olmaqla, cəmi 6823,95 (altı min səkkiz yüz iyirmi üç manat, doxsan beş qəpik) manat məbləğində pulun və 88,23 (səksən səkkiz manat, iyirmi üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1079/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1079/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver