Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1119/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 4 saylı Bakı «ASAN xidmət» Mərkəzində notariat ofisi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X3 Şəhadətnaməsinin ləğv edilməsi, yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi tələblərinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 4 saylı Bakı «ASAN xidmət» Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) müraciət edərək 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən mərhum ərindən miras qalmış buraxılış tarixi 1995-ci il olan BMW 525 minik markalı 99KL741 dövlət nömrə nişanlı avtomobilə dair oğlu Cavabdeh2 adına verilmiş xx.xx.2023cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin avtomobilə dair Cavabdeh2 adına verilmiş X3 Şəhadətnaməsinin ləğv edilməsi, avtomobilə dair müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçı və iki oğlu - hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mərhum X4 birinci növbə vərəsələridilər. Mərhum ərində buraxılış tarixi 1995ci il olan BMW 525 minik markalı 99KL741 dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. Həmin avtomobil ərinin vəfatından sonra faktiki olaraq iddiaçının sahiblik və istifadəsində olmuşdur. Yəni, qeyd olunan miras əmlakı yalnız iddiaçı faktiki olaraq qəbul etmişdir. Buna baxmayaraq, təxminən 10 gün bundan əvvəl məlum olmuşdur ki, onun hər hansı bir məlumatı və razılığı olmadan ərindən miras qalmış avtomobilə dair oğlu Cavabdeh2 adına Qeydiyyat Şəhadətnaməsi mövcuddur. Qeydiyyat Şəhadətnaməsinin hansı əsasla verildiyi ilə maraqlandıqda məlum olmuşdur ki, oğlunun adına 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsini cavabdeh qismində işə cəlb etmişdir. Cavabdeh2 məhkəməyə aşağıdakı məzmunda ərizə təqdim etmişdir. Verilmiş iddia tələbini etiraf edir, miras qoyan - atası X6 vəfat etdikdən sonra, ondan miras qalmış buraxılış tarixi 1995-ci il olan BMW 525 minik markalı 99KU741 dövlət nömrə nişanlı avtomobil anası İddiaçı sahibliyində olmuş,o, anasından xəbərsiz notariat orqanına müraciət etmiş, sonradan etdiyi hərəkətin yalnış olduğunu bilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəməyə aşağıdakı məzmunda ərizə təqdim etmişdir. Verilmiş iudia tələbini etiraf edir, miras qoyan - atası X6 vəfat etdikdən sonra, ondan miras qalmış buraxılış tarixi 1995-ci il olan BMW 525 minik markalı 99KU741 dövlət nömrə nişanlı avtomobil anası İddiaçı sahibliyində olmuş, qardaşı Cavabdeh2 anasından xəbərsiz, əsassız olaraq notariat orqanına müraciət edərək, vərəsəlik şəhadətnaməsi almışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin 4 saylı Bakı «ASAN xidmət» Mərkəzində notariat ofisi və DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi məhkəməyə nümayəndələrini göndərməmiş, səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçnın nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verdikləri ərizələrin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı Cabbarova (Fərzəliyeva) Nərgiz Qafar qızı X6 ilə xx.xx.1986-cı il tarixdə nikahlarını bağlamışlar (İV-JQ seriyalı 309309 №-li nikahın bağlanması haqqında şəhadtənamə). Onların iki uşaqları var: xx.xx.1988-ci il tarixdə doğulmuş Cavabdeh2, xx.xx.1992-ci il tarixdə doğulmuş Cavabdeh1 ( 263389 və 455460 №-li doğum haqqında şəhadətnamələr). X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür (4 saylı Bakı «ASAN xidmət» X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamə). Cavabdeh2 xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək, atasından qalmış miras əmlak olan qeyd olunan avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh2 adına atasından miras qalmış buraxılış tarixi 1995-ci il olan BMW 525 minik markalı 99KL741 dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmiş, reyestrdə 2V-287 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Hazırda mübahisə avtomobilə dair X3 Şəhadətnaməsi Cavabdeh2 adına verilmişdir. Mübahisə avtomobili X1 etibarnamə əsasında hər iki oğlu idarə edirdi. Hazırda iddiaçı oğlu Səbuhinin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və onun adına qanun üzrə şəhadətnamənin verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsini əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Münasibətlər yaranan zaman qüvvədə olan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Münasibətlər yaranan zaman qüvvədə olan “Vərəsənin susması» adlı olan 1273-1ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Cavabdeh2 atasının ölümündən bir il sonra notariat ofisinə müraciət etmiş, atası tərəfindən miras əmlak olan avtomobilin idarə edilməsinə dair etibarnaməni təqdim etmiş, bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, digər vərəsələr qanunda nəzərdə tutulan müddətdə mirasdan imtina etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin zaman notarius hər-hansı bir qanun pozuntusuna yol vermədən qanun üzrə vərəsəlik şəhadətnaməsini Cavabdeh2 vermişdir. Hazırki iddia məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, «qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir». Beləliklə, hazırki iddia adıçəkilən Qərarın təsiri altına düşdüyündən məhkəmə hesab edir ki, iddiaçının vərəsəlik hüququ tanınmalı, eyni zamanda iddiaçının oğlanlarının faktiki olaraq mirasdan imtinalaraı qəbul edilməli və tək vərəsə iddiaçı hesab edilməli, X3 vəsiqəsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, notarius qanun üzrə vərəsəlik şəhadətnaməsini cavabdehə verərkən qanunu pozmamışdır, bu əsasdan iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən X2 miras qalmış buraxılış tarixi 1995-ci il olan BMW 525 minik markalı 99KL741 dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilsin. Həmin avtomobilə dair müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə İddiaçı adına verilsin. 1995-ci il olan BMW 525 minik markalı 99KL741 dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh2 adına verilmiş X3 Şəhadətnaməsi ləğv edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1119/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1119/2024
04.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver